Dünya nüvə müharibəsinin ASTANASINDA: Azərbaycana necə TƏSİR EDƏCƏK? - ŞƏRH
NATO Rusiyanın mümkün hücumuna qarşılıq quru dəhlizlərindən istifadəni planlaşdırır. Bununla bağlı mətbuatda məlumat yayılıb. Məlumata görə, cəbhə xəttinə çıxmaq üçün ABŞ ordusu əvvəlcə Niderland limanlarına daxil olmalı, oradan da Almaniya və Polşaya yollanmalıdır. Bu portlar sıradan çıxarılacağı halda o zaman NATO üzvlərinin bölmələri Yunanıstan və Türkiyə limanlarına daşınacaqlar. Buradan isə Rusiyaya qarşı döyüşmək üçün qoşunlar Bolqarıstan və Rumıniyaya yerləşdiriləcək.
İki tərəf arasında müharibənin başlanması Azərbaycana necə təsir edəcək?
Mövzu ilə bağlı Sonxeber.az-a danışan politoloq Kazım Kazımov deyib ki, Rusiya-NATO müharibəsinin başlanması üçüncü dünya müharibəsi və ya nüvə müharibəsidir desək yanılmarıq:
"Hər iki dəfə çox dağıdıcı silahlara malikdir. Əgər onlar istifadə edilərsə, insanlıq çox böyük zərərlər görər. Lakin buna başladı və çox ciddi nəticələr verəcək demək hələ tezdir. Biz bilirik ki, dünya 1945-1991-ci ilə qədər soyuq müharibə dövrünü yaşadı. Soyuq müharibə dövründə də hadisələr müharibəyə doğru yönəldi. Son anda liderlərin doğru addımları nəticəsində müharibə təhlükəsi sovuşdu. Vaşinqton və Moskva bu dövrdə iki əsas tərəfdaş idi".
Politoloqun sözlərinə görə, tarixə görə, hər iki ölkənin müharibə etmədən rəqabət etmə təcrübəsi var:
" Əgər Ukrayna müharibəsi başa çatarsa və Rusiyaya qarşı embarqo aradan qalxarsa, müharibə təhlükəsi azalar. Lakin ABŞ və Avropanın müharibəni dayandırmaq kimi niyyəti yoxdur. Rusiya ordusunun Ukraynada məhv edilməsi olanı üzrə çalışırlar. Rusiyada təbii ki, Ukraynada müharibənin davam etməsində maraqlıdır. Çünki Rusiya hələ Ukraynada öz məqsədlərinə tam olaraq çatmayıb. Daha çox ərazi işğal etmək niyyəti var. Belə olan təqdirdə krizin sona çatacağı görsənmir. Digər tərəfdən Şərqi Avropada müharibənin yayılması təhlükəsi var. Üfüqdə hələ ki, müharibə təhlükəsi görmürəm. Nüvə müharibəsi hər iki ölkə üçün böyük faciə ilə nəticələnə bilər. Ona görə də Azərbaycan bu məsələdə böyük narahatlıq hissi keçirməməlidir".
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1335 Tarix: 07 iyun 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Temperatur 10° enəcək - Xəbərdarlıq
Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var
4 noyabrKeçmiş nazirin oğluna vəzifə verildi
Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC
4 noyabrXırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Xırdalan şəhərində noyabrın 2-də yoxa çıxan və ötən gecə tapılan 12 yaşlı uşağın evdən getməsinin təfərrüatı bilinib. -a istinadən xəbər verir ki, qızın mənzili tərk etməsinə anasından küsməsi səbəb olub:. İddia olunur ki, qızın anası ilə aralarında mübahisə olub və azyaşlı evdən gedib. "Daha sonr
4 noyabrSabah leysan olacaq, qar yağacaq
Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr
4 noyabrADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb
Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib
3 noyabrBMU-nun tələbəsi vəfat etdi
Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans
4 noyabrArvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular
Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb. Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrini
3 noyabrAğır qəzada həlak olan hərbçimiz yeni ata olubmuş - Detallar
Şəki rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan hərbçimizin yaxın vaxtlarda ata olduğu məlum olub. Ölkə.az-a istinadən xəbər verir ki, 24 yaşlı Səbuhi Ağazadə bir il əvvəl ailə qurubmuş. Onun ilk övladı isə bu yaxınlarda dünyaya gəlib. Məlumata görə, ailə əslən Laçın rayonunu
3 noyabr"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Ucarda 37 yaşlı kişi onunla birlikdə gecələmək istəməyən qadına xəsarət yetirib. -a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Ceyhun rayonda avtomobil yolunun kənarında Mingəçevir şəhərindən yanına qonaq gəlmiş, lakin onunla birlikdə qalaraq gecələmək təklifini rədd etmiş Elmira (adlar şərtidi
3 noyabr