Küçədə hara gəldi tüpürənlər məsuliyyətə CƏLB OLUNSUN - AÇIQLAMA

Küçədə hara gəldi tüpürənlər məsuliyyətə CƏLB OLUNSUN - AÇIQLAMABu gün cəmiyyət arasında sözün əsl mənasında neqativ hallar ilə üzləşirik. Küçələrdə insanlar təmizliyə riayət etmirlər. İnsanların küçədə gedərkən, hətta avtomobilin pəncərəsindən zibil atması kimi problem hələ də aradan qaldırılmayıb. Ən çox görülən və xoşagəlməz davranışlardan biri yollara və səkilərə, hətta metro stansiyalara tüpürməyidir. Bu davranışları görənlər digər vətəndaşlar artıq iyrənirlər. Mədəniyyəti olan heç bir insan bu davranışlara bir daha yol verməz. Belə olan təqdirdə, ətraf mühiti çirkləndirən, hara gəldi tüpürən insanlar barəsində cərimə oluna bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan "Polisə Dəstək" İctimai Birliyinin sədri, təqaüddə olan polis polkovniki Şəmsəddin Əliyev deyib ki, Bu çox həssas və vacib məsələlərdən biridir. Bəlkə də unudulmuş bir mövzudur. Mədəniyyət, abır-həya diridir və heç vaxt ölmür. Bununla əlaqədar müvafiq icra orqanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ərazidə təmizliyin, səliqə-sahmanın uyğun təşkili üçün mütləq mənada təxirəsalınmaz tədbirlər həyata keçirməlidir:

"Mən avtomobildən insanların zibil atmağının, ətrafa tüpürməyinin tərəfdarı deyiləm. Hətta bəzi yerlərdə zibil qabı olsa belə zibilləri piyada keçidinə atırlar. Yəni burada insanların mədəni səviyyəsi aşağıdır. Əxlaq və tərbiyə baxımından bir az çatışmazlıq var. Son zamanlar Bakı şəhərində bundan beter hallar var. Marketlərdə və bazarlarda ayaqları tüklü kişilərin şortikdə gəzməsi halları var. Bunu heç cürə Azərbaycan xalqının mədəniyyətinə sığışdıra bilmirəm. Bizim adət-ənənələrimiz əsrlər boyu yaranıb və elə-belə formalaşmayıb. Bizim milli-mənəvi dəyərlərimiz var. Onlar bizim milli ideologiyamız ilə üst-üstə düşür. Bunları heç vaxt unutmamalıyıq. Bu insanın mədəniyyətində və əxlaqında, danışığında çat varsa, ona nə qədər cəza və cərimə tətbiq etsək düzələn deyil. Bizə lazım olan insanların mədəni davranışı ilə bağlı maarifləndirmə tədbirlərin həyata keçirilməsidir. Vətəndaş cəmiyyəti və mətbuatın rolu böyükdür. Amma müvafiq icra hakimiyyəti orqanları ərazilərdə bunu nəzarətdə saxlamalıdır. Mən dəfələrlə şahid olmuşam. Avtobus dayanacaqlarında bəzən adamlar çox dayanır. Ya avtobus qıtlığı var, ya da minmək istəmirlər. Bakı şəhərinə gedən avtobuslar belə bərbad gündədir. Bu da bizim mədəni səviyyəmizə uyğun deyil. Bu gün o insanlar həmin avtobuslara layiq deyillər. Aynası qırğın, natəmiz avtobuslara bizim vətəndaşlar niyə oturmalıdır? Nəqliyyat agentlikləri nə danışırlarsa danışsın. Heç biri standartlara uyğun deyil".

Ekspertin sözlərinə görə, bu istiqamətdə sadəcə kiçik sahibkarların marağı var. Onlar bu avtobusların sahibləridir. Bu da bir problemdir. İnsanların mədəniyyət və davranışları cilalanmalıdır. Məsələ ilə ictimai birliyə bu istiqamətdə böyük ehtiyac var. Birinin digərinə ehtiyacı yoxdursa deməli bu cəmiyyət deyil. Elə bir cəmiyyət yoxdur ki, bir nəfərin digərinə ehtiyacı olmasın. Bu ehtiyaclar bir-birinə dəstək olanda çox gözəl bir cəmiyyət formalaşır:

" Amma bəzən bunun biz əksini görürük və xaos yaranır. Televiziyalarda bununla bağlı videoçarxlar nümayiş etdirilməlidir. Bakı şəhəri təmiz olmalıdır. Biz istəyirik ki, insanlar ictimai qaydalara əməl etməlidir. Hətta tikilən binalar belə ətraf mühitə ciddi ziyan vurur. Hər şey necə gəldi daşınır və yollara nəzarət edən qurumlar olmalıdır. İnsanlar düşünmürlər ki, qarşısından keçən adamın bu məsələlərə həssaslığı ola bilər. Bu kimi amillər insanların sağlamlığına ciddi təsir edən faktorlardır. Birini həll edib, digərini saxlamaq düzgün deyil. Bütün problemlərin hamısı birlikdə həll edilməlidir. İcra hakimiyyəti orqanları və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin çox böyük günahı var. Camaat hara gəldi tüpürür və 20 nəfər adamın sıx toplaşdığı yerdə siqaret çəkir. Bu hansı əxlaqa və mədəniyyətə sığır. Ətrafda xanımlar və qocalar var. Bunu polis protokol ilə izah edir ki, eləmək olmaz. Amma bu polisin işi deyil. Polis ictimai təhlükəsizliyin təmin olunmasına, asayişin qorunması və müdafiəsinə cəlb olunmalıdır. Bu işləri icra nümayəndələri həyata keçirməlidir. İnzibati akt tərtib etmək səlahiyyəti olan bələdiyyələr, qurumlar və ekologiya sahəsi üzrə QHT-lər bunu edə bilərlər. Başqa bir qurumun məşğul olmalı olan işi polis görür. Ona görə də ilk dəfə bununla bağlı xəbərdarlıq olunmalıdır. Cərimələr müəyyən məbləğdə artırılmalıdır. Amma bu minimum əməkhaqqına uyğun olmalıdır. Bəzən biz tənbeh tədbirlərini sərtləşdiririk. Amma bunun nə dərəcədə onun büdcəsinə və sosial vəziyyətinə uyğun olduğu nəzərə almırıq. Belə məqamlara diqqət yetirmək lazımdır".

Onkoloq-həkim, tibb elmləri doktoru, professor və səhiyyə eksperti Adil Qeybulla deyib ki, bu kimi şəxslər müəyyən mənada cərimə oluna bilərlər:

"Bəzi insanların uyğunsuz hərəkəti ictimai təhlükə yaratmırsa, bu şəxs məsuliyyətə cəlb edilə bilməz. Amma hansı davranışda müəyyən qərəz və niyyət varsa hüquqi qiymətləndirmə aparıla bilər. Küçəyə tüpürmək mədəniyyətə bağlı bir məsələdir. İnsanlar düşünməlidir ki, ətrafda başqaları var. Bir çox insanlar bundan var. Dünyanın hər yerinə tüpürməyə meyilli olan adamların yanında banka olur. Daha sonra onu ata bilirlər. Başqa cür küçəyə tüpürmək mədəniyyətə bağlıdır. Daha çox cahillik və insanlara hörmətsizlikdir. Burada məsuliyyətdən çox təbliğata diqqət yetirmək lazımdır. Hardasa cəza və cərimə tətbiq edilə bilər. Bu məsələyə ciddi yanaşılmalıdır".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1447   Tarix: 07 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Borcu ödəməmək üçün "pulum yoxdur" deyənləri bu cəza gözləyir - CAVAB

ın "Bir sual, bir cavab" rubrikasının bu dəfəki mövzu borcu ödəməmək üçün saxta şəkildə müflisləşən şəxslərlə bağlıdır. Saxta müflisləşmənin cəzası nədir?. xəbər verir ki, Cinayət Məcəlləsinin 212-ci maddəsinə əsasən, kommersiya təşkilatının rəhbəri və ya mülkiyyətçisi, habelə fərdi sahibka

13 sentyabr
.

Sabah hava necə olacaq?

Sentyabrın 13-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-21 isti, gündüz 26-3

12 sentyabr
.

Park Bulvar"da yanğın təhlükəsi yaradan görüntülər: "Çağ Baku" restoranında nə baş verir?

Səbail rayonu, Neftçilər prospekti 42 ünvanında, Dənizkənarı Milli Park ərazisinə yaxın yerləşən "Park Bulvar"da fəaliyyət göstərən "Çağ Baku" restoranı ilə bağlı "Real Azərbaycan"a narahatedici məlumat daxil olub. Mənbənin iddiasına görə, restoranda gənclərin əyləncəs

11 sentyabr
.

Qarabağ həqiqətlərini dünyaya yerində göstərən diplomatik səfər - Yeni reallığın beynəlxalq təqdimatı

Hikmət Hacıyevin müşayiəti ilə diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura iki günlük səfəri Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi siyasətin mühüm təqdimat platformasına çevrilir.Sentyabrın 11-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzur

11 sentyabr
.

2 gün leysan yağacaq - XƏBƏRDARLIQ

Azərbaycanın bəzi rayonlarında əsasən gündüz saatlarında sentyabrın 12-13-də arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Ölkənin cənub-şərq rayonlarında və dağlıq ərazilərində yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı

12 sentyabr
.

Bəzi mağazalar niyə QR-kodla ödənişdən imtina edir? "Biz "m10"la ödəniş götürmürük" - VİDEO

Bakıda bəzi mağaza və ticarət obyektlərində "m10" tətbiqi üzərindən QR-kod vasitəsilə ödənişlərin qəbul edilmədiyi bildirilir. Baku TV məsələni yerində araşdırmaq üçün paytaxtdakı iri ticarət mərkəzlərindən birində müşahidə aparıb. Təxminən səkkiz geyim mağazasına müraciət edilərək "m10"

12 sentyabr
.

Faciəvi şəkildə ölən bacı-qardaşın yaxınları danışdı (VİDEO)

Əslən Ucar rayonunun Şilyan kəndindən olan 67 yaşlı Füzuli Baxışov və onun bacısı, 51 yaşlı Zərnişan Baxışova Rusiyada faciəvi şəkildə ölüblər. Qaynarinfo "Xəzər" TV-yə istinadla xəbər verir ki, sözügedən bədbəxt hadisə ilə bağlı bəzi detallar məlum olub. Mərhumların qohumlarının sözlərin

12 sentyabr
.

Oktyabrda neçə gün iş olmayacaq? - TƏQVİM

2026-cı il üçün iş vaxtı norması və istehsalat təqviminə əsasən, oktyabr ayında qeyri-iş günü nəzərdə tutulmayıb. -ın məlumatına görə, beşgünlük iş həftəsi üzrə ay ərzində 22 tam iş günü olacaq. Bu isə ümumilikdə 176 saat iş vaxtı deməkdir. Bu səbəbdən çalışan əhali oktyabr ayında yalnız həftəsonlar

13 sentyabr
.

"Avtovağzal"dan bütün stansiyalara getmək MÜMKÜN OLACAQ - Metroda YENİLİK

Bakı metropolitenində dörd keçid stansiyası olacaq. Bunu "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Məmmədov deyib. O bildirib ki, bu proses 2030-cu ildən etibarən mümkün olacaq:. "Bakı metropoliteninin "bənövşəyi", "yaşıl"

13 sentyabr