Azərbaycanda ətin qiyməti buna görə BAHADIR - AÇIQLAMA

Azərbaycanda ətin qiyməti buna görə BAHADIR - AÇIQLAMA2024-cü ilin yanvar-aprel aylarında Azərbaycana xarici ölkələrdən 36 milyon 698 503 min dollar dəyərində 16 min 739 ton ət idxal olunub. Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib. Son vaxtlar ətin qiymətindəki artımlar yerli istehsalın olmamasının və ət idxalının artmasının nəticəsidir?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan kənd təsərrüfatı üzrə ekspert Xaliq Məmmədovun sözlərinə görə, ümumiyyətlə son 5 ilin tendensiyası və rəsmi statistika göstərir ki, Azərbaycan xırda buynuzlu heyvanlar (qoyun və keçilərin) sayında çox böyük və kəskin azalma var:

"Təxminən son 5-6 ildə 8 min başdan yuxarı xırdabuynuzlu mal-qaranın sayında əskiklikdir. Bu da istehlakdakı ət balansına mənfi təsir. Buna görə də bu biznes ilə məşğul olan adamlar idxala müraciət etməlidir. İdxal artır. Amma ətin idxalının artması özü də bir anormal sayılır. Bu qeyri-normal bir haldır. Bizim iqlim təbii iqlim şəraiti və torpaq resurslarımız imkan verir ki, özümüzü ət və ət məhsulları ilə təmin edək. Bu birinci səbəbdir. Yerli istehsal aşağı düşüb. Yəni heyvanların sayı azalıb. İkinci məsələ burada qoyun-quzulardan danışırıqsa, diri şəkildə olan 30-35, kiloqramda olan heyvanların kəsimi çoxdur. Onlar kondosiya dövrlərinə çatmır. Məsələn dünyada 45-50 kiloqramdan aşağı olan heyvanların kəsimi tənzimlənir".

Ekspertin sözlərinə görə, digər tərəfdən iribuynuzlu mal-qaralar siyahısında Azərbaycanda cins tərkibi aşağı səviyyədədir:

"Yəni səhv etmirəmsə 50 min başa yaxın cins mal-qara var. Bu da çox az rəqəmdir. Məsələn bu gün Avropa 600-800 kiloqram diri çəkidə olan heyvanlar kəsilərək ət kimi satışa çıxarıla bilər. Biz də isə 250-300 kiloqramlıq çəkisi olan dananı kəsirlər və sonra məhv olur. İqtisadi və kənd təsərrüfatına aid olan səbəblərdən biri də budur. Bir tərəfdən statistika onu göstərir ki, 2024-cü ilin yanvar-aprel aylarında ət idxalı artıb. Amma ətin qiymətində artım var. Deməli tələbat, idxal və yerli istehsalı üst-üstə gəlsək təklif tələbata cavab vermir. Tələb çoxdur, amma təklif isə azdır. Ona görə də məsələyə hansı formada yanaşsaq biz et istehsalını artırmalıyıq. Burada işçi heyəti, heyvanların veterinar sağlamlıq məsələləri var. O cümlədən texniki təchizat məsələləri də buraya daxildir. Eyni zamanda qış və yay otlaq sahələri məsəlləri var. Bu geniş bir mövzudur. Cənab prezident bu sahə ilə bağlı geniş göstərişlər verib. Dövlətimiz bu sahəyə kifayət qədər pul ayırır və şərait var. Ucuz kreditləridə mövcuddur. Amma bu sahə ilə bağlı aidiyyəti dövlət qurumları doğru mütəxəssisləri toplamalıdır. Yaxşı bir təhlil aparılmalı və buna uyğun olaraq dünyadakı praktika ortaya qoyulmalıdır. Azərbaycanın yerli şəraitinə uyğun olaraq bir proqram işləmək lazımdır".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2747   Tarix: 29 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək

3 yaşınadək uşağı olan sığortaolunan (işləyən) analara ödənilən aylıq müavinətin məbləğində kəskin artım gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasını

4 noyabr
.

Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar

3 noyabr
.

ADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb

Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib

3 noyabr
.

BMU-nun tələbəsi vəfat etdi

Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans

4 noyabr
.

Bakıda yuxulu sürücü avtomobili ilə ana və körpəsinin üstündən keçdi - Anbaan video

Xocəsən-Lökbatan yolunun Binəqədi rayonu ərazisindən keçən 2-ci kilometrində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, noyabrın 3-də saat 09:40-da Respublika Təcili v

4 noyabr
.

Polad Həşimovun anasının səhhətində problem yarandı: Təcili xəstəxanaya yerləşdirildi

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın səhhətində ciddi problemlər yaranıb. -a istinadən xəbər verir ki, bu barədə Milli Qəhrəmanın bacısı Kəmalə Həşimova məlumat verib. O bildirib ki, anası hazırda xəstəxanada müalicə alır:. "Anamın səhhətində yarana

4 noyabr
.

Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi

Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy

3 noyabr
.

Azərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika

Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c

3 noyabr
.

Sabah hava necə olacaq?

Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər

3 noyabr