Xocalı soyqırımının iştirakçısı Bakıda etiraflar etdi: hadisə anları…

Xocalı soyqırımının iştirakçısı Bakıda etiraflar etdi: hadisə anları…Xocalı faciəsinin törədilməsində iştirakçı olmaqda təqsirləndirilən Raşid Beqlaryanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Sonxeber.az APA-ya istinadən xəbər verir ki, bu gün Sabunçu rayon məhkəməsində Füzuli Hərbi məhkəməsinin hakimi Əli Süleymanovun sədrliyi ilə keçirilən iclasda istintaq sənədləri elan edilib.

Beqlaryanla bağlı istintaq zamanı maraqlı məqamlar da üzə çıxıb. Məlum olub ki, Fransa Respublikasından onun hesablarına 2 milyon avroya yaxın pul köçürüb. Özünün iddiasına görə tutulanadək Fransada yaşayan bəzi şəxslər həmin pulu ona kömək məqsədi ilə ianə ediblər.

Hakim Ə. Süleymanov bu qədər məbləğin nəyə görə ona ianə edildiyini soruşub.

Təqsirləndirilən R. Beqlaryan bildirib ki,bu pullar kömək məqsədi ilə göndərilib:

"Mənə sadəcə sənədlər göndərirdilər. Guya ianə edəcəkdilər".

Daha sonra məhkəmədə təqsirləndirilən R. Beqlaryanın istintaqa verdiyi əlavə ifadə elan edilib.

O ifadəsi zamanı Əsgəranda anadan olduğunu və sürücü kimi işlədiyini deyib: "O vaxtlar Qarabağda ermənilərin silahlı qrupları vardı. Əsgəranda da bu qruplardan vardı. Vitali Balasanyan Əsgəranda olan qrupun başçısı olub. Mən silahsız olmuşam. Silahsız olsam da Əsgəran bölüyünün tapşırıqlarını yerinə yetirmişəm. Əsgəran bölüyündə Seqo Doluxanyan adlı biri vardı. Onunla dostluq əlaqəmiz vardı. Seqo aktiv döyüşlərdə iştirak edib. Seqo hadisələr barədə mənə danışırdı. Seqo dedi ki, Xocalı camaatı Əsgəran qalası tərəfdən Qarqar çay boyu Ağdama gedəcək. Bu camaatı Əsgəran bölüyü qarşılayacaqdı. Qarabağ erməniləri camaatın oradan keçəcəyini bilirdi. Əsgəran qalası ətrafında 50-60 silahlı erməni gözləyirdi. Orda dedilər ki, camaatı aldatmışıq ki, Naxçıvan kəndindən Ağdama Qarqarçay tərəfdən dəhliz verilib. Seqo deyirdi ki, bizə onları öldürmək əmr verilib. Əmr verilməsə belə biz onlardan nifrət edirdik. Onsuz da öldürəcəkdik. 150 nəfər insan o yolla gedirdi. 70 faizi qadın, uşaq və qocalar idi. İnsanlar bir yerə yığılandan sonra erməni silahlılar onlara atəş açmağa başladı. Uşaqlar və qadınlar ağlamağa, yalvarmağa başladılar. Erməni silahlılar da onlara baxıb gülürdü. Atəş açmağa başlayanda bir neçə nəfər Ağdama tərəf qaçmağa başladılar. Geridə qalan hər kəsi öldürdülər. Sonra əli silahlılar meyitlərə bir daha güllə vururdu. Öldüklərinə əmin olmaq üçün. Sonra əsgərlər meyitlərin üzərində olan qızıl və dəyərləri əşyaları topladıq. 1 həftə sonra Əsgəranda yaşayan erməni camaatı şikayət etməyə başladı. Onlar meyitlərdən iy gəldiyini və xəstəlik yayılacağı dedilər. Sonra əsgərlər gedib orda olan meyitləri kütləvi basdırdılar. Xocalı hadisələri zamanı şəhərdə olsam da iştirakçı olmamışam".

Prokuror təqsirləndirilən Raşid Beqlaryana ifadələri arasında ziddiyyətin səbəbini soruşub.

R. Beqlaryan isə o danışdıqlarında iştirakçı olmadığını, hamısını Seqo Doluxanyanın danışdıqlarından bildiyini deyib. Məhkəmədə verdiyi ifadəni təsdiqləyib.

Daha sonra prokuror iştirakçı olmadığı halda kütləvi məzarlığı necə bu qədər dəqiq bildiyini soruşub. R. Beqleryan Seqo Doluxanyan insanların basdırıldığı yeri uzaqdan ona göstərdiyini deyib:

"Seqo 95-ci ildə Əsgəran yolu üzərində olanda insanları basdırdığı yeri göstərdi. Mən də müstəntiqə göstərdim".

Daha sonra məhkəmə Raşid Beqlaryandan Xocalı hadisələrini soyqırım kimi qəbul edib- etmədiyini soruşub. O isə cavab olaraq ondan bunu niyə soruşduğunu deyib:

"Məndən niyə soruşursuz? Orda olan hadisələr soyqırım kimi bir şey idi. Mənə görə pis haldır. Qəbul edirəm ki, Xocalıda olan hadisələr soyqırımdır".

Daha sonra məhkəmədə tibbi ekspertizanın nəticıləri elan edilib.

Daha sonra hakim Əli Süleymanov istintaq materialları içində olan erməni dilində yazılmış "Raşid Beqlaryanın döyüş yolu" adlı sənədi elan edib.

"Mən Raşid Beqlaryan döyüş yoluma 1988-ci ildə başlamışam. 3-cü dəstədə xidmət etmişəm. O dəstənin rəhbəri Murad Petrosyan idi. Bu dəstə ilə komandirimizin verditi tapşırıqları yerinə yetirmişik. Dəstəmiz Ağdam-Şuşa yolunda strateji olan körpünü partlatmışıq. Bundan başqa Amaras monastırı yaxınlığında türklərin hərbi kolonunu məhv etmişik. Xocalı, Şuşa və bir çox kəndləri "azad edilməsində" iştirak etmişəm. Müharibədə 8 dəfə yaralanmışam. Sonralar dəstəmiz böyüyərək bölüyə çevrildi və mən dəstə komandiri oldum. 1993-cü ildən öz yük maşınımla yük daşımışam".

Hakim hansı yükləri daşıdığını soruşub. R. Beqleryan isə bildirib ki, ona nə veriblər onu daşıyıb.

İstintaq sənədlərindən məlum olub ki, Raşid Beqlaryan separatçı rejim tərəfindən medalla təltif olunub. Raşid Beqlaryan onu da əlavə edib ki, yazılanları şişirdib:

"Yazıları qohumlarım dedi şirşirt. Dövlətdən pul almaq üçün mən də şişirdib yazdım".

Qeyd edək ki, keçən ilin avqustun 1-də Ermənistan vətəndaşı Rəşid Beqleryan Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın rayonunun Zabux kəndi ərazisindən keçən hissəsində dövlət sərhədini pozan zaman saxlanılıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı xəbərə görə, Raşid Beqlaryan əvvəllər azadlıqları məhdudlaşdırılmaqla Xankəndi şəhərində yerləşən 3 saylı uşaq xəstəxanasında saxlanılmış azərbaycanlı əsirlərə və beynəlxalq humanitar hüquqla müdafiə olunan başqa şəxslərə işgəncə verməkdə, eləcə də sülh və insanlıq əleyhinə, müharibə cinayəti kimi digər ağır cinayət əməllərini törətməkdə, həmçinin qanunsuz erməni silahlı birləşmələrinin fəaliyyətində digər formada iştirak etməkdə şübhəli bilinib.

Ona qarşı Cinayət Məcəlləsinin 103, 107, 109, 112, 113, 115.2, 116.0.1, 116.0.6, 116.0.8, 116.0.10, 116.0.11, 116.0.16, 318.1 və AR 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş CM-in 70.2-ci maddəsinin 3-cü hissəsi, 220-ci maddəsinin 1-ci hissəsi ilə ittiham irəli sürülüb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2427   Tarix: 07 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

4 noyabr
.

Keçmiş nazirin oğluna vəzifə verildi

Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC

4 noyabr
.

Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi

Xırdalan şəhərində noyabrın 2-də yoxa çıxan və ötən gecə tapılan 12 yaşlı uşağın evdən getməsinin təfərrüatı bilinib. -a istinadən xəbər verir ki, qızın mənzili tərk etməsinə anasından küsməsi səbəb olub:. İddia olunur ki, qızın anası ilə aralarında mübahisə olub və azyaşlı evdən gedib. "Daha sonr

4 noyabr
.

Sabah leysan olacaq, qar yağacaq

Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr

4 noyabr
.

ADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb

Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib

3 noyabr
.

BMU-nun tələbəsi vəfat etdi

Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans

4 noyabr
.

Arvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular

Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb. Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrini

3 noyabr
.

Ağır qəzada həlak olan hərbçimiz yeni ata olubmuş - Detallar

Şəki rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan hərbçimizin yaxın vaxtlarda ata olduğu məlum olub. Ölkə.az-a istinadən xəbər verir ki, 24 yaşlı Səbuhi Ağazadə bir il əvvəl ailə qurubmuş. Onun ilk övladı isə bu yaxınlarda dünyaya gəlib. Məlumata görə, ailə əslən Laçın rayonunu

3 noyabr
.

"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü

Ucarda 37 yaşlı kişi onunla birlikdə gecələmək istəməyən qadına xəsarət yetirib. -a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Ceyhun rayonda avtomobil yolunun kənarında Mingəçevir şəhərindən yanına qonaq gəlmiş, lakin onunla birlikdə qalaraq gecələmək təklifini rədd etmiş Elmira (adlar şərtidi

3 noyabr