Polietilen torbaların istehsalı kəskin ARTDI - Qadağa niyə əks-effekt verir?
Dövlət Statistika Komitəsi məlumat yayıb ki, bu ilin ilk yarısında Azərbaycanda 10 min 392.6 ton polietilen kisə və çantalar, 2 184.2 ton plastmas kisə və çantalar istehsal edilib.
Ötən ilin eyni dövrü ilə müqayisədə polietilen kisə və çantaların istehsalı 49.4%, plastmas kisə və çantaların istehsalı isə 3.5 dəfə artıb.
Məlumat üçün bildirək ki, ötən ilin 15 fevral tarixindən etibarən Bakıda fəaliyyət göstərən aparıcı supermarketlərdə polietilen torbalara görə alıcılardan ödəniş tələb olunur. Polietilen torbaların qiyməti həcminə görə 3 və 5 qəpik təşkil edir.
Qeyd edək ki, ötən il mətbuata açıqlama verən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmiləri bildiriblər ki, polietilen torbaların ödənişli olmasında əsas məqsəd bu torbalardan istifadəni azaltmaqdır.
Lakin açıqlanan rəsmi məlumatlar göstərir ki, polietilen torbaların ödənişli olmasından sonra bu məhsulun istehsalı kəskin şəkildə artıb.
Sonxeber.az xəbər verir ki, məsələ ilə bağlı Bizim.media-ya danışan iqtisadçı ekspert Fuad İbrahimov bildirib ki, son zamanlar ölkəmizdə ekoloji tarazlığın bərpası istiqamətində mühüm tədbirlər həyata keçirilir:
"Azərbaycanda qlobal iqlim dəyişikliyinə verdiyi töhfə və ətraf mühitin sağlamlaşdırılması istiqamətində həyata keçirilən siyasətin məntiqi nəticəsidir ki, aparıcı ölkələr və Beynəlxalq təşkilatlar qlobal iqlim dəyişikliklərini müzakirə etmək üçün noyabrda Bakıda toplaşacaq.
Bu, çox böyük etimaddır, nailiyyətdir. Ona görə bəzi dövlət qurumları da öz qərarlarını bu istiqamətdə verir. Lakin bəzi hallarda belə qərarlar alınarkən tələskənliyə yol verilir. Təsadüfi deyil ki, polietilen torbaların pullu olması ilə bağlı qərarın verilməsindən sonra dövriyyənin bu qədər artması xeyli təəccüb doğurur. Əslində bu qərar ona görə verilmişdi ki, polietilen torbalar pullu olacağı təqdirdə ondan istifadə azalacaq. Nəticədə, ətraf mühitə tullanılan polietilen məmulatların həcmi kiçiləcək. İqtisadiyyatda belə bir ifadə var: əks-effekt sindromu… Görünən odur ki, polietilen torbaların pullu olması da əks-effekt verib. Nəticədə polietilen torbalara tətbiq edilən yeni qaydalar tələbatı artırıb. Tələbat artdıqca da istehsalın həcmi böyüyür".
Müsahibimiz onu da xatırladıb ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin son qərarı plastmas kisələrə aid deyil:
"Nəzərə alaq ki, bu məhsulun istehsalı 3.5 dəfə artıb. Eləcə də, polietilen torbaların istehsalının 50 faizədək artması onu göstərir ki, buna tələbat var. Bu da o deməkdir ki, məlum qərar polietilen torbaların istehsalını stimullaşdırır. Artıq ticarət şəbəkələri bu qablara biznes marağından baxır. Əgər əvvəl polietilen torbalar alıcıya pulsuz verilirdisə, bu gün satılır.
Ona görə də ticarət şəbəkələri artıq polietilen torbalara pul verməkdə ehtiyatlanmır. Çünki, 1-2 qəpiyə aldıqları qabları ən azı 2 dəfə baha qiymətə satırlar. Beləcə, polietilen torbalar aktiv ticarət mallarının bir seqmentinə çevrilir. Bu da gözlənilən nəticənin əldə edilmədiyini göstərir. Görünür, bu qərar verilərkən nə isə diqqətdən qaçıb".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 788 Tarix: 19 iyul 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabahdan bu yollarda hərəkət məhdudlaşdırılır
5 noyabr saat 08:00-dan etibarən Qaradağ rayonunun Ələt və Səngəçal qəsəbələrində iki ünvanda təmir işləri aparılacaq. xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb. Bildirilib ki, təmir işləri ilə əlaqədar qeyd olunan ünvanlarda nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq
4 noyabrTemperatur 10° enəcək - Xəbərdarlıq
Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var
4 noyabrƏhalinin gəlirləri 4 ildə bu qədər - Artacaq
Əhalinin növbəti ildə gəlirlərinin artım tempi 3.5 faiz artacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanu
4 noyabrKeçmiş nazirin oğluna vəzifə verildi
Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC
4 noyabrXırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Xırdalan şəhərində noyabrın 2-də yoxa çıxan və ötən gecə tapılan 12 yaşlı uşağın evdən getməsinin təfərrüatı bilinib. -a istinadən xəbər verir ki, qızın mənzili tərk etməsinə anasından küsməsi səbəb olub:. İddia olunur ki, qızın anası ilə aralarında mübahisə olub və azyaşlı evdən gedib. "Daha sonr
4 noyabrTeatr və konsert müəssisələrinə 51,6 milyon manat ayrılacaq
2027-ci ildə teatr və kino sahələrinin inkişafı, Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliği və mədəniyyət tədbirlərinin təşkili üçün dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılması nəzərdə tutulub. Axşam.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsind
4 noyabrADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb
Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib
3 noyabrPaytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib
Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər
3 noyabrQonşuya kömək edərkən faciəvi şəkildə öldü
Ucarda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 14 radələrində rayonun Qulabənd kəndində qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü Xankişiyev Elvin Muxtar oğlu qonşusunun evinin həyətyanı sahəsində salınmış xurma bağında sonuncuya kömə
4 noyabr