MİQ müsabiqəsində vakant yerlərin sayı GİZLƏDİLİR - AÇIQLAMA

MİQ müsabiqəsində vakant yerlərin sayı GİZLƏDİLİR - AÇIQLAMAAzərbaycanda hər il demək olar ki, müəllimlərin işə qəbulu müsabiqəsi yaxınlaşdıqca ciddi müzakirələr və narazılıq yaranır. Əlbəttə ki, MİQ müsabiqəsi dedikdə ağlımıza ilk olaraq test imtahanı mərhələsi gəlir və ən çox narazılıar bununla əlaqədar olur. Ekspertlər deyir ki, nrazılıqların əsas səbəbi MİQ imatahanın pedaqoji sahə üzrə təhsil alanların ali və orta ixtisas təhsil müəssisələrində aldıqları bilik və bacarıqlarına uyğun olmamasıdır. Bəs MİQ müsabiqəsi ilə bağlı problemlər daha çox imtahan. İlə bağlıdır? Müsabiqədə tam olaraq hansı dəyişikliklərə ehtiyac var?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil eksperti Elmin Nuri bildirib ki, ümumiyyətlə hər il müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi yaxınlaşdıqca bununla bağlı müzakirələr onlayn resurslarda, sosial şəbəkələrdə, müəllim qruplarında bitmir. Hər il eyni mövzular və problemlər qabardılır:
MİQ müsabiqəsində vakant yerlərin sayı GİZLƏDİLİR - AÇIQLAMA"Təbii ki, burada qeyd oluna bilər ki, problem öz həllini tapsın və sonrakı illərdə təkrarlanmasın. Amma bu bir növ vərdiş halını alıb. Müəllimlərin işə qəbulu müsabiqəsi 4 mərhələyə bölünür: onlayn qeydiyyat, test imtahanı, müsahibə və vakansiya mərhələsidir. MİQ deyəndə ağla ilk gələn test imtahanı mərhələsi insanların beynində işıqlanır. Mən buna etiraz etmirəm. Test imtahanı mərhələsi MİQ-in əsas canını təşkil edir. Axı təkcə problem bu deyil. Bu gün biz MİQ müsabiqənin təşkilində, dəyişiklərin edilməsi ilə bağlı danışarkən təkcə test mərhələsinin üzərində dayanmamalıyıq. Çünki jurnalistlər və muəllimlərimizdə həmişə test imtahanı mərhələsi ilə bağlı suallar verir. Test imtahanı mərhələsi görün özünün hegemonluğunu necə qaldırıb ki, 4 hissəli müsabiqənin özü belə MİQ imtahanı kimi cəmiyyətdə tanıdılır. Test imtahanı mərhələsindən söhbət gedirsə, onlayn qeydiyyat mərhələsində o qədər də problemin yaşandığını deyə bilmərik. Bu bir prosedurdu. Tələb və şərtlərə cavab verən müəllim namizəd kimi qeydiyyatdan keçir, test imtahanı mərhələsinə buraxılır. Bununla bağlı onun şəxsi kabinetinə təsdiq cavabı göndərilir. Artıq qaydalar dəyişdi. Əvvəl test mərhələsində 60 sual idi və hər sual 1 bal ilə qiymətləndirilirdi. 40 sual ixtisas fənni ilə bağlı, 20 sual isə kurikulum-metodika ilə bağlı olurdu. Sonra isə 100 suallıq sistemə keçid etdilər. Artıq hər sual 1 bal ilə qiymətləndirilmirdi. 1 və 0.5 bal ilə qiymətləndirilən suallarda olurdu. Burada müəyyən qanunvericilik, kurikulum ilə bağlı suallarda öz əksini tapdı".

Ekspertin sözlərinə görə, 100 ballıq sistem sanki işi daha da çətinləşdirdi. Yəni əvvəllər 60 balı yığmaq asan idisə, sonradan 100 bal yığmaq çətinləşdi. MİQ müsabiqəsinin test imtahanı mərhələsi ilə bağlı problemlər vurğulananda, sualların qoyuluşu haqqında danışırdılar. Məsələn bir çox müəllimlər öz ixtisası ilə bağlı sualların həddindən artıq qəliz, hətta anlaşıqsız olduğunu bildirirdi:

" Məsələnin digər bir yanı var. Müəllimlər özlərinə sərf etdiyi tərəfdən yanaşır. Amma deyirlər ki, suallar uyğunsuzdursa, anlaşılmazlıq və yalnışlıq varsa, niyə sənlə eyni vaxtda imtahan verən "X" müəllimlər daha yüksək bal toplayır? Niyə sən özünə qaneedici balı yığa bilmirsən? Bu sualı vermək lazımdır. Sadəcə müəllimlər və namizədlər bəzən özünə sərf edən tərəfdən yanaşırlar. Amma məsələyə birtərəfli baxmayaq. Bu o demək deyil ki, suallarda həmişə dürüstlük yaxud müəllimlərdə yalnışlıq olub. Bu belə deyil. Bəzi fənlər var ki, orada müəyyən qədər texniki və məzmun xətaları olub. Bu öz yerindədir. Amma MİQ müsabiqəsində dəyişilməli olan və ciddi reformaların getməli olduğu mərhələlər müsahibə və vakansiya seçimidir. Müsahibə mərhələsindən narazı olan çox az müəllimlər var. Çünki orada kamera sistemi ilə sual-cavab prosesi yoxlanılır. Müsahibə mərhələsi izlənilir və müəllimin şikayətçi olduğu apelsiyaya müraciət etmək və orada kamera görüntülərini izlətdirmək hüququ vardır".

Elmin Nuri deyib ki, vakant seçimi mərhələsi MİQ-in ən problemli tərəfidir. Əvvəlki illərdə bununla bağlı müəyyən qanunsuzluqlar olub:

"Xüsusilə məktəb direktorları müsabiqəyə vakant yerlər təqdim edən zaman müəyyən bir qeyri-şəffaflığa yol vermişdilər. Vakant yerlər gizlədilmişdi. Bunu həm də elm və təhsil naziri Emin Əmrullayevdə çıxışlarında vurğulamışdı. Vakansiya yerlərinin gizlədilməsi ilə bağlı nazirlikdə məşğul olmuşdu. Gərək burada biz düzünü danışaq. Amma bu məsələ qaldın. Vakansiya yerlərində vakant yerlərin azlığı isə əsas şikayətlərdən biridir. Təsəvvür edin ki, Azərbaycan dili və ədəbiyyat müəllimliyi ilə bağlı bir çox müəllim test imtahanı mərhələsindən uğurla keçib. Müsahibə mərhələsindən belə müsbət cavab alıb. Amma vakant seçimi yerinə gələn kimi, ən yaxşı halda ehtiyatda olan müəllim yaxud müddətli müqavilə əsasında seçilir. Çünki xeyli müəlllim üçün cəmi bir neçə vakant yerləri açılır. İki il bundan əvvəl Balakən rayonu üzrə coğrafiya müəllimliyi üçün 1 yer var idi. Orada işləmək istəyən və yaşayan nə qədər müəllim var. Onlar cəmi bir yer üçün mübarizə aparmalıdır? Bu cür məsələlərə əsas dəyişiklik edilməlidir".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1913   Tarix: 29 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək

3 yaşınadək uşağı olan sığortaolunan (işləyən) analara ödənilən aylıq müavinətin məbləğində kəskin artım gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasını

4 noyabr
.

Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar

3 noyabr
.

ADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb

Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib

3 noyabr
.

BMU-nun tələbəsi vəfat etdi

Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans

4 noyabr
.

Bakıda yuxulu sürücü avtomobili ilə ana və körpəsinin üstündən keçdi - Anbaan video

Xocəsən-Lökbatan yolunun Binəqədi rayonu ərazisindən keçən 2-ci kilometrində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, noyabrın 3-də saat 09:40-da Respublika Təcili v

4 noyabr
.

Polad Həşimovun anasının səhhətində problem yarandı: Təcili xəstəxanaya yerləşdirildi

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın səhhətində ciddi problemlər yaranıb. -a istinadən xəbər verir ki, bu barədə Milli Qəhrəmanın bacısı Kəmalə Həşimova məlumat verib. O bildirib ki, anası hazırda xəstəxanada müalicə alır:. "Anamın səhhətində yarana

4 noyabr
.

Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi

Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy

3 noyabr
.

Azərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika

Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c

3 noyabr
.

Sabah hava necə olacaq?

Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər

3 noyabr