Kömək etdiyi qız Baqratı kürəyindən vurdu: oteldə baş verənlər… – FOTO
Nikol Paşinyanı istefaya səsləyən və Ermənistanın Baş naziri postuna namizədliyi açıqlanan yepiskop Baqrat Qalstanyanın otağına dinləmə cihazı yerləşdirməyə çalışan şəxsin kimliyi məlum olub.
Globalinfo.az xəbər verir ki, Qalstanyanın qaldığı "Ani Grand" otelinin otağında döşəməyə dinləmə cihazı quraşdırmaq istəyən şəxsin Elen Ağasyan adlı Tavuş sakini olduğu üzə çıxıb.
Məlumata görə, E.Ağasanyan Tavuş vilayətinin Çinari kənd məktəbində çalışan tarix müəlliminin qızıdır. O, İrəvanda Pedoqoji İnstitutu bitirdikdən sonra Müdafiə Nazirliyinə işə qəbul olunub. Lakin bir müddət sonra Ermənistan Milli Təhlükəsizlik Xidmətində çalışmağa başlayıb.
Kənd sakinləri onun son illərdə maddi vəziyyətinin əvvəlkinə nisbətən yaxşılaşdığını deyib. Hətta E.Ağasanyanın anası xərçəng xəstəliyinə görə müalicə alarkən yepiskopun onların ailəsinə dəstək göstərdiyi bildirilir. Məlumata görə, Baqrat Qalstanyan Elenin bir müddət təhsil haqlarını da ödəyib.
Onun hansı səbəb və kimin əmri ilə yepiskopun otağına dinləmə cihazı yerləşdirməyə çalışdığı açıqlanmır. Bunun şəxsi zəmində ola biləcəyi də güman edilir.
Xatırladaq ki, "Vətən üçün Tavuş" hərəkatı yepiskop Baqrat Qalstanyanın qaldığı otel otağına dinləmə cihazının yerləşdiriməsinə cəhd göstərildiyini açıqlamışdı.

Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Hava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA