İlham Əliyev Asiya İnkişaf Bankının prezidentini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də Asiya İnkişaf Bankının prezidenti Masatsuqu Asakavanı qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Asiya İnkişaf Bankının prezidentinin regionlarımıza səfər etməsini ölkəmizdə gedən inkişaf prosesləri haqqında daha çox məlumatın əldə olunması və Azərbaycanın bu Bankla sıx əməkdaşlıq əlaqələrinin davam etdirilməsi üçün yaxşı imkan yaratdığını deyib.
Prezident İlham Əliyev Azərbaycan iqtisadiyyatının həm ölkəmiz, həm də regional əməkdaşlıq üçün önəm daşıyan sahələrinin inkişafına Bankın verdiyi dəstəyə görə minnətdarlığını bildirib.
Dövlətimizin başçısı xüsusilə Azərbaycan təbii qazının nəql edilməsi layihələrinə Avropa maliyyə institutları tərəfindən bəzi maliyyə gecikmələrinin olduğu zaman bu məsələdə Asiya İnkişaf Bankının birmənalı dəstəyini yüksək qiymətləndirib. Azərbaycan Prezidenti bununla bağlı xatırlayıb ki, əvvəllər də dediyi kimi, ölkəmiz Avropanı qazla təmin etdiyi halda Avropa bankları maliyyələşməni təmin etməyə hazırlıq nümayiş etdirməyiblər, lakin Asiya İnkişaf Bankı bunu edib.
Prezident İlham Əliyev vurğulayıb ki, ölkəmiz inkişaf etdikcə Xəzəryanı qonşu ölkələrlə və digər regionlarla güclü iqtisadi bağlantının yaradılması ilə əlaqədar qarşımızda yeni məqsədlər və çağırışlar durur. Dövlətimizin başçısı bu baxımdan Asiya İnkişaf Bankı ilə mövcud səmərəli əməkdaşlığın davam etdirilməsi məqsədilə yeni istiqamətlərin müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb.
Xoş sözlərə görə minnətdarlığını bildirən Masatsuqu Asakava Azərbaycanla Asiya İnkişaf Bankı arasında tərəfdaşlığın 25-ci ildönümündə dövlətimizin başçısı ilə şəxsən görüşməkdən məmnunluğunu ifadə edib.
Qonaq 2020-ci ildə COVID-19 pandemiyası dövründə videokonfrans formatında görüşü də məmnunluqla xatırlayıb.
O, dövlətimizin başçısını prezident seçkilərində qələbəsi münasibətilə təbrik edərək gələcəkdə də Azərbaycanın qarşısında duran strateji prioritetlərin reallaşması istiqamətində Asiya İnkişaf Bankı ilə ölkəmiz arasında əməkdaşlığın uğurla davam edəcəyinə ümidvarlığını bildirib.
Söhbət zamanı yaşıl enerjinin istehsalı və ixracı məsələlərinə toxunulub.
Dövlətimizin başçısı Azərbaycanda yaşıl enerji zonalarının yaradılması, o cümlədən işğaldan azad olunmuş ərazilərdə hidroelektrik stansiyaların tikilməsinin əhəmiyyətini qeyd etdi, həmin ərazilərimizdə artıq 270 meqavata qədər hidroenerji potensialının yaradıldığını bildirib və bunun 500 meqavata qədər artırılması imkanlarının müzakirə edildiyini deyib.
Söhbət zamanı Şimal-Cənub dəmir yolu layihəsi ilə bağlı əməkdaşlıq məsələlərinə toxunulub, Mərkəzi Asiya dövlətlərinin nəqliyyat sahəsində Azərbaycanla əlaqələrinin daha da genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.
10:40
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də Asiya İnkişaf Bankının prezidenti Masatsuqu Asakavanı qəbul edib.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Sodayla ağ saçlardan qurtulmağın yolu
Ən az qulluq tələb edən 5 meyvə ağacı: Bir dəfə əkin, illərlə məhsul götürün
Bir qəpiklik yumurtalarla bağlı AQTA-dan AÇIQLAMA
Kiçik görünüş, böyük sağlamlıq faydaları
Metroda oğurluq anı kameralara düşdü: Şübhəli saxlanıldı
Qiymətlər REKORD HƏDDƏ ENƏ BİLƏR: Yumurta bazarında nə baş verir?
XƏBƏRDARLIQ! Şimşək çaxacaq, dolu düşəcək... - SABAHIN HAVASI
Bakı-Şamaxı yolunda DƏHŞƏT: Qarşıdan gələn avtomobilin təkəri çıxaraq "Range Rover"ə çırpıldı - ANBAAN VİDEO
Tribunada gözlənilməz anlar: telefonu aşağı düşdü - VİDEO
Bakı və Sumqayıtın bəzi ərazilərini qurbağalar basdı - SƏBƏB NƏDİR? - VİDEO
"Gecə evimə basqın edib maşını tələb etdilər" - Vətəndaşların avtomobilini əlindən alan dələduzluq şəbəkəsi - VİDEO
Bakının bir qəsəbəsində SÖKÜNTÜ BAŞLADI: Kompensasiya veriləcək
Hansı kərə yağı daha yaxşıdır? - 72,5, yoxsa 82,5 faiz?
Toyda şampanla rəqs etmək istəyən bəy, gəlini yerə yıxdı - VİDEO
24 yaşlı oğlanı cərəyan vurub öldürdü