"Söyüş müxalifəti" qırmızı xətti KEÇDİ: Ölkəyə TƏHVİL VERİLSİNLƏR - AÇIQLAMA

"Söyüş müxalifəti" qırmızı xətti KEÇDİ: Ölkəyə TƏHVİL VERİLSİNLƏR - AÇIQLAMAXəbər verdiyimiz kimi, Avropa paytaxtlarında qala bilmək, qondarma "mühacir ömrünü" uzatmaq üçün Azərbaycana qarşı bütün siyasi oyunlarda iştirakçı olan "söyüş müxalifəti" daxilində ifşa prosesi başlayıb. Qarşılıqlı ittihamlardan bəlli olur ki, guya təqib olunan və buna görə "mühacir" etmiş bu kəslər "demokratiya", "insan haqları" kimi məsələlərin arxasına sığınaraq, şantaj yolu ilə pul qazanır və bir çox hallarda hakimiyyət daxilində hansısa oliqarx məmurun sifarişlərini yerinə yetirirmiş.

Bəs qarayaxma kampaniyası aparan, əsassız ittihamlar səsləndirən "söyüş müxalifəti"nin ölkəyə ekstradisiyası mümkündür? Məsələ ilə bağlı Sonxeber.az-a danışan politoloq Tofiq Abbasov deyib ki, "söyüş müxalifəti"nin indiki bərbad vəziyyəti ondan irəli gəlir ki, bu adamlar özləri siyasi cəhətdən bəsitdirlər:

"Onların elə savad və bacarıqları yoxdur ki, cəmiyyətdə, xaricdə nüfuz sahibinə çevrilsinlər. Onlar heç vaxt nüfuz sahibi olmayacaqlar. Çünki birincisi çıxdıqları ölkəni qara boyalarla təsvir etməyə çalışırlar. Sonra dövlətçilik sistemi və cəmiyyətinə xələl vururlar. Faktiki olaraq bu adamlar siyasi baxımından cinayət törədirlər. Çünki Azərbaycan dövlətinin rəhbərliyinə dair əsassız iddialar irəli sürürlər. Eyni zamanda söyüş leksikasından istifadə edirlər. Dövlət rəhbərlərini, xalqı təhqir edirlər. Buna görə də onlar məsuliyyət daşımalıdırlar. Azərbaycan tərəfi bu məsələyə kifayət qədər ciddi yanaşır. Bu bizim borcumuzdur. Burada dövlətin institutları, cəmiyyətin təhlükəsizliyindən söhbət gedir. Bunlar hamısı bizim milli təhlükəsizliyimizin əsas göstəriciləridir. Bir halda ki bu adamlar xaricə qondarma bəhanələr ilə gedib, orada sığınacaq tapıblar. Onlar gərək etdikləri əməllərə görə məsuliyyət daşımalıdır".

Politoloqun sözlərinə görə, onlar özləri də başa düşürlər ki, bütün qırmızı xətləri keçiblər. Eyni zamanda özləri gizlənir və yerdəyişmələr edirlər:

"Ancaq bunun heç bir xeyri yoxdur. Əvvəla onlar "fəaliyyət"lərində tam iflasa uğrayıblar. Onlara diqqət yetirən və məhəl qoyan yoxdur. Varsa da, insanlar bu qondarma fəaliyyətinə gülürlər. Olduqları ölkələrdə heç vaxt nüfuz sahibi ola bilməyəcəklər. Çünki bu adamlar öz vətənlərini satırlar. Öz vətənlərinə ayaqlarını isidirlər. Elə başa düşürəm ki, xüsusi kanallarla, diplomatik əlaqələr və interpol xətti ilə bu adamlar axtarışa verilməlidir. Çünki həqiqətən onları fəaliyyəti dağıdıcı mahiyyətə malikdir. Azərbaycanın milli təhlükəsizliyinə "müxalifət" təhdid törədirlər. Belə məsələlərə göz yummaq olmaz. Əvvəl-axır bu qruplaşmalar ölkəyə gətiriləcək. Bu hansı məqamlarda və zaman çərçivəsində olması barədə məlumat vermək çətindir. Ancaq hər halda onların dağıdıcı yanaşmaları heç yerdə təqdir olunmayacaq. Çünki belə insanlar mahiyyət etibarilə çox cılız və satqın xislətə malikdirlər. Nəhayət bu insanlar heç bir sahədə özlərinə nüfuz qazana bilməyəcəklər. Onların fəaliyyət növləri saxtadır. Bu insanlar olduqları ölkənin maraqlarına uyğun və lazım olmayan təbliğatlar aparır. Çünki Azərbaycan diplomatiyası çeviklik nümayiş etdirir. İldən-ilə beynəlxalq mövqelərimiz güclənir. Azərbaycanda iqtisadi zəmində artım var. Bütün quruculuq prosesləri və multikultural dəyərlər üzrə çox böyük nailiyyətlər əldə etmişik. Bunlar xaricdə bizim üçün təqdir olunan nailiyyətlərdir. Bu adamlar fəaliyyətinə görə iflasa uğrayıb və məhkəmə qarşısında cavab verəcəklər".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2902   Tarix: 30 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycan Prezidenti: "BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımız

17 sentyabr
.

Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr
.

Azərbaycan TDT-nin inkişafında fəal rol oynayan ölkələrdən biridir - AÇIQLAMA

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi və üzv ölkələrin təhlükəsizlik strukturlarının nümayəndələrini qəbul edib. Görüş zamanı TDT-nin inkişafı, təhlükəsizlik, nəqliyyat, enerji və iqtisadi əməkdaşlığın genişləndirilməs

18 sentyabr
.

Azərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir

Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə

18 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH

"2023-cü il sentyabrın 28-də qondarma "Artsax" rejiminin özünü lider kimi təqdim edən Samvel Şahramanyan tərəfindən imzalanmış sənədin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması tarixində heç bir əhəmiyyəti, dəyəri və məzmunu yoxdur. Çünki Şahramanyan həmin sənədi imzalayan

21 sentyabr
.

Prezident: "Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir"

"Ölkələrimiz böyük təbii ehtiyatlara malikdir və bu da böyük üstünlükdür. Bu təbii ehtiyatlar dövlətlərimizin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir, həmçinin bütün dünya üçün mühüm rol oynayır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliye

17 sentyabr
.

Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam

Prezident İlham Əliyev keçmiş futbolçu İsgəndər Cavadovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətin

19 sentyabr