İki azərbaycanlı Türkiyənin daxili işlər nazirinin evinə necə "giriblər"? - QALMAQAL
Türkiyədə qeyri-qanuni miqrantlar və milyonlarla suriyalı qaçqın problemi siyasi gündəmin əsas mövzularından biri olaraq qalır. Problemin ciddiliyi həm də ondan ibarətdir ki, çoxlu sayda gələnlərin heç bir qeydiyyatı olmadan Türkiyədə yaşadığı güman edilir.
Hökumət də öz növbəsində problemi həll etməyə çalışır. Bu ilin yazında Daxili İşlər Nazirliyi yerli miqrasiya idarələrinə qeydiyyat yerində olmayan və ya qeydiyyatsız yaşayan miqrantların müəyyən edilməsi ilə bağlı göstəriş verib. Yerlərdə yoxlamalara başlanılıb. Ankarada regional miqrasiya idarəsinin əməkdaşları polis və küçə nəzarətçiləri ilə birlikdə miqrantların qeydiyyatda olduqları yerdə yaşayıb-yaşamadığını öyrənmək üçün əvvəlcədən müəyyən edilmiş ünvanlara gediblər.
Moderator.az haqqın.az-a istinadla xəbər verir ki, bu yoxlamalardan birində bələdiyyə əməkdaşı(bekçi) Ankaranın Çankaya bölgəsindəki fərdi evə gedib. Siyahıya əsasən, bu ünvanda iki azərbaycanlı miqrant qeydiyyatda olub. Lakin binaya yaxınlaşanda evin polisin mühafizəsi altında olduğu üzə çıxıb. Bekçi polisə yaxınlaşaraq bu ünvanda qeydiyyatda olan şəxsləri soruşub. Daxili İşlər Nazirliyinin əməkdaşları ona şübhə ilə yanaşıb, saxlayıb və baş verənləri rəhbərlərinə çatdırıblar. Polis şöbəsi işi araşdırmağa başlayanda qalmaqal yaranıb. Məlum olub ki, bu evdə daxili işlər naziri Ali Yerlikaya yaşayır.
Türkiyə mətbuatı bu qalmaqallı faktla bağlı araşdırmalara başlandığını, miqrasiya xidmətinin bir neçə əməkdaşının işdən çıxarıldığını yazır. Məlum olub ki, daxili işlər nazirinin evində qeydiyyatda olan azərbaycanlılar Türkiyədəki hərbi məktəblərdən birinin kursantlarıdır. Onlar həftə sonları məktəb binasını tərk edə bilmək üçün Türkiyədə yaşamaq icazəsi almalı idilər. Bunun üçün miqrasiya xidmətini daimi yaşayış ünvanı ilə təmin etmək lazım idi. Kursantlar daimi yaşayış ünvanı kimi daxili işlər nazirinin evini göstəriblər və orada qeydiyyata düşüblər.
Bu xəbər mətbuata yayıldıqdan sonra Baş Miqrasiya İdarəsi açıqlama yayıb və iki xarici vətəndaşın daxili işlər naziri Əli Yerlikainin evində qeydiyyatda olduğunu təsdiqləyib. İdarədən bildirilib ki, bu fakt 2024-cü il mayın 9-da müəyyən edilib və barələrində cinayət işinin başlanması üçün prokurorluğa müraciət göndərilib. Faktla bağlı araşdırma başlanıb, iki azərbaycanlı kursant, həmçinin iki mülki şəxs barəsində Ankara Prokurorluğuna müraciət edilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 997 Tarix: 05 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Leylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat
Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor
3 noyabrƏhalinin gəlirləri 4 ildə bu qədər - Artacaq
Əhalinin növbəti ildə gəlirlərinin artım tempi 3.5 faiz artacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanu
4 noyabrYeniyetmə Səməd Vurğunun əmisi nəvəsini bıçaqladı
Qazaxda bıçaqlanma hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, rayon sakini 1993-cü il təvəllüdlü Xanlar Vəkilov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, o, həmyerlisi olan yeniyetmə tərəfindən mübahisə zəminində bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs poli
4 noyabrPensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm
3 noyabrİrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq
İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand
3 noyabrSabah leysan olacaq, qar yağacaq
Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr
4 noyabrPaytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib
Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər
3 noyabr