Ermənilər ölkəni tərk edir: Fələstində məskunlaşacaqlar? - ŞƏRH
Qarabağdan İrəvana sığınan ermənilərin ölkəni kütləvi şəkildə tərk etdikləri deyilir. Bu haqda Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb. Xidmətin açıqlamasına görə, 10 308 erməni Ermənistanı birdəfəlik tərk edib.
Əlbəttə ki, Qarabağı tərk edən ermənilərin aqibəti ilə bağlı müvafiq versiyalar irəli sürülür. Bildiyimiz kimi, bu yaxınlar Ermənistan Fələstini rəsmən tanıyıb. Buna cavab olaraq, İsrail XİN Ermənistandakı səfirini geri çağırıb. Bildriilib ki, İrəvanın Fələstini tanımaq qərarı Ermənistanın İsraillə münasibətləri üçün ciddi nəticələrə səbəb olacaq. Ümumi prosesi nəzərə aldıqda, bütün bunlar Qarabağ erməniləri ilə maraqlı suallar yaradır. Ermənistanı tərk edən ermənilər Fələstində məskunlaşacaq?
Mövzunu Sonxeber.az-a şərh edən politoloq Kazım Kazımov deyib ki, hazırda Ermənistanda iqtisadi vəziyyət hələ də pis olaraq qalmaqdadır:
"Çünki Azərbaycanla sülh müqaviləsi imzalanmayıb və Ermənistanın iqtisadi yolları hələ də açılmayıb. Eyni zamanda İrəvanda kütləvi iğtişaşlar davam edir. Bütün bu amilləri nəzərə alsaq, Ermənistan iqtisadiyyatı hələ də özünə gələ bilmir. Belə olan təqdirdə, zamanında Qarabağda işğalçı kimi məskunlaşmış Qarabağ erməniləri əvvələ İrəvana getdilər. İrəvan onlara yeni ev və həyat şəraiti söz versə də, həmin vədlərin çoxu yerinə yetirilmədi. Buna görə də insanların Ermənistanı tərk etmə halları artıb. Bu şəxslərin hara getməsi ilə bağlı müxtəlif versiyalar səsləndirilir".
Politoloqun sözlərinə görə, Qarabağı tərk edən ermənilərin Fələstinə getməsi ilə bağlı fikirlər bildirilir:
"Məncə bu həqiqətə uyğun deyil. Hal-hazırda Fələstində çox mürəkkəb bir vəziyyət var. Biz bilirik ki, İsrail-Həmas arasında aktiv şəkildə Qəzza zolağında müharibə davam edir. Bu müharibə hər nə qədər Qəzza zolağının əsasını ehtiva etsə də, Qolan çayının qərb sahilində hər həftə hansısa bir iğtişaş baş verir. Ya İsrail, ya da Fələstin tərəfindən çoxsayda itkilər olur. Belə olan halda. Qolanın qərb sahilindəki ərazidə ermənilərin məskunlaşması onlar üçün arzuolunan deyil. Qüdsdə yaşayan kiçik erməni icması ilə Qarabağdakı erməni icmasının çoxda tarixi qohumluq bağları yoxdur. Sadəcə onlar eyni etnik mənsubiyyəti daşıyırlar. Çünki onlar arasında əvvəlcə sovet dönəmində, sonralar isə cuddi əlaqələr qurulmadı. Mən hesab edirəm ki, Qarabağı tərk edən ermənilər əsasən Rusiyaya, Gürcüstan və imkanı çatanlar isə Avropaya axın edirlər"
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1168 Tarix: 01 iyul 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Paşinyanın arvadı haqda sensasion məlumat yayıldı
Erməni mənbələri xəbər verir ki, 44 günlük müharibənin ilk günlərində Nikol Paşinyanın xanımı Anna Akopyan Rusiyanın əleyhinə sərt fikirlər səsləndirib. Baş nazirin xanımı bildirib ki, "əsrlər boyu özünü bizə müttəfiq kimi sırıyan Rusiya əslində heç də bizim müttəfiq və tərəfdaşımız deyil"
9 sentyabr 2021Ərdoğan: "Azərbaycan və İranla birlikdə UNESCO-ya müraciət etdik"
Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan "2021 UNESCO Ahi Evran Anma ili - Ahi Evranın izi ilə sahibkarlarla görüş" proqramına qatılıb. O çıxışı zamanı bildirib ki, atalarımızın miras qoyduğu köklü qurumla fəxr edirik. "Sənədlərimizi Azərbaycan və İranla birlikdə hazırlayıb UNESCO-ya təqd
16 sentyabr 2021Azərbaycan Qarabağa gedən İran maşınlarını yoxlamağa başladı - FOTO
Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşları, ikinci Qarabağ müharibəsində azad edilən Azərbaycan ərazisindən keçən Gorus-Qafan dövlətlərarası yoldan keçən İran dövlət qeydiyyat nişanlı yük maşınlarının sürücülərinin və yüklərinin sənədlərini yoxlamağa başlayıb. xəbər verir ki, bu barədə Ermənista
12 sentyabr 2021Rüstəm Muradov nə ilə yadda qaldı? - Deputatdan AÇIQLAMA
Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələrinin komandanı olan general-leytenant Rüstəm Muradov xidməti vəzifəsini başa çatdırdı. Hələ may ayından söyləntilər gəzirdi ki, onun yerinə general-mayor Aleksey Avdeyev gətiriləcək. Lakin a
7 sentyabr 2021"Biz Ararat Mirzoyanın arzusunu ürəyində qoymayacağıq" - Deputatdan AÇIQLAMA
Xəbər verdiyimiz kimi, ötən gün Ermənistanın yeni təyin olunan XİN rəhbəri Ararat Mirzoyanın, Sergey Lavrovla görüşü zamanı "Qarabağın statusu" ilə bağlı qərar verilməyənə qədər Azərbaycan tərəfi ilə heç bir sülh müqaviləsi imzalanmayacaq" tərzindəki sərsəm açıqlaması Azərbaycan cəmiyyətind
2 sentyabr 2021İlham Əliyev və xanımı Şuşada "Qarabağ" hotelinin açılışında
Avqustun 29-da Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində yenidənqurma işləri yekunlaşan "Qarabağ" hotelinin açılışı olub. Unikal.org xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. Qeyd edək ki, 1980-cı ild
29 avqust 2021XİN-dən ABŞ-ın Ermənistandakı səfirinə CAVAB
"ABŞ səfirinin belə bir açıqlama ilə çıxış etməsi qəbuledilməzdir. Münaqişə keçmişdə qalıb, Azərbaycan ərazi bütövlüyünü təmin edib və Prezidentin 7 iyul 2021-ci il tarixli Sərəncamı ilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradılıb. Bu ərazilər Azərbaycanın tərkib hissəsidir və hər hans
11 sentyabr 2021Əfqanıstanda nələr baş verir? - Əmrullah Saleh şayiələri TƏKZİB ETDİ
Əfqanıstanın keçmiş vitse-prezidenti və Milli Müqavimət Cəbhəsinin liderlərindən olan Əmrullah Saleh, Pəncşir əyaləti və Əfqanıstanı tərk etdiyi barədə iddiaların yalan və düşmən təbliğatı olduğunu deyib. "Taliban" qüvvələrinin Pəncşir əyalətini ələ keçirdikləri barədə iddiaları ilə bağlı "Euronews"
4 sentyabr 2021