Ermənistanda Baqrat şousu: Yeni müharibə BAŞLAYIR? - ŞƏRH

Ermənistanda Baqrat şousu: Yeni müharibə BAŞLAYIR? - ŞƏRHErmənsistanda müxalifət-iqtidar qarşıdurması davam edir. Ermənistan baş naziri Nikol Paşinyana qarşı aksiyaların keçirilməsi davam edir və mitinqlərin əhatə dairəsi genişlənir. Arxiyepiskop Baqrat Qalstanyan isə əlbəttə ki, siyasi proseslərdə aktiv iştiraka maraqlıdır. Azərbaycanda siyasi şərhçilər, politoloqlar Ermənistanda gedən prosesləri yaxından izləyir. Belə bir fikir yaranmışdı ki, Paşinyana qarşı keçirilən etiraz aksiyaları qısa müddət davam edəcək. Lakin görünən odur ki, bu belə deyil. Erməni keşiş yaxın gələcəkdə Vanadzor (Böyük Qarakilsə) və Vardenisə (Basarkeçər) getməyi planlaşdırdıqlarını açıqlayıb.

Digər tərəfdən isə Ermənistan baş naziri Nikol Paşinyanın aksiyalar ilə əlaqədar Azərbaycan ilə bağlı atacağı addımlar sual altındadır. Belə olan təqdirdə Paşinyan Azərbaycanla danışıqlardan imtina edə bilər? O cümlədən yeni müharibənin başlanması gözləniləndir?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan hərbi ekspert Səxavət Məmməd deyib ki, Ümumiyyətlə Azərbaycanda Ermənistanda baş verən aksiyaları izləyirlər:

"Biz də nədənsə proqnoz verənlər elə düşünürdülər ki, bu aksiya ancaq Paşinyanın istədiyi kimi nəticələnir. Əgər bir aksiya qısa zamanda yekunlaşmırsa, oraya əhali gəlməyə davam edirsə, proseslərin içinə başqa dövlətlər qatılırsa aksiyalar uzunmağa davam edəcək. Beləliklə problemlərin içərisində yeni problemlər yaranır. Məsələ ondadır ki, aksiyaların ilk dönəmlərində, hətta bir neçə gün öncəyə qədər Azərbaycan-Ermənistan məsələsi ilə əlaqədar Paşinyanın geri addım atmağı ilə bağlı hansısa bir hallar yaşansaydı, aksiyada sonlanardı".

Ekspertin sözlərinə görə, aksiyanın gedişi zamanı Paşinyan ona qarşı çıxanlar ilə görüşməkdən çəkindi. Bu da aksiya iştirakçılarını ruhlandırdı və əhalidə Paşinyan ilə bağlı münasibətlərdə dəyişiklik oldu:

"Ermənistan mediasında bir neçə qəzet var ki, onlar Göyçə mahalında Tavuşdakı hadisələrin baş verəcəyindən yazmağa başladılar. Bu artıq vəziyyəti dəyişdirdi. Vəziyyət elə həddə gəlib çatıb ki, Paşinyan Tavuşdakı ərazilər və Qarabağ hücum planlarından danışsa belə, bunların heç biri mitinqlərin sayına təsir etməyəcək. O cümlədən bu məsələ Azərbaycan-Ermənistan arasında yarana biləcək yeni müharibədə deyil. Bu dəqiqə Ermənistanda iqtidar-müxalifət qarşıdurması yaranıb. Paşinyanın Azərbaycan ilə bağlı atacağı hər hansı bir addımın aksiyalara təsiri olmayacaq".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1666   Tarix: 03 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Pasha Hospitality" şirkətinin baş icraçı direktoru Mehmet Balçi

17 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb. AZƏRTAC-a istinadən xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları!. Sizi Türk Dövlətləri Təşkilatına üzv ölkələri

17 sentyabr
.

Azərbaycan XİN: "Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb"

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "20 sentyabr dövlət suverenliyimizin bərqərar olduğu, xalqımızın çoxəsrlik dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmış tarixi gündür. 19-20 sentyabr 2023-cü il tarixlərind

20 sentyabr
.

Prezident: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"

"Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri

17 sentyabr
.

Prezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident

17 sentyabr
.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr
.

Türk dünyası və İslam aləmi birlikdə daha güclüdür

Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd

17 sentyabr
.

Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr

Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb

17 sentyabr