"Azərbaycanlılar əhd ediblər ki, dünyaya xəstə və çirkin uşaqlar gətirsinlər"
Qohum evliliyindən irsi və genetik xəstəliklə doğulan uşaqların sayı artır.
Mütəxəssislərin fikrincə, belə evliliklərin əksəriyyəti rayon və kəndlərdə baş tutur.
Qohum olmayan evliliklərdə də xəstə uşaqlara rast gəlinir, lakin belə uşaqlar iki-dörd faizdirsə, qohum olanlarda bu göstərici dörd-səkkiz faizdən çox olur.
Millət vəkili Rəşad Mahmudov da bir müddət əvvəl sözügedən məsələyə toxunaraq bildirib ki, qonşu ölkələrlə müqayisədə bu hallar ölkəmizdə daha çoxdur.
Günümüzdə qohum evliliyindən yaranan fəsadlarla bağlı nə qədər danışılsa da, insanlar bu yolla getməkdən çəkinmirlər.
Bəs bunun qarşısını almaq üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan psixoloq Samirə Bağırova bildirib ki, qohum evliliyi zamanı həm uşaqların xəstə doğulma ehtimalı var, həm də körpələr çirkin olur:
"Məndə bəzən elə hiss yaranır ki, sanki biz düşüncə baxımından köhnə əsrlərə qayıdırıq. Orta əsrlərdə olduğu kimi yaxın qan qohumları arasında cütləşmə sayəsində xəstə uşaqların artması, sivilizasiyadan geri qalmanın göstəricisidir.
Eyni zamanda da çirkin uşaqların doğulması da qaçılmaz faktdır. Ümumiyyətlə, ölkəmizdə insanların çoxu bir birinə bənzəyir. Yeganə olaraq bu yaxınlarda Sumqayıtda imza günündə iştirak edəndə hədsiz çox sayda təbii gözəlliyi ilə seçilən xanımlar diqqətimi çəkdi. 2 gün ərzində bunu maraqlananda məlum oldu ki, Sumqayıt şəhərinə Azərbaycanın müxtəlif yerlərindən köçən insanlar var. Tam yad qan, yad genetikanın qarışması nəticəsində həqiqətən gözəl və sağlam uşaqlar doğulmuşdu".
S.Bağırova qeyd edib ki, gəncləri qohum evliliyinə məhz valideynlər təşviq edir:
"Qohum evliliyi yalnız bölgələrdə deyil, elə Bakı kəndlərində, qəsəbələrində də geniş yayılıb. Sanki insanlar əhd ediblər ki,ölkəyə xəstə və çirkin uşaqlar yaymalıyıq. Yad biri ilə, yaxud yad milliyətlə evlilikdən qaçmaq qorxu, özgüvənsizlik əlamətidir. İlk başda isə valideynə nökərlik sayəsində gənclər öz istədikləri həyatı yaşaya bilmirlər. Gəncləri qohum evliliyinə valideynlər təşviq edir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1350 Tarix: 06 iyun 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yeniyetmə Səməd Vurğunun əmisi nəvəsini bıçaqladı
Qazaxda bıçaqlanma hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, rayon sakini 1993-cü il təvəllüdlü Xanlar Vəkilov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, o, həmyerlisi olan yeniyetmə tərəfindən mübahisə zəminində bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs poli
4 noyabrSabah hava necə olacaq?
Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər
3 noyabrAzərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu
Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar
3 noyabrSabahdan bu yollarda hərəkət məhdudlaşdırılır
5 noyabr saat 08:00-dan etibarən Qaradağ rayonunun Ələt və Səngəçal qəsəbələrində iki ünvanda təmir işləri aparılacaq. xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb. Bildirilib ki, təmir işləri ilə əlaqədar qeyd olunan ünvanlarda nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq
4 noyabrXırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Xırdalan şəhərində noyabrın 2-də yoxa çıxan və ötən gecə tapılan 12 yaşlı uşağın evdən getməsinin təfərrüatı bilinib. -a istinadən xəbər verir ki, qızın mənzili tərk etməsinə anasından küsməsi səbəb olub:. İddia olunur ki, qızın anası ilə aralarında mübahisə olub və azyaşlı evdən gedib. "Daha sonr
4 noyabrAstarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı
Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru
4 noyabrArvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular
Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb. Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrini
3 noyabr