Dünya ədəbiyyatında ən güclü 10 qadın obrazı
Lent.az dünya ədəbiyyatında ən güclü 10 qadın xarakteri barədə məlumat verir.
Nizami "Leyli və Məcnun"- Leyli obrazı
Leyli obrazı müxtəlif şair və yazıçıların təxəyyülünü ilhamlandırıb. Dövrünün qayda və qanunlarına qarşı çıxa bilməyən Leyli məhəbbətindən də vaz keçmir, eşq urğuna qurban gedir.Bu obraz dünya ədəbiyyatında ən çox yayılan obrazlardan biridir.
Şarlotta Brontenin "Ceyn Eyr" romanının qəhrəmanı Ceyn Eyr
Məşhur ingilis romanı "Ceyn Eyr" dünyanın ən yaxşı kitabları siyahısında onuncu yerdədir. Müəllif öncə əsəri Currer Bell təxəllüsü ilə nəşr etdirdi. Əlyazmaya heyran olan nəşriyyatlar belə müəllifin qadın olduğunu bilmirdilər. Roman o dövrün əsl bestsellerinə çevrildi. Tənqidçilər və oxucular kitabı kobud və həyasız adlandıraraq müəllifi kişi hesab edirdilər.
Ənənənin əksinə olaraq, Şarlotta Bronte güclü bir qəhrəman yaratdı, onun fəzilətləri gözəl görünüşü və itaətkarlığı deyil, zəka və xarakteri idi. Uşaq ikən Ceyn valideynlərinin ölümünə, qohumların ədalətsiz rəftarına və internat məktəbində çətin həyata dözməli olur. Zəngin bir evdə dayə kimi işləmək ona bir çox çətinliklər gətirdi, lakin iradə və qətiyyət Ceyn Eyre öz xoşbəxtliyini yaratmağa kömək edir.
Marqaret Mitçel "Küləklə sovrulanlar" romanında Skarlet Ohara
"Küləklə sovrulanlar" romanının qəhrəmanı Skarlett dünya ədəbiyyatının ən məşhur qəhrəmanlarından biridir. İlk və yeganə romanı üzərində işləyən Marqaret Mitçel prinsipsiz və inadkar bir koket qız obrazı yaratmağa çalışırdı. Lakin oxucular ona aşiq oldu. O, müstəqillik, təşəbbüskarlıq və möhkəmlik simvoluna çevrildi.
Teodor Drayzer - "Kerri bacı", Kerri
On səkkiz yaşlı Kerri Çikaqoya köçür və həyatını nizamlamağa çalışır. Ancaq böyük bir şəhərdə gənc subay qız üçün çətindir: o, qohumları ilə yaşamalı və fabrikdə qəpik qazanaraq ağır iş görməlidir.
Qız varlı evli kişinin məşuqəsi olur, onunla birlikdə Nyu-Yorka qaçır, teatrda işə düzəlir və uğurla aktrisa karyerasını qurur. 20-ci əsrin əvvəllərində cəmiyyət bu cür davranışı əxlaqsız adlandırırdı. İndi oxucular daha yaxşı həyata can atdığına görə Kerrini mühakimə etmirlər.
Lev Tolstoy "Anna Karenina"- Anna
Lev Tolstoy Karenina ilə Vronskinin görüşündən bəhs etdiyi hissədə Annanın təsvirini verir. Bu da səbəbsiz deyil: oxucu sanki gənc qadını onunla ilk dəfə qarşılaşan kişinin gözü ilə görür. Öyrəndiyimiz ilk şey "o çox gözəl idi. Anna eşqə qurban gedən qadınların abidəsidir desək, yanılmarıq.
Düma "Kameliyalı xanım" Marqarita Qautye
Aleksandr Dümanın romanındakı Marqarit Qautyenin prototipi yazıçının sevgilisi olan məşhur fransız kurtizanka Mari Duplessis idi. Əxlaqsız olsa belə kişilərdən pul qoparıb, cəmiyyətin ən üst təbəqəsinə çıxan bir qadının həyat hekayəsidir bu roman.
Mixail Bulqakov – "Ustad və Marqarita" Marqarita obrazı
Marqarita ən sirli ədəbi qəhrəmanlardan biridir. Bu, həqiqətən dərindən sevməyi bilən güclü və cəsarətli bir qadındır.Müəllif Marqarita haqqında "O, gözəl və ağıllı idi" deyir. "Buna daha bir şey əlavə etmək lazımdır - əminliklə deyə bilərik ki, bir çox qadın öz həyatlarını Marqarita Nikolayevnanın həyatı üçün dəyişdirmək üçün hər şeyi verəcəkdir."
Romanın əsas hadisələri baş verən zaman Marqaritanın 30 yaşı var idi. Onun obrazının yaradılmasında həm ədəbi mənbələrin, həm də real qadınların təsiri olub.
Fyodor Dostoyevski- "İdiot" Nastasya Filippovna
Dostoyevskinin romanının əsas personajlarından biri Nastasya Filippovna gözəl, məğrur və nəcib qadın idi. Və eyni zamanda, tamamilə dəli.Qəhrəmanın prototipinin yazıçının sevimli Apollinaria Prokofyevna Suslova olduğu güman edilir.
Rəşad Nuri Güntəkinin " Çalıquşu" romanında Fəridə
Fəridə obrazı sevgiyə sədaqətin, məsumluğun, məğrurluğun, təmizliyin simvoludur. əsər Fəridənin bütün həyatı Fonunda XIX əsr Türkiyəsinin reallıqlarından bəhs edir.
Viktor Hüqo – "Paris Notr Dam kilsəsi" Esmeralda
Bir-birindən çox fərqli üç kişinin qəlbini fəth edən bir fransız romanından gənc qaraçı qadının kədərli hekayəsi dəfələrlə teatr səhnələrində və kino ekranlarında təcəssüm olundu. Yazıçı qəhrəmanını bir qədər təfərrüatı ilə təsvir edir - yəqin ki, heç kimin şübhəsi olmasın: bu qeyri-adi qız onun ətrafında alovlanan ehtiraslara layiqdir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiya yaşı ilə bağlı yeni QAYDA
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
Bu şəxslərin pensiyasına sabit məbləğdə AYLIQ ƏLAVƏ VERİLƏCƏK
Prezident ona "general-leytenant" ali hərbi rütbəsi verdi
İtkin düşən 5 nəfər ötən gün tapılıb
Bu şəxslər üçün avtobus və metro PULSUZDUR
Yeməyi "qazanla soyuducuya qoymayın" xəbərdarlığı
Azərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT
Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq
Dünyanın ən xoşbəxt turizm şəhəri açıqlandı - Avropada yerləşir
"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət
Pensiya və müavinətlərlə bağlı YENİ XƏBƏR