"18 minlik kostyumumun üstünə 4 bakal pivə tökdü" - Video
Xalq artisti Bilal Əliyevin sosial şəbəkələrdə yayılmış videosu müzakirə yaradıb.
"Qafqazinfo" xəbər verir ki, sözügedən videoda Xalq artistinin stolun üstündən götürdüyü spirtli içkini qəsdən məclis iştirakçılarından birinin üzərinə tökdüyü görünür.
Sosial şəbəkə istifadəçiləri həmin kadrları birmənalı qarşılamayıb, müxtəlif fikirlər səsləndiriblər.
Bilal Əliyev "Qafqazinfo"ya açıqlamasında sözügedən kadrların bir müddət əvvəl Nərimanov rayonunda yeni açılmış restorandakı mərasimdə qeydə alındığını deyib.
Müğənninin sözlərinə görə, açılış mərasimində onu gözü götürməyən qonaqların sifarişi ilə ofisiant guya ehtiyatsızlıqdan onun 18 min manatlıq kostyumunun üstünə 4 bakal pivə töküb:
"Həmin gün geyindiyim kostyum Londandan alınmışdı. Qiyməti də bizim pulla 18 min manatdır. Ondan bir gün əvvəl isə eyni kostyumu başqa məclisə geyinmişdim. Üstünə pivə tökdüyüm gənc müğənni də orada idi. Kostyumdan söz düşdü, mən də çox bahalı olduğunu dedim. Adını yaddan çıxardığım gənc müğənni məni səhəri gün üçün restoranın açılışına dəvət etdi. Mən də nə bilim ki, paxıllıq hissi var. Açılış günü məndən xahiş etdi ki, stollardan birinə yaxınlaşıb oxuyum. Həmin vaxt ofisiant əlindəki pivələrin hamısını üstümə dağıtdı. O an elə ağlıma gəldi ki, dünən bu kostyumdan danışanda müğənni də orada idi. Bu gün də paxıllıq hissi bəslədiyi üçün qonaqlara danışıb, qonaqlardan da kimsə ofisianta sifariş verib. Mən də məhz ona görə, stolun üstündəki yarımçıq pivə bakalını həmin müğənninin üstünə tökdüm ki, görsün necədir..."
Xalq artisti qeyd edib ki, onun kimi böyük sənətkara qarşı belə rəftarı qəbul etmədiyi üçün mərasimi tərk edib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ceki Çan Bakıya bu səhər gəlib - Dünənki dublyoru imiş
Əfsanəvi aktyor Ceki Çan bu gün səhər saatlarında Bakıya gəlib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, aktyor paytaxtdakı hotellərdən birinə yerləşib və gün ərzində şəhərin görməli yerlərini gəzəcək. Sabahdan etibarən isə Ceki Çan "Tanrının zirehi 4: Ultimatum" beynəlxalq macər
4 avqustTofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Mədəniyyət Nazirliyi Xalq artisti Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayımlayıb. "Qafqazinfo" xəbər verir ki, nekroloqda deyilir:. "Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Xalq artisti, görkəmli bəstəkar, pedaqoq, professor Tofiq Bakıxanov 23 avqustda, ömrünün 96-cı ilind
24 avqust"Serial bəzi gənclər üçün pis örnəkdi"
Xalq artisti Mehriban Zəki gənc aktyorların üstün və çatışmayan cəhətlərindən danışıb. Axşam.az xəbər verir ki, aktrisa bu barədə "MAG" layihəsində qonaq olarkən danışıb. O, bugünkü gənclərin öyrənməyə həvəsli və çalışqan olduğunu bildirib:. "Bugünkü gənclərin üstün cəhətləri var. Onlar
14 avqustAfaq Bəşirqızı ƏMƏLİYYAT OLUNDU: "Riskli idi"
Xalq artisti Afaq Bəşirqızı əməliyyat olunub. xəbər verir ki, aktrisanın həkimi Turab Qasımov -a açıqlamasında bildirib ki, əməliyyat riskli olsa da, uğurla başa çatıb:. "Afaq xanımın əməliyyatı uğurlu keçdi. Bir az riskli idi. Əməliyyatdan sonrakı müayinələr də bunu deməyə əsas verir ki, hər şe
5 iyunXalq artisti Alim Qasımovun 69 yaşı tamam olur
Bu gün Azərbaycanın Xalq artisti Alim Qasımovun doğum günüdür. Onun 69 yaşı tamam olur. xəbər verir ki, Alim Həmzə oğlu Qasımov 1957-ci il avqustun 14-də Şamaxıda doğulub. Xanəndə Bakıda muğam məktəbinin ən tanınan və istedadlı müəllimlərindən dərs alıb. 25 yaşında birinci muğam müsabiqəsində müvəffəqiyyə
14 avqustFirəngiz Əlizadə: Akademik musiqiyə diqqəti artırmaq lazımdır
Akademik musiqidə çox ciddi problemlər, çatışmazlıqlar var. "Report"un məlumatına görə, bunu Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə Bakıda XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayında çıxışı zamanı deyib. Onun sözlərin
20 sentyabrƏlikram Bayramov: "İngiltərə uduzanda 2-3 gün özümə gələ bilmədim"
Müğənni Əlikram Bayramov 2026-cı il dünya çempionatında azarkeşlik etdiyi İngiltərə millisinin çempion ola bilməməsindən təəssüfləndiyini bildirib. Sənətçi Qaynarinfo-ya açıqlamasında deyib ki, turnir başlamazdan əvvəl İngiltərənin dünya çempionu olacağını proqnozlaşdırıb:. "Dünya çempionatınd
20 iyul