Mərkəzi Bankın yeni binası üçün xərclər 770 milyona qalxdı - "Bu, ölkə resurslarının səmərəsiz xərclənməsidir"
"Mərkəzi Banka ofis lazımdırmı? Bəli, lazımdır. Bəs Mərkəzi Banka 770 milyon manatlıq ofis lazımdırmı? Bu, çox ciddi sualdır. Təəssüf ki, bu xərcin təsdiq edilməsi nə mənim, nə də sizin səlahiyyətinizdə deyil. Səlahiyyətli şəxslər bunu təsdiq edib, xərcləyirlər. Xərcləyə-xərcləyə də gedirlər. Mərkəzi Bank məhsul satmır, ixrac etmir. Qurum bu qazancı əhalidən alır. Hətta həmin pul Bankın qazancı da olsa, bu işlərin görülməsi sual işarəsi yaradır..."
Bu sözləri Pravda.az-a iqtisadçı-ekspert Xalid Kərimli Mərkəzi Bankın yeni binası üçün xərclərin 450 milyondan 770 milyona qalxması xəbərinə münasibət bildirərkən deyib.
"Çox təəssüf edirəm. Azərbaycanın qeyri-neft sektorunun ciddi inkişaf problemi olduğu bir dövrdə, hələ sosial tərəfdən minimum əməkhaqqının 345 manatdan qaldırmaq barədə iki ildir, fikirləşirik ki, qaldıraq, ya qaldırmayaq, minimum pensiyanın 280 manat olduğu bir vaxtda belə təntənəli, dəbdəbəli, dövlət idarələrinin nəhəng daşınmaz əmlaka pul qoyması pisdir, bərbaddır. Qəti surətdə tənqid edirəm. Bu, ölkə resurslarının səmərəsiz xərclənməsidir", - ekspert deyib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1591 Tarix: 06 iyun 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yeniyetmə Səməd Vurğunun əmisi nəvəsini bıçaqladı
Qazaxda bıçaqlanma hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, rayon sakini 1993-cü il təvəllüdlü Xanlar Vəkilov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, o, həmyerlisi olan yeniyetmə tərəfindən mübahisə zəminində bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs poli
4 noyabrSabah hava necə olacaq?
Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər
3 noyabrAzərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu
Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar
3 noyabrSabahdan bu yollarda hərəkət məhdudlaşdırılır
5 noyabr saat 08:00-dan etibarən Qaradağ rayonunun Ələt və Səngəçal qəsəbələrində iki ünvanda təmir işləri aparılacaq. xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb. Bildirilib ki, təmir işləri ilə əlaqədar qeyd olunan ünvanlarda nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq
4 noyabrXırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Xırdalan şəhərində noyabrın 2-də yoxa çıxan və ötən gecə tapılan 12 yaşlı uşağın evdən getməsinin təfərrüatı bilinib. -a istinadən xəbər verir ki, qızın mənzili tərk etməsinə anasından küsməsi səbəb olub:. İddia olunur ki, qızın anası ilə aralarında mübahisə olub və azyaşlı evdən gedib. "Daha sonr
4 noyabrAstarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı
Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru
4 noyabrArvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular
Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb. Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrini
3 noyabr