Paşinyandan "Zəngəzur" HƏMLƏSİ: Qazaxın 3 kəndi və Kərki necə qaytarılacaq? - ŞƏRH

Paşinyandan "Zəngəzur" HƏMLƏSİ: Qazaxın 3 kəndi və Kərki necə qaytarılacaq? - ŞƏRHBildiyimiz kimi, Ermənistan baş naziri Nikol Paşinyan açıqlamaları ilə yenidən diqqət çəkib. Delimitasiyanın növbəti mərhələsinin Zəngəzurdan başlamasıilə bağlı Paşinyan bir sıra bəyanatlar səsləndirib. Paşinyanın Zəngəzur açıqlaması ilə Qazaxın 3 kəndi və Kərkinin qaytarılması məsələsi yenidən gündəmə gəlir.

Delimitasiya prosesi Zəngəzurdan başlayarasa, Qazaxın 3 kəndi və Kərki necə qaytarılacaq? Mövzunu Sonxeber.az-a şərh edən politoloq Turab Rzayev deyib ki, bununla Paşinyan sülh prosesinə yaxın olduğunu demək istəyir:

"Çünki, Zəngəzur ilə bağlı erməni ictimaiyyətində böyük narahatlıq var. Xüsusilə Zəngəzur əhalisi düşünür ki, Azərbaycan bu ərazilər ilə bağlı iddialar irəli sürə bilər. Zəngəzur dəhlizi çəkilərsə, Azərbaycan bu torpaqlar üzərində müəyyən hüquqlar əldə edə bilər. Paşinyanın açıqlaması həm də onlara yönəlib. Düşünürəm ki, bununla erməni ictimaiyyətini sakitləşdirməyə çalışır. Demək istəyir ki, delimitasiya və demarkasiya prosesi bütün ərazilər boyu aparılacaq. Növbəti mərhələdə isə bu Zəngəzur da ola bilər. Beləliklə orada yaşayan erməni əhalisi narahat olmaya bilər".

Politoloqun sözlərinə görə, indiyədək keçirilən seçkilərdə Paşinyanın məğlub olduğu əsas bölgə Zəngəzur idi:

"Zəngəzur dəhlizi məsələsinə görə ermənilər Paşinyanın rəqibi Köçəryana səs verdilər. Paşinyanın açıqlamalarında Azərbaycana qaytardığı 4 kənddən danışırdı. Amma Paşinyan Qazaxın 3 kəndi və Kərki məsələsinə toxunmur. Məsələnin üzərindən keçir. Paşinyan 3 anklav kəndi diqqətdən kənarda saxlayır. Paşinyanın bu kəndləri qaytarmağı düşünmür. Hansısa şəkildə Ermənistanın tərkibində saxlamağa çalışır. Ola bilsin ki, Gədəbəydəki Başkənd anklavı ilə bu əraziləri dəyişdirmək istəyir. Ona görə də bu məsələyə toxunmur. Azərbaycan tərəfi qalib ölkə kimi 3 kəndin və Kərkinin qaytarılmasını masa üzərində saxlayacaq".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1427   Tarix: 20 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb. AZƏRTAC-a istinadən xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları!. Sizi Türk Dövlətləri Təşkilatına üzv ölkələri

17 sentyabr
.

Prezident: "Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması da çox vacibdir"

"Ölkələrimizdə (TDT ölkələrində - red.) milli prinsiplər, milli özünüdərk prinsipləri bəzən bizə kənardan təlqin etməyə çalışdıqları digər prinsiplərdən üstündür". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

"Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyad

17 sentyabr
.

Türk Dövlətləri Təşkilatının yalnız siyasi inteqrasiyası ilə məhdudlaşmaq olmaz - ŞƏRH

"TDT ilə bağlı bəyanatlar Türk Dövlətləri Təşkilatının maliyyə potensialı və imkanlarının qarşıdakı mərhələdə daha səmərəli şəkildə üzə çıxarılmasına yönəlib. Xoşbəxtlikdən Türk Dövlətləri Təşkilatının demək olar ki, bütün üzvləri zəngin təbii imkanlara, əlverişli coğrafi yerləşmə xüsusiyyətlərin

18 sentyabr
.

TDT lazımi səviyyəyə çatdıqdan sonra bu proseslər daha faydalı nəticələrə gətirib çıxara bilər

"Türk Dövlətləri Təşkilatı hələ yeni yaranıb. Əlbəttə ki, Azərbaycanın mərkəzdə yerləşməsi səbəbindən ölkənin potensialı digər dövlətlərlə müqayisədə daha qabarıq görünə bilər. Lakin bütün bu proseslərin həyata keçirilməsi üçün beynəlxalq şəraitin də buna imkan verməsi lazımdır". Bunu -a açıqlamasınd

18 sentyabr
.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr
.

Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Azərbaycan Prezidenti: "BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımız

17 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr