Moldova parlamentinin hüquq departamentinin başçısı ruslara məxfi sənədlər ötürürmüş - Qalmaqal
Moldovada məhkəmə ölkə parlamentinin hüquq departamentinin başçısı İon Kryangenin həbsi barədə qərar verib.
"AzPolitika" xarici media resurslarına istinadla xəbər verir ki, o, avqustun 1-də dövlətə xəyanətdə və qəsddə şübhəli şəxs qismində saxlanılmışdı.
Kryangenin Rusiyanın Kişinyovdakı səfirliyinin əməkdaşlarına Moldovanın maraqlarına ziyan vura biləcək məxfi informasiya ötürdüyü ehtimal olunur. Kryange ilə bilrikdə Moldova Sərhəd Polisinin əməkdaşı da saxlanılıb. Onun adı açıqlanmır. O da Kryange kimi 30 sutkalığına həbs edilib.
Moldova qanunları şübhəlilərin məhkəmə qərarı olmadan 72 sutka saxlanmasına imkan verir.
Bundan əvvəl Qərb mediası yazmışdı ki, Kryange informasiyaları Rusiya səfirliyinin əməkdaşına ötürdüyü anda saxlanılıb. Xəbər verilir ki, Təhlükəsizlik Xidməti onun və ehtimal edilən əlbirinin evlərində, habelə parlamentin hüquq departamentində axtarış aparıb.
Prokurorluğun materiallarına görə. saxlananlar Rusiya tərəfi ilə 2023-cü ildən əməkdaşlıq edirdilər. Moldovanın PRO TV kanalı bildirib ki, Rusiya səfirliyi onlara dövlət sirri təşkil edən informasiyalara görə 500 dollardan 2000 min dollaradək pul ödəyirmiş.
Bu da xəbər verilir ki, axtarışdan və Kryange ilə sərhədçinin saxlanmasından sonra Moldova Xarici İşlər Nazirliyi Rusiya səfirliyi hərbi attaşesinin müavini Dmitri Kelovu "persona non grata" elan edib.
Məxfi məlumatları məhz onun qəbul etdiyi ehtimal olunur. Kelov tanınmamış Dnestryanı respublikasındakı situasiyanı kurasiya edən vahid nəzarət komissiyasının – üçtərəfli strukturun üzvü olub.
Rusiya XİN Kişinyovun bu hərəkətini "dost olmayan akt" adlandırıb. Əgər bu məlumatlar təsdiqini taparsa, bu, Moldovada son iki ayda baş vermiş ikinci belə insident olacaq.
İyun ayında "The Insider" saytının jurnalistləri yazırdılar ki, Moldova Baş Qərargahının keçmiş rəisi İqor Qorqan Rusiyanın Moldovadakı attaşesi Aleksey Makarovla sıx münasibətdə olub. Təhqiqat nəticələrində deyilir ki, Makarov Rusiya Baş Kəşfiyyat İdarəsi GRU-nun kuratorudur. Qorqan hazırda casusluq ittihamı ilə həbsdədir.
"The Insider" saytının məlumatından sonra Moldova Rusiya səfirliyinin 70 əməkdaş və işçisindən 45-ni ölkədən çıxarıb. Kişinyov bildirirdi ki, bu tədbir Moskvanın Moldovadakı vəziyyəti sabitsizləşdirməsinin qarşısının alınması ilə bağlı görülür. Lakin Moldova rəsmilərinin məlumatına görə, hətta Kişinyovda hazırda qalmaqda olan Rusiya diplomatlarının azı 2-si FTX əməkdaşıdır.
2022-ci ildə Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi başlananda Kişinyov birmənalı şəkildə Kiyevin və Qərbin tərəfində olduğunu elan edib. Ötən ay Moldova Avropa İttifaqı ilə bloka üzvlüyə dair danışıqlara başlayıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Temperatur 10° enəcək - Xəbərdarlıq
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Bu günə olan qızıl və gümüş qiymətləri
Keçmiş nazirin oğluna vəzifə verildi
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Sabah hava necə olacaq?