Səfirlik: "Polad Bülbüloğlu ilə bağlı yayılan video saxtadır"
"Facebook" sosial şəbəkəsində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun adından özünü pis hiss etməsi, həkimlərə şikayəti və məcburi müalicə kursu ilə bağlı videomüraciət yayılıb.
APA xəbər verir ki, Azərbaycanın Rusiyadakı Səfirliyi məlum videomüraciətin yalan olduğu barədə məlumat yayıb.
Bildirilib ki, məlum videomüraciət "deep-fake" texnologiyası ilə hazırlanıb.
"Nəzərinizə çatdırırıq ki, "deep-fake" texnologiyası ilə hazırlanmış bu videomüraciət reallığa uyğun olmayan və yalan məlumatı əks etdirən saxta məlumatdır. Heç vaxt belə müsahibə olmayıb və bu videoda nümayiş olunanların hamısı nə vaxtsa "CBC Azərbaycan" telekanalına verilən müsahibə əsasında əvvəldən sona kimi uydurulub. Saxta videodan aydın görünür ki, P.Bülbüloğlunun ekrandakı çıxışı görüntü ilə üst-üstə düşmür. Bu saxtakarlığı görən hər kəsi orada yayılan təxribatlara inanmamağa çağırırıq", - deyə səfirlikdən bildirilib.
Qeyd olunub ki, nümayiş olunan feyk və yalan videomüraciətlə bağlı səfirlik tərəfindən müvafiq tədbirlər görüləcək.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
Dövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Hava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?