Fransa Ermənistana qoşun göndərə bilər? – Papazyan cavab verdi
"Mən Fransanın müdafiə nazirindən soruşdum ki, rəsmi Paris Ermənistanla hərbi əməkdaşlıq məsələsində nə qədər irəli getməyə hazırdır? O cavab verib ki, Ermənistan qədər Fransa da addım atmağa hazırdır".
Globalinfo.az xəbər verir ki, bunu Fransadakı Erməni Təşkilatlarının Koordinasiya Şurasının həmsədri Murad Papazyan deyib.
"Ermənistanın reaksiyasından xəbərim yoxdur. Əgər İrəvan daha geniş hərbi əməkdaşlıq tələb etsə, o zaman Fransa razılaşacaq. Biz çalışırıq ki, Ermənistan və Fransa ciddi hərbi əməkdaşlıq qursun. Hakimiyyət müvəqqətidir, amma dövlətçiliyi gücləndirmək lazımdır", – deyə o vurğulayıb.
Papazyan indiki məqamda Fransanın Ermənistana qoşun yeritməyə hazır olduğunu düşünmür. Amma rəsmi Parisi buna razı salmaq üçün çalışmağın vacib olduğunu deyir.
"Əgər Ermənistan diqqətini yalnız Qərbə yönəltsə və Rusiyaya qarşı düşmənçilik siyasəti aparsa, uğur qazana bilməyəcək. Çünki Qərbin girovuna çevriləcək. Odur ki, Rusiya, Qərb, Hindistan, Çin və digər qüvvələrlə münasibətləri eyni anda inkişaf etdirmək lazımdır", – Papazyan vurğulayıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Hava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA