Müəllimi Azərbaycana sevdirən rejissor: O, Amalya Pənahovanı filmlərinə niyə çəkməyib?

Müəllimi Azərbaycana sevdirən rejissor: O, Amalya Pənahovanı filmlərinə niyə çəkməyib?"Mənim üçün atam həmişə yaşayır. Bu mənada məşhur Roma filosofu Siseronun bu fikri yerinə düşür ki: "Dünyasını dəyişənlərin həyatı sağ qalanların həyatı ilə davam edir". Doğrudan da, atam artıq çoxdan dünyasını dəyişsə də, o həmişə yaddaşlardadır, daima bizim aramızdadır. Atamın bir çox müsbət cəhətləri vardı. Mən onların bəzilərini vurgulamaq istərdim. Zənnimcə, o, ilk növbədə Azərbaycanın vurğunu, böyük vətənpərvər idi. Öz xalqı ilə, azərbaycanlı olması ilə fəxr edirdi. Özü tarixçi olmasa da, Azərbaycan tarixinə, xalqımızın ana dilinə çox böyük məhəbbət və maraqla yanaşırdı. Heç də təsadüfi deyil ki, atamın çəkdiyi və ssenarisini yazdığı bir çox filmlər, o cümlədən, "Uzaq sahillərdə", "Nəsimi", "Bizim Cəbiş müəllim" milli tariximizin mühüm dövrünə həsr edilmiş ekran əsərləridir".

Görkəmli rejissor, yazıçı, ssenarist Həsən Seyidbəylinin qızı Məryəm Seyidbəyli müsahibələrinin birində atasını xatırlayarkən belə deyib

Publika.az xəbər verir ki, bu gün Azərbaycanın kino sənəti salnaməsində özünəməxsus dəsti-xətti olan böyük rejissor Həsən Seyidbəylinin anım günüdür.

Həsən Seyidbəyli 1920-ci il dekabrın 22-də Bakı şəhərində dünyaya gəlib. Evin ortancıl uşağı olan Həsənin özündən başqa iki qardaşı da olub. Rejissorluq onun öz seçimi, arzusu, istəyi idi. Elə orta məktəbi bitirən kimi Sankt-Peterburqdakı Kino Mühəndisləri İnstitutuna daxil olub. 1939-cu ildə isə Moskvaya gedərək Ümumittifaq Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsində təhsil alıb. Gənc Seyidbəyli Sergey Eyzenşteynin və Qriqori Kozintsevin tələbəsi olub. Moskvada institutu bitirib Bakıya qayıdandan sonra onu təxminən dörd, beş il kinoya yaxın buraxmayıblar. Halbuki o vaxtkı rejissorların heç biri onun qədər savadlı və təcrübəli deyildi.

Müsahibələrinin birində oğlu bu haqda belə deyib:

"Mən bu haqda və yaxud da kiminsə barəsində pis danışmaq istəmirəm. Qısqanclıq da ola bilərdi, paxıllıq da. Göydə Allah var, o, hər şeyi görür".

Həsən Seyidbəyli həm ssenarist kimi, həm rejissor kimi Azərbaycan kinematoqrafiyasına bir-birindən maraqlı ekran əsərləri bəxş edib. İstedadlı rejissor filmlərinin bir çoxunu öz əsəri əsasında ekranlaşdırıb . "Qızmar günəş altında", "Uzaq sahillərdə" filmlərinin ssenari müəllifi, "Telefonçu qız", "Kimi daha çox sevirik", "Möcüzələr adası", "Sən niyə susursan", "O qızı tapın", "Xoşbəxtlik qayğıları" filmlərinin isə ssenari müəllifi olmaqla bərabər, həm də rejissoru idi.

Həsən Seyidbəyli elə təkcə bu üç ekran əsəri - "Nəsimi", "Uzaq Sahillərdə", "Bizim Cəbiş müəllim filmləri ilə adını milli kino sənətimizə sağlığında qızıl hərflərlə həkk etməyi bacarıb.

Görkəmli rejissorun ən çox sevdiyi aktyorlar Nəsibə Zeynalova, Şəfiqə Məmmədov, Xalidə Quliyeva, Safura İbrahimova, Fazil Salayev, Muxtar Manıyev, Rasim Balayev olub.

Bircə Amaliya Pənahovanı filmlərinə çəkməyib. Nədənsə, ondan aktrisa kimi xoşu gəlməyib heç vaxt…

Oğlu müsahibələrinin birində deyib ki, "O, əsl ata idi. Onun üçün həmişə birinci ailəsi, uşaqları gəlirdi, sonra sənəti. Yaxşı musiqilər dinləməyi, bilyard oynamağı, ova getməyi xoşlayırdı. Həsən Seyidbəylinin üzgüçülük sevgisi bir başqa olub. "Bitlz" qrupunu, onların ifa etdiyi musiqiləri çox sevirdi. Atam yumoru sevən kişi idi. Evimiz həmişə qonaq-qaralı olardı".

Həsən Seyidbəyli diabet xəstəsi idi. Xəstəlik onu daxilən yeyirdi. Axırıncı iki-üç ili həyat yoldaşı onu iynələr hesabına yaşada bilib. Hərdən deyirlər ki, rejissorun ömrünü həyat yoldaşı uzadırdı. Onun sənət eşqi çox güclü idi, hətta xəstəliyi belə buna mane ola bilmirdi. O, gecələr səhərə qədər işləyirdi. Yaradıcı və istedadlı adamlar çox həssas olurlar. Və onlara qəsdən deyəndə ki, sən bu filmi niyə belə çəkibsən, çəkməməliydin, həmin adamlar bunu ürəklərinə salırlar. Əsəbiləşirlər, fikir edirlər. Şəkər xəstəliyi də belə əsəbiliyin nəticəsində yaranır.

Övladlarına hər zaman bir nəsihəti olarmış:" həmişə təmiz, doğru olun, pis əməllərdən uzaq durun".

Çünki o özü də mərd, ətrafındakılara yaxşılıqdan başqa heç nə etməyən insan idi. Bu günə qədər kimsə onun haqqında pis fikir səsləndirməyib. Hər kişiyə nəsib olan böyüklük deyil. Yoxluğundan 55 ilə yaxın vaxt keçsin və sən bu gün də yaxşı adam kimi xatırlanasan.

Həsən Seyidbəyli oğlunun qolları üstündə rəhmətə gedib. Müsahibələrinin birində atası haqqında unuda bilmədiyi xatirəni danışarkən oğlu belə deyib.

"Otuz saniyənin içərisində dünyasını dəyişdi. Günorta vaxtı idi, mən də həyətdə maşını yuyurdum. Atam gəldi, naharını etdi. Bir az keçmişdi ki, evdən qışqırıq səsi gəldi. Evə qalxanda, gördüm anam atama iynə vurur. Atama yaxınlaşıb onu qucaqladım. Bir-iki dəfə qışqırdı, sonra dünyasını dəyişdi. İkinci dəfə infarkt olmuşdu. Heç kimə əziyyət vermədən, yatağa düşmədən getdi".

Görkəmli sənətkar 1980-ci il iyunun 25-də Bakıda vəfat edib.

Elə insanlar var ki, onlar rəhmətlə, ehtiramla və hörmətlə xatırlanır hər zaman. Bu dünən də belə olub, bu gün də belədir, sabah da belə olacaq. Bax o insanlardan biridir Həsən Seyidbəyli.


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 1626   Tarix: 26 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"The Odyssey" rekordlar qırır: Rejissorun qadağaları diqqət çəkir

Rejissor Kristofer Nolanın Homerin məşhur "Odisseya" dastanı əsasında çəkdiyi "The Odyssey" filmi nümayişə başladıqdan sonra böyük maraqla qarşılanıb. Film bir çox ölkədə rekord göstəricilər əldə edərkən, bəzi yerlərdə biletlərin qara bazarda satıldığı bildirilir. Qaynarinfo xəbə

23 iyul
.

Böyük Misir Muzeyinin 5 əsas eksponatl: Gizanı ziyarət etməyə dəyər (FOTO)

Qədim Misir sivilizasiyasının tarixi bu gün də bəşəriyyətin ən böyük sirlərindən biri olaraq qalır. Bu mövzu yüzlərlə alimi və milyonlarla turisti cəlb edir. Ötən ilin payızından etibarən səyyahların Qədim Misir tarixi ilə daha yaxından tanış olmaq imkanı genişlənib. Belə ki, Qizada nəhayət möhtəşə

16 sentyabr
.

"Kimsə rus bölməsini bağlamaq məsələsini qaldırsa, "döyüşə hazıram""

Kinorejissor Ayaz Salayev səsləndirdiyi fikirlərlə diqqət çəkib. xəbər verir ki, rejissor çıxışında məktəblərdə rus bölməsinin fəaliyyəti ilə bağlı mövqeyini açıqlayaraq bu istiqamətdə hər hansı məhdudiyyətin əleyhinə olduğunu bildirib. O qeyd edib ki, rus bölmələrinin bağlanması məsələsi gündəmə gəlsə

5 iyun
.

Anar Nəriman Həsənzadə ilə bağlı xatirələrini bölüşdü: "O səsi bir daha eşidə bilməyəcəyəm"

"Nəriman Həsənzadənin vəfatı Azərbaycan elmi və ədəbiyyatı üçün ağır itkidir". xəbər verir ki, bu fikirləri Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Xalq şairi Nəriman Həsənzadənin vida mərasimində çıxışı zamanı səsləndirib. Anar bildirib ki, Nəriman Həsənzadə təkcə görkəml

2 avqust
.

Səbinə İskəndər - akvarel sənətinin inkişafına töhfə verən peşəkar rəssam və kurator

Səbinə İskəndər yerli və beynəlxalq bədii sərgilərin təşkili sahəsində zəngin təcrübəyə malik peşəkar rəssam və kuratordur. O, həm Azərbaycanda, həm də xarici ölkələrdə sərgilənən əsərləri, yaradıcı axtarışları və özünəməxsus bədii üslubu ilə seçilir. xəbər verir ki, akvarel sənətinə xüsusi bağlılığ

17 iyun
.

Şükufə Yusupovanın vəziyyəti necədir?

Xalq artisti Şükufə Yusupovanın vəziyyəti açıqlanıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, aktrisanın müalicəsi Yeni Klinikanın müvafiq şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir. Qeyd edək ki, avqustu

31 avqust
.

15 il sonra "Harri Potter"dəki roluna qayıdır

Britaniyalı aktyor Rupert Qrint 15 ildən sonra "Harry Potter"də canlandırdığı məşhur "Ron Uizli" obrazına qayıdacaq. Axşam.az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb. Aktyor "Harry Potter and the Cursed Child" tamaşasının Brodvey heyətinə qoşulub

28 avqust
.

AMEA prezidenti: "Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatında yeni mərhələ yaradıb"

"Nəriman Həsənzadə sovet ideologiyasının buxovlarını yumşaldaraq Azərbaycan ədəbiyyatını real həyata yaxınlaşdıran sənətkarlardan biri idi". xəbər verir ki, bu fikirləri AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Xalq şairi Nəriman Həsənzadənin vida mərasimində çıxışı zamanı səsləndirib

2 avqust
.

Polad Bülbüloğludan evlilik xəbərinə - Reaksiya

Millət vəkili, Xalq artisti Polad Bülbüloğlu üçüncü dəfə evləndiyi barədə yayılmış məlumatlara münasibət bildirib. "Qafqazinfo" xəbər verir ki, deputat "Novoye Vremya" qəzetinə açıqlamasında sözügedən informasiyanı təkzib edib. Sənətçi hazırda Türkiyədə tətildə olduğunu qeyd edib

26 avqust