İlham Əliyev Bakıda Zəfər parkında aparılan tikinti işləri ilə tanış oldu
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda Zəfər parkında aparılan tikinti işləri ilə tanış olub.
AZƏRTAC xəbər verir ki, "PMD Projects" şirkətinin direktoru Nəriman Topçubaşov parkda görülən işlər barədə dövlətimizin başçısına məlumat verib.
Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamda Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması və ictimaiyyətə nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin yaradılması tapşırılmışdı. Sərəncamdan dərhal sonra Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin layihələri hazırlandı və tikinti işlərinə başlanılıb.
Qeyd edək ki, 2023-cü il sentyabrın 27-də Anım Günündə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda inşası davam etdirilən Zəfər parkında olublar. Dövlətimizin başçısı və birinci xanım burada görülən işlərlə tanış olublar.
8 Noyabr prospektində inşa olunan Zəfər parkının ərazisi doqquz hektardan çoxdur.
Parkın girişində 44 tağ elementindən istifadə edilib. Tağlar Qələbəyə aparan rəmzi yolun başlanğıcını tərənnüm edir. İnşası davam edən tağın hündürlüyü 44 metr, eni isə 22 metrdir.
Parka keçid hissədə 8 Noyabr - Zəfər Gününü əks etdirən memorial abidə ucaldılacaq. Abidə Zəfər Gününü və sarsılmaz birliyi təcəssüm etdirəcək. Memorial abidənin ətrafında Qarabağ xalçalarındakı naxış və bəzək elementlərini əks etdirən yaşıllıq salınacaq.
Zəfər Muzeyinə park ərazisindən iki istiqamətdə giriş olacaq. Sahəsi 9 200 kvadratmetr olan muzeyin yan divarında Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan əsgər və zabitlərin adları qeyd ediləcək.
Ziyarətçilər muzeyi gəzdikdən sonra park hissəsinə daxil ola biləcəklər. Zəfər parkında, həmçinin tematik bağça, kaskad tipli şəlalə, Qarabağ yaddaş bağçası və parka ümumi baxış nöqtəsi yaradılacaq. Parkın sonunda Azadlıq Bayrağı Meydanının inşası da nəzərdə tutulur.
Yaddaş bağçası parkın son hissəsində yaradılacaq. Bu hissəyə enən cığır hündür haşiyəli çiçək və yaşıllıqlarla əhatə olunacaq. Yaddaş bağçasının ətrafında istirahət guşələri yaradılacaq, oturacaqlar qoyulacaq. Su hövzəsinin mərkəzində isə Azərbaycan Bayrağı dalğalanacaq.







Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Sodayla ağ saçlardan qurtulmağın yolu
Ən az qulluq tələb edən 5 meyvə ağacı: Bir dəfə əkin, illərlə məhsul götürün
Bir qəpiklik yumurtalarla bağlı AQTA-dan AÇIQLAMA
Kiçik görünüş, böyük sağlamlıq faydaları
Metroda oğurluq anı kameralara düşdü: Şübhəli saxlanıldı
Qiymətlər REKORD HƏDDƏ ENƏ BİLƏR: Yumurta bazarında nə baş verir?
XƏBƏRDARLIQ! Şimşək çaxacaq, dolu düşəcək... - SABAHIN HAVASI
Bakı-Şamaxı yolunda DƏHŞƏT: Qarşıdan gələn avtomobilin təkəri çıxaraq "Range Rover"ə çırpıldı - ANBAAN VİDEO
Hansı kərə yağı daha yaxşıdır? - 72,5, yoxsa 82,5 faiz?
Ağdərədə mikroavtobusla minik avtomobili toqquşub: Xeyli sayda yaralı var
Tribunada gözlənilməz anlar: telefonu aşağı düşdü - VİDEO
Bakı və Sumqayıtın bəzi ərazilərini qurbağalar basdı - SƏBƏB NƏDİR? - VİDEO
Toyda şampanla rəqs etmək istəyən bəy, gəlini yerə yıxdı - VİDEO
24 yaşlı oğlanı cərəyan vurub öldürdü
Bakının bir qəsəbəsində SÖKÜNTÜ BAŞLADI: Kompensasiya veriləcək