İstirahətə gedirik, ya ölməyə?: Turlar təhlükəsizlik qaydalarına ƏMƏL EDİR? - AÇIQLAMA

İstirahətə gedirik, ya ölməyə?: Turlar təhlükəsizlik qaydalarına ƏMƏL EDİR? - AÇIQLAMAXəbər verdiyimiz kimi Azərbaycanda tur avtobusu qəzaya düşüb. iyunun 6-da saat 10 radələrində Y.Bağırov idarə etdiyi "Mercedes" markalı mikroavtobusla rayonun Sadatlı kəndi ərazisində idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb. Nəticədə mikroavtobusda olan sərnişinlərdən S.Kazımova və K.Şükürova ölüb, bir neçə sərnişin isə müxtəlif bədən xəsarətləri alıb. Bəs tur şirkətlərində təhlükəsizlik tədbirləri hansı səviyyədədir?

Məsələ ilə bağlı təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev Sonxeber.az-a açıqlama verib.

Ekspert bildirib ki, turizm sahəsində çalışan müəssisələrdə təhlükəsizlik məsələsi ön planda olmalıdır:

"Turizm sahəsində çalışan müəssisələr öz işlərində xidməti elə təmin etməlidir ki, ilk növbədə təhlükəsizlik məsələsi ön planda olmalıdır. Turzim şirkətləri ilk növbədə nəqlliyyat vasitəsinin sazlığından əmin oolmalıdır. Nəqliyyat vasitəsinin sürücüsü təcrübəli olmalıdır. Sürücünün və bələdçilərin bu sahədə bilik və bacarıqları kifayət qədər olmalıdır. Həmin şəxslərin sertifikasiyası mütləq şəkildə olmalıdır. Baş verə biləcək fövqaladə hadisələrə qarşı tədbirli olmalıdır. Nəqliyyat vasitəsində hər hansısa yanğın hadisə baş verərsə, yağın söndürmə qurğusunun olmasından, səhhəti pisləşən sərnişinə ilkin tibbi yardım göstərərmək üçün bütün avadanlıqlar və ilk tibbi yardın bacarıqlarının olması vacibdir. Bu tədbirlər ona görə lazımdır ki, fəsadların daha da böyüməsinin qarşısı alınsın. Həm də bu kimi hadisələrin olma riski minimum olsun. Təbii ki, hadislərdən heç kim sığortalanmayıb. Ancaq önləyici tədbirlər görmək və hadislərə hazırlıqlı olmaq lazımdır.

Elmar Nurəliyev bildirib ki, sürücü geddiyi yer haqqında məlumatlı olmalıdır:

"Sürücü gedəcəyi yer haqqında məlumatlı olmalıdır. Yolda hansı təhlükələrlə qarşılaşma ehtimalı ola bilər, bunu bilməli və önləyici tədbir görməlidir. Misal üçün:meşəlik ərazidə ayı ilə qarşıla bilər, və ya sərnişini ilan sanca bilər. Bu zaman ilkin tibbi müdaxilə necə olmalıdır. Tur təşkil edən şirkətlər bunların hamısını düşünməli və tədbirlər görməlidir. Son olaraq tur avtobusu və ya hansısa nəqliyyat vasitəsi yola çıxmazdan əvvəl yoxlanışdan keçməlidir. Ciddi qəzanın baş verməsinə zəmin yaradan amillər yoxlanılmalıdır.Bu halların olmaması təmin edilməlidir. Nasaz nəqliyyat vasitəsinin qəza etmək riski daha çoxdur. Amma saz vəziyyətdə olan nəqliyyat vasitəsinin qəza riski minimumdur. Baş verə biləcək qəzaları minimuma endirmək üçün bu tədbirlər nəzərə alınmalıdır".

Gülcahan Məmmədova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2268   Tarix: 06 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Yeniyetmə Səməd Vurğunun əmisi nəvəsini bıçaqladı

Qazaxda bıçaqlanma hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, rayon sakini 1993-cü il təvəllüdlü Xanlar Vəkilov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, o, həmyerlisi olan yeniyetmə tərəfindən mübahisə zəminində bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs poli

4 noyabr
.

Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"

Zorlama ilə ittiham olunan Bəxtiyar Dalinin evindən görüntülər. qafqazinfo-ya istinadən xəbər verir ki, Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. O, özünəməxsus bağda bir qızı zorlamağa cəhd etməkdə ittiham olunur

3 noyabr
.

Sabah hava necə olacaq?

Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər

3 noyabr
.

Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA

Bir neçə şəxsin mülkiyyətində olan daşınmaz əmlakın satılması zamanı mülkiyyətçilərin hüquq və razılıq məsələsi tez-tez mübahisələrə səbəb olur. Xüsusilə, paylı və birgə mülkiyyətdə olan ev və ya mənzilin digər sahiblərin razılığı olmadan satışa çıxarılması, yaxud mülkiyyətçilərdən birinin öz payın

4 noyabr
.

Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar

3 noyabr
.

Sabahdan bu yollarda hərəkət məhdudlaşdırılır

5 noyabr saat 08:00-dan etibarən Qaradağ rayonunun Ələt və Səngəçal qəsəbələrində iki ünvanda təmir işləri aparılacaq. xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb. Bildirilib ki, təmir işləri ilə əlaqədar qeyd olunan ünvanlarda nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq

4 noyabr
.

Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi

Xırdalan şəhərində noyabrın 2-də yoxa çıxan və ötən gecə tapılan 12 yaşlı uşağın evdən getməsinin təfərrüatı bilinib. -a istinadən xəbər verir ki, qızın mənzili tərk etməsinə anasından küsməsi səbəb olub:. İddia olunur ki, qızın anası ilə aralarında mübahisə olub və azyaşlı evdən gedib. "Daha sonr

4 noyabr
.

Astarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı

Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru

4 noyabr
.

Arvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular

Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb. Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrini

3 noyabr