"Atam həyatda da filmdəki kimi ciddi idi, zəhmindən qorxurduq"-"Bir cənub şəhərində" filminin Həsəni haqda MARAQLI-AÇIQLAMA-FOTO

"Atam həyatda da filmdəki kimi ciddi idi, zəhmindən qorxurduq"-"Bir cənub şəhərində" filminin Həsəni haqda MARAQLI-AÇIQLAMA-FOTO"Atam əslən Xızılı olsa da, Bakıda doğulub, boya-başa çatıb. Akademik Milli Dram Teatrında işləyib, orada rollar oynayıb. Amma onu tamaşaçılar daha çox "Bir cənub şəhərində" filmindəki Həsən obrazı ilə tanıyıb, seviblər. Filmdə olan obrazın xarakterinin 70-80 faizi atamda var idi. O sanki özünü oynayırdı. Yəqin ki, elə həmin xarakterlərə görə aktyorları rejissor bir filmdə cəmləyib. Atamı rejissor Eldar Quliyev sınaq çəkilişlərindən sonra filmə dəvət edib. Atam çəkilişlər haqda ürəkdolusu danışırdı. Həmişə deyirdi ki, o filmə çəkiləndə xoş dəqiqələrimi, xoş günlərimi yaşamışam, günün nə vaxt başa çatdığını bilməmişəm. Hətta 45 il sonra həmin filmin çəkildiyi məkana gedib, orada çəkilişlərdə iştirak etmişdi"

Bunu Moderator.az-a açıqlamasında mərhum aktyor Məcid Dadaşovun oğlu, tanınmış aktyor Manaf Dadaşov deyib. O daha sonra əlavə edib.

"Atamın zəhmini indi də hiss edirik. Baxmayaraq ki, artıq bir neçə ildir həyatda yoxdur, amma siması gözümüz önünə gələndə onun sözləri yadımıza düşür, ciddiliyini hiss edirik. Onun zəhmini mən az hiss etmişəm, çünki ərköyün olmuşam. Qardaşlarımın, bacımın yanında atamın adını bu gün də çəkəndə özlərindən asılı olmayaraq durub-otururlar. Bu gün atam xarakterində olan aktyorlar yoxdur deyə bilmərəm. Əlbəttə ki, var. O vaxt atam bu filmə çəkiləndə teatrdan çıxmışdı. Buna səbəb də rejissorlarla tutuşmayan xarakteri, münasibəti idi. Atam söz götürən adam deyildi. Bundan əlavə teatrda dolanışıq da zəif idi. Teatrdan çıxandan sonra idarələrdə rəhbər, lager müdiri, kinoteatrlarda rəhbər vəzifələrdə çalışıb. Ailəsini dolandırmaq üçün bütün bu addımları atmışdı" deyə aktyor bildirib.

Manaf Dadaşov bildirib ki, məşhur restoranlarda atasının şəkilindən istifadə olunur.

"Bir çox restoranlarda atamın "Bir cənub şəhərində" filmindəki şəkilindən istifadə edirlər. Bu mənə xoş təsir edir. Sevindirici bir haldır. Heç onlar bilmir ki, həmin şəxs mənim atamdır. Şəkildir də, vurublar. Lap yaxşı! Millətin, xalqın yadına salırlar. Tamaşaçılar bir daha atamı xatırlayırlar. Bunun nəyi pisdir ki?" deyə aktyor bildirib.
"Atam həyatda da filmdəki kimi ciddi idi, zəhmindən qorxurduq"-"Bir cənub şəhərində" filminin Həsəni haqda MARAQLI-AÇIQLAMA-FOTO"Atam həyatda da filmdəki kimi ciddi idi, zəhmindən qorxurduq"-"Bir cənub şəhərində" filminin Həsəni haqda MARAQLI-AÇIQLAMA-FOTO"Atam həyatda da filmdəki kimi ciddi idi, zəhmindən qorxurduq"-"Bir cənub şəhərində" filminin Həsəni haqda MARAQLI-AÇIQLAMA-FOTO"Atam həyatda da filmdəki kimi ciddi idi, zəhmindən qorxurduq"-"Bir cənub şəhərində" filminin Həsəni haqda MARAQLI-AÇIQLAMA-FOTO


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 2141   Tarix: 01 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Prezident və xanımı Şarovskinin vida mərasiminə əklil göndərdi

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilir. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artistinin vida mərasiminə əklil göndəriblər. Qeyd edək ki, 78 yaşlı A. Şarovski b

9 sentyabr
.

Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?

Dekabr ayında SSRİ və Azərbaycanın Xalq artisti Zeynəb Xanlarovanın 90 yaşı tamam olacaq. Qaynarinfo-nun əldə etdiyi məlumatına görə, sənətkarın 90 illik yubileyi münasibətilə böyük tədbir keçiriləcək. İlkin məlumata görə, yubiley mərasiminin Heydər Əliyev Sarayında keçirilməsi planlaşdırılır. Mərasimd

11 avqust
.

Polad Bülbüloğludan evlilik xəbərinə - Reaksiya

Millət vəkili, Xalq artisti Polad Bülbüloğlu üçüncü dəfə evləndiyi barədə yayılmış məlumatlara münasibət bildirib. "Qafqazinfo" xəbər verir ki, deputat "Novoye Vremya" qəzetinə açıqlamasında sözügedən informasiyanı təkzib edib. Sənətçi hazırda Türkiyədə tətildə olduğunu qeyd edib

26 avqust
.

Azərbaycanın Xalq artisti vəfat etdi

Azərbaycanın Xalq artisti, rejissor və aktyor Aleksandr Şarovski vəfat edib. Qaynarinfo xəbər verir ki, Xalq artisti 78 yaşında dünyasını dəyişib. Aleksandr Şarovski Şarovski Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilmişdi və intensiv terapiya şöbəsində kompleks müalicə edilirdi. Qeyd edək ki, Aleksand

9 sentyabr
.

Şarovski II Fəxri xiyabanda dəfn olunacaq

Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi bu gün saat 14:30-da Rus Dram Teatrında keçiriləcək. xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Dəfn mərasimi isə İkinci Fəxri xiyabanda baş tutacaq. Qeyd edək ki, 78 yaşlı A.Şarovski bu gün vəfat edib

9 sentyabr
.

Fəxrəddin Manafov: 48 il birlikdə yaşadıq, mənə qadının necə olduğunu öyrətdi

Xalq artisti Fəxrəddin Manafov mərhum həyat yoldaşı Vahidə Sadıqovadan danışıb. Axşam.az xəbər verir ki, aktyor bu barədə AzTV-də yayımlanan, Mehriban Ələkbərzadənin aparıcısı olduğu verilişdə söz açıb. F.Manafov bildirib ki, 48 il birlikdə yaşadığı həyat yoldaşı ona qadını anlamağı öyrədib:. "4

4 avqust
.

Afaq Bəşirqızı ƏMƏLİYYAT OLUNDU: "Riskli idi"

Xalq artisti Afaq Bəşirqızı əməliyyat olunub. xəbər verir ki, aktrisanın həkimi Turab Qasımov -a açıqlamasında bildirib ki, əməliyyat riskli olsa da, uğurla başa çatıb:. "Afaq xanımın əməliyyatı uğurlu keçdi. Bir az riskli idi. Əməliyyatdan sonrakı müayinələr də bunu deməyə əsas verir ki, hər şe

5 iyun
.

Leyla Əliyeva Budapeştdə sərgidə - Fotolar

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Budapeştdəki Etnoqrafiya Muzeyində "Azərbaycan xalçaları - ənənədən müasir incəsənətə" sərgisinin təqdimatında iştirak edib. "Qafqazinfo" xəbər verir ki, Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunan sərgidə XVII-XX əsrlərə ai

18 iyul
.

Xalq rəssamı Arif Hüseynov vəzifələrindən ayrılır

Xalq rəssamı Arif Hüseynov Azərbaycan Rəssamlar İttifaqının Rəyasət Heyətinə üzvlüyünə və "Kitab Qrafikası və Miniatür" bölməsinə sədrliyinə xitam verilməsi ilə bağlı İttifaqın Rəyasət Heyətinə açıq məktubla müraciət edib. Qaynarinfo xəbər verir ki, müraciətdə deyilir:. "Azərbaycan Rəssamla

20 iyul