Yeni oyunçular dünyanı təzədən bölüşdürür – Qlobal müharibə ehtimalı…
Çin son günlər Tayvan adası ətrafında hərbi təlimlər keçirir. Təlimlər özündə adada hərbi əməliyyatlar, habelə real döyüş ssenarilərini ehtiva edir.
Pekinin bu addımı əsas rəqibi və adanın de-fakto protektoratı olan ABŞ-ı narahat edir. Belə ki, ABŞ da cavab olaraq dəniz piyadalarının iştirakı ilə Tayvan yaxınlığında yerləşən Filippin adalarında hərbi təlimlər keçirəcəyini bildirib. Təlimlərdə real münaqişə vəziyyətinin imitasiya ediləcəyi deyilir.
Ekspertlərin fikrincə, tərəflərin təlimlər üzərindən bir-birinə etdiyi xəbərdarlıq kifayət qədər ciddidir. Hətta prosesin Üçüncü Dünya müharibəsini başlatmaq ehtimalı olduğu da deyilir.
Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, beynəlxalq münasibətlər sistemində belə təlimlər adətən güc nümayişi kimi qiymətləndirilir:
"Belə təlimlər bəzən ciddi nəticələrə, qarşı tərəfin kəskin reaksiyalarına səbəb olur. Amma onu da deməliyik ki, hər təlim müharibə hazırlığı demək deyil. Çin əvvəllər də oxşar təlimlər keçirib. Rəsmi Pekinin indiki vaxtda Tayvana müdaxilə edəcəyini düşünmürəm. Çin bunun üçün yəqin ki, ən azı ABŞ-dakı prezident seçkilərinin nəticəsini gözləyəcək.
Ümumilikdə isə beynəlxalq münasibətlər sisteminə yeni oyunçular daxil olub və dünyanın yenidən bölüşdürülməsi prosesi gedir. Bu mənada gələcəkdə Çinin Tayvana müdaxiləsi istisna deyil".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Hava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA