Azərbaycan Hərbi Prokurorluğunun nümayəndə heyəti Rusiyaya səfər edib

Azərbaycan Hərbi Prokurorluğunun nümayəndə heyəti Rusiyaya səfər edibBaş prokurorunun müavini - hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Baş prokurorunun müavini – Baş hərbi prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Valeri Petrovun dəvəti ilə Rusiyaya səfər edib.

Hərbi Prokurorluğun mətbuat xidmətindən Sonxeber.az-a bildirilib ki, nümayəndə heyəti Rusiyanın Baş Hərbi Prokurorluğunda bir sıra tədbirlərdə iştirak edib. Baş hərbi prokuror V.G.Petrov və digər rəhbər vəzifəli şəxslərin iştirakı ilə dəyirmi masa ətrafında keçirilmiş görüşdə o ölkələrimiz arasında olan yaxın dostluq münasibətlərindən və bu əlaqələrin yüksələn xətlə inkişafından, o cümlədən hər iki dövlətin Hərbi prokurorluqları arasındakı sıx əməkdaşlığın mühüm əhəmiyyət kəsb etməsindən, daha da dərinləşməsindən danışıb.

Dəvətə görə Baş hərbi prokuror V.G.Petrova minnətdarlığını ifadə edən ədliyyə general-leytenantı Xanlar Vəliyev dövlətlərimiz arasındakı doğma münasibətlərin yaranmasında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edib. Xanlar Vəliyev dövlət başçılarının hazırda səmimi münasibətləri uğurla davam etdirdiklərini, xalqlarımız arasındakı bağlılığı vurğulayıb.

Bildirib ki, hər iki hərbi prokurorluq arasındakı əməkdaşlıq V.G.Petrovun təşəbbüsü ilə Azərbaycan Hərbi Prokurorluğunun nümayəndə heyətinin 2018-ci ildə Rusiyaya səfərindən sonra başlayıb, qarşı tərəfin nümayəndə heyətinin 2019-cu ildə Azərbaycana səfəri ilə davam edib və hazırda daha da möhkəmlənib.

Ədliyyə general-leytenantı Xanlar Vəliyev, həmçinin bildirib ki, Ümummilli Liderin müdrik siyasətini müasir müstəvidə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ən yeni tarixi uğurlarla səciyyələnib, onun qətiyyəti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi, xalqın əzmkarlığı, Silahlı Qüvvələrimizin qüdrəti və hərbçilərimizin qəhrəmanlığı sayəsində 30 ilə yaxın işğal altında qalmış dədə-baba torpaqlarımız 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə nəticəsində azad edilib. Bir sutkadan az müddətdə davam edən lokal xarakterli antiterror tədbirləri nəticəsində tarixi ərazilərimiz erməni işğalçılarından təmizlənib və ərazi bütövlüyümüz bərpa olunub. Hazırda erməni vandalizminə məruz qalmış ərazilərdə dövlətimizin başçısının və birinci xanımın şəxsi nəzarətləri ilə abadlıq-quruculuq işləri həyata keçirilir.

Hərbi prokuror Xanlar Vəliyev Rusiya sülhməramlılarının səmərəli fəaliyyətindən də söz açıb. Ardınca tərəflər arasında hər iki ölkənin qanunvericiliyi, onun icra vəziyyəti, təkmilləşdirilməsi, habelə sülh və insanlıq əleyhinə, terrorçuluq, eləcə də digər cinayətlərin istintaq taktikası, ibtidai araşdırma prosesində ortaya çıxan problemlər, onların həlli yollar ilə bağlı müzakirələr aparılıb. Həmçinin bu qəbildən olan cinayətlərə qarşı mübarizə üzrə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində nümayəndə heyəti, həmçinin Rusiyanın Müdafiə Nazirliyinin Knyaz Aleksandr Nevski adına Hərbi Universitetinə gedərək, təhsil müəssisəsinin "prokuror-müstəntiq", "maliyyə-iqtisad fakültələrində, "Kriminalistika" və digər kafedralarda təlim-tədris prosesinin gedişi ilə yaxından tanış olublar. Eyni zamanda, nümayəndə heyətinə müasir kriminalistik avadanlıqlar nümayiş etdirilib və məhkəmə-tibbi ekspertizası sahəsində qazanılmış nailiyyətlər barədə ətraflı məlumat verilib. Bundan əlavə, azərbaycanlı kursantlarla görüşüb, onların təhsil, məişət şəraitləri, qayğı və problemləri ilə maraqlanılıb. Bundan başqa, Rusiya Silahlı Qüvvələrinin Baş Məbədi və "Yaddaş yolu" muzey kompleksi ziyarət olunaraq, Böyük Vətən müharibəsində həlak olan hərbi qulluqçularımızın əziz və unudulmaz xatirələri anılıb.

Bundan sonra nümayəndə heyəti Rusiya Federasiyasının Tatarıstan Respublikasına yola düşüb.
Azərbaycan Hərbi Prokurorluğunun nümayəndə heyəti Rusiyaya səfər edibAzərbaycan Hərbi Prokurorluğunun nümayəndə heyəti Rusiyaya səfər edibAzərbaycan Hərbi Prokurorluğunun nümayəndə heyəti Rusiyaya səfər edibAzərbaycan Hərbi Prokurorluğunun nümayəndə heyəti Rusiyaya səfər edibAzərbaycan Hərbi Prokurorluğunun nümayəndə heyəti Rusiyaya səfər edibAzərbaycan Hərbi Prokurorluğunun nümayəndə heyəti Rusiyaya səfər edibAzərbaycan Hərbi Prokurorluğunun nümayəndə heyəti Rusiyaya səfər edibAzərbaycan Hərbi Prokurorluğunun nümayəndə heyəti Rusiyaya səfər edibAzərbaycan Hərbi Prokurorluğunun nümayəndə heyəti Rusiyaya səfər edibAzərbaycan Hərbi Prokurorluğunun nümayəndə heyəti Rusiyaya səfər edib


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 797   Tarix: 29 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək

3 yaşınadək uşağı olan sığortaolunan (işləyən) analara ödənilən aylıq müavinətin məbləğində kəskin artım gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasını

4 noyabr
.

Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar

3 noyabr
.

ADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb

Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib

3 noyabr
.

BMU-nun tələbəsi vəfat etdi

Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans

4 noyabr
.

Bakıda yuxulu sürücü avtomobili ilə ana və körpəsinin üstündən keçdi - Anbaan video

Xocəsən-Lökbatan yolunun Binəqədi rayonu ərazisindən keçən 2-ci kilometrində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, noyabrın 3-də saat 09:40-da Respublika Təcili v

4 noyabr
.

Polad Həşimovun anasının səhhətində problem yarandı: Təcili xəstəxanaya yerləşdirildi

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın səhhətində ciddi problemlər yaranıb. -a istinadən xəbər verir ki, bu barədə Milli Qəhrəmanın bacısı Kəmalə Həşimova məlumat verib. O bildirib ki, anası hazırda xəstəxanada müalicə alır:. "Anamın səhhətində yarana

4 noyabr
.

Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi

Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy

3 noyabr
.

Azərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika

Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c

3 noyabr
.

Sabah hava necə olacaq?

Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər

3 noyabr