Xalq artisti ETİRAZ ETDİ: "Muğam müsabiqələrindən çıxan gənclər toya, biznesə qulluq edir, sənətkarlar isə..."
"Bu günlərdə tələbələrimlə birlikdə Məhəmməd Füzulinin 530 illiyinə həsr olunmuş konsert proqramımız baş tutdu. Konsertdə tələbələrimlə "Rast" muğamından incilər ifa etdik. Bilirsiniz ki, mən Mədəniyyət və İncəsənət universitetində pedaqoji fəaliyyətlə məşğulam. Dövlət televiziyamız konserti sona qədər lentə aldı və bu günlərdə də "Mədəniyyət" tv-də yayımladı. Çalışdım ki, hər şey yüksək səviyyədə olsun"
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Simarə İmanova deyib. O daha sonra televiziyalardan və əksər gənc muğam ifaçılarından gileylənib.
"Əksər televiziyalardakı verilişlərə heç getmirəm. Çox bərbad gündədirlər. Kimlər gündəmi tutub? Bunun bir sonu olmalıdır. Əslində mən günahı televiziya rəhbərlərində görürəm. Onlar bu işə ciddi yanaşsalar, efirlərimiz bu gündə olmaz. Sənəti olmayanlar meydan sulayır. Gəncləri başa salmaq lazımdır ki, ilk növbədə muğamı, sənəti təbliğ etməlisən! Bu illər ərzində bir-neçə muğam müsabiqəsi keçirilib. Mənə o xanəndələrin birini göstərin ki, son illərdə keçirilən muğam müsabiqəsindən çıxıblar və muğama xidmət edirlər. Heç biri! Hamısı toya, biznesə qulluq edir. Sənətə qulluq edən yoxdur. Bu da ondan irəli gəlir ki, əksər efirlərimiz, sosial şəbəkələrimiz bərbad gündədir. Bir qadağa olmalıdır, onlara dur demək lazımdır. Görün toylarımız nə gündədir! Bizim millət də elə insanları toya aparır. Dolanışıq üçün toya getmək olar, amma onun da öz gözəlliyi, aliliyi var. Toydan ötrü nə gəldi ifa etmək olmaz axı! Biyabırçı görkəmdə efirə çıxırlar, oxuyurlar, oynayırlar! Bilmirsən oxuyandır, rəqqasədir! Qadın kişiyə qarışıb, kişi də qadına! Bizim gənclərimiz də baxıb onlara oxşamaq istəyir! Bunun özü də bir təbliğatdır! Biz hara gedirik? Bu necə olacaq? Efirdə gedib elə insanı qonaq görürəm ki, mən onunla bir yerdə oturmağa utanıram. Mənim sənətimə qiyməti hələ zamanında Ulu Öndərimiz Heydər Əliyev verib, məni "Əməkdar artist" fəxri adla mükafatlandırıb. Daha sonra cənab prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyev mənə "Xalq artisti" fəxri adını verib. Mən necə bu çatışmazlıqları deməyə bilərəm? Hər şey yaxşı deyil axı! Bizə bütün dünya baxır! Sənətkar sözünü də efirlərdə hər yerindən duran uşaq-muşaqa deyib ucuzlaşdırırlar. Sənətkar utandığından özünə sənətkar demir. Sənəti olmayanlar həddini bilməlidir. Ürəyimiz doludur, tək mənim deməyimlə iş düzəlmir. Əlbəttə ki, burada da birlik lazımdır" deyə sənətkar bildirib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiya yaşı ilə bağlı yeni QAYDA
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
Bu şəxslərin pensiyasına sabit məbləğdə AYLIQ ƏLAVƏ VERİLƏCƏK
İtkin düşən 5 nəfər ötən gün tapılıb
Yeməyi "qazanla soyuducuya qoymayın" xəbərdarlığı
Bu şəxslər üçün avtobus və metro PULSUZDUR
Azərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT
Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Dünyanın ən xoşbəxt turizm şəhəri açıqlandı - Avropada yerləşir
"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət
Pensiya və müavinətlərlə bağlı YENİ XƏBƏR
Toyuq əvvəl yaranıb, yoxsa yumurta? - Elm cavab verdi