Azərbaycanda hərbi xidmət müddəti 1 ilə ENDİRİLƏ BİLƏR - AÇIQLAMA

Azərbaycanda hərbi xidmət müddəti 1 ilə ENDİRİLƏ BİLƏR - AÇIQLAMA44 günlük Vətən müharibəsi və uğurla keçirilən antiterror əməliyyatlar nəticəsində Qarabağda separatizmə son qoyuldu. O cümlədən Qazaxın kəndləri danışıqlar əsasında geri qaytarılır, delimitasiya və demarkasiya prosesləri həyata keçirilir. Artıq ilkin sülh müqaviləsinin imzalanmasının vaxtı gəlib çatıb. Azərbaycan tərəfi daim ilkin sülh müqaviləsinin imzalanmasına hazırlıqlı olduğunu bildirib.

Əldə edilən nəticələr onu göstərir ki, regionda reallıqlar dəyişib və yumşalma prosesi gedir. Bildiyimiz kimi, Azərbaycanda ali təhsil olmayanlar 1 il 6 ay, universitet bitirən çağırışçıların hərbi xidməti isə 1 ildir. Belə olan halda Azərbaycanda məktəbi bitirib, universitetə daxil olmayan çağırışçıların hərbi xidmətin müddətini 1 ilə endirmək olar?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan hərbi ekspert Emin Həsənli deyib ki, bu məsələyə gələcəkdə baxmaq olar. Belə müzakirələr var ki, yaxın gələcəkdə əsgərlik müddətinin xidməti ali təhsil olmayanlar üçün 1 il, ali təhsili olanlar üçün 6 aya endirilsin:

"Mən də bu fikrə qatılıram. Hesab edirəm ki, bu 1 il ərzində əsgərləri hazırlamaq olar. Bizim ordumuz artıq peşəkar orduya keçir. Xeyli sayda peşəkarlarımız var. Xüsusi Təyinatlı Qüvvələrimiz, gizirlər, müddətdən artıq hərbi qulluqçular, o cümlədən məktəblərimiz müxtəlif istiqamətlərdə fəaliyyət göstərir. Azərbaycan prezidenti cənab İlham Əliyev Ali Baş Komandan kimi qarşıya məqsəd qoyub ki, Ordumuz Türkiyə Silahlı Qüvvələrinin modelinə keçsin. Buna görə də hüquqi baza istismarında xüsusi təkmilləşdirilmələr aparılıb. Hesab edirəm ki, yaxın zamanlarda bu istiqamətlərdə müvafiq addımlar atılacaq".

Ekspertin sözlərinə görə, əsgərlik xidmətinə yola salma 35 yaşdan 27 yaşa endirilə bilər. 4 dəfə yola salma iki dəfə yaz və payız ayları ilə əvəzlənə bilər:

"Bunların hamısı sülh müqaviləsi imzalandıqdan və bölgədə ümumi vəziyyət sabitləşəndən sonra ola bilər. 4 dəfə çağırış ona görə olurdu ki, əsgərliyə çağırılan şəxsi heyətin 75 faizi hazırlıqlı, 25 faiz isə ehtiyata buraxılsın. Biz bunu 2020-ci ilin sentyabr ayında əməliyyatlar zamanı nə qədər önəmli olduğunu gördük. Əgər yay-payız çağırışı olsaydı 50 faiz olacaqdı. Bu da ordunun hazırlığı baxımından problem ola bilərdi. Ancaq müharibə yekunlaşıb və qarşıda sülh müqaviləsi gözlənilir. Sülh müqaviləsindən və bölgədə normallaşdıqdan sonra bu addımlar atıla bilər".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 6550   Tarix: 07 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

4 noyabr
.

Keçmiş nazirin oğluna vəzifə verildi

Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC

4 noyabr
.

Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi

Xırdalan şəhərində noyabrın 2-də yoxa çıxan və ötən gecə tapılan 12 yaşlı uşağın evdən getməsinin təfərrüatı bilinib. -a istinadən xəbər verir ki, qızın mənzili tərk etməsinə anasından küsməsi səbəb olub:. İddia olunur ki, qızın anası ilə aralarında mübahisə olub və azyaşlı evdən gedib. "Daha sonr

4 noyabr
.

Sabah leysan olacaq, qar yağacaq

Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr

4 noyabr
.

ADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb

Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib

3 noyabr
.

BMU-nun tələbəsi vəfat etdi

Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans

4 noyabr
.

Arvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular

Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb. Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrini

3 noyabr
.

Ağır qəzada həlak olan hərbçimiz yeni ata olubmuş - Detallar

Şəki rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan hərbçimizin yaxın vaxtlarda ata olduğu məlum olub. Ölkə.az-a istinadən xəbər verir ki, 24 yaşlı Səbuhi Ağazadə bir il əvvəl ailə qurubmuş. Onun ilk övladı isə bu yaxınlarda dünyaya gəlib. Məlumata görə, ailə əslən Laçın rayonunu

3 noyabr
.

"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü

Ucarda 37 yaşlı kişi onunla birlikdə gecələmək istəməyən qadına xəsarət yetirib. -a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Ceyhun rayonda avtomobil yolunun kənarında Mingəçevir şəhərindən yanına qonaq gəlmiş, lakin onunla birlikdə qalaraq gecələmək təklifini rədd etmiş Elmira (adlar şərtidi

3 noyabr