İran-İsrail münaqişəsində ŞOK SSENARİ: Cənubi Qafqazda "sönmüş" ocaqlar ALOVLANA BİLƏR - ŞƏRH

İran-İsrail münaqişəsində ŞOK SSENARİ: Cənubi Qafqazda "sönmüş" ocaqlar ALOVLANA BİLƏR - ŞƏRHBildiyimiz kimi, Tehranda Həmas lideri İsmayıl Haniyənin öldürülməsi Yaxın Şərqdə vəziyyəti xeyli gərginləşdirdi. Rəsmi Tehran regional müharibə yaransa belə, mövqelərindən çəkinməyəcəklərini bildirib. Erməni politoloq Armen Abovyanın sözlərinə görə, İran ətrafında vəziyyət getdikcə pisləşir, İrəvanın hər hansı hərəkəti Tehranı qəzəbləndirəcək. O, İrana qarşı artan təhdidlərin Ermənistanı narahat etdiyini bildirib. Vəziyyət regional müharibə vəziyyətinə çatarsa, o zaman Baş nazir Nikol Paşinyanın sərhədlə bağlı qərarları Tehran tərəfindən müharibə aktı kimi qəbul olunacaq. Əgər Zəngəzur dəhlizinin açılmasına razılıq verilərsə, Ermənistan İranla sərhəddə problem yaşayacaq. İran İsrail münaqişəsi Cənubi Qafqazda nəyi dəyişəcək?

Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən Səxavət Məmməd deyib ki, artıq dünyanın hər bir yerində münaqişə ocaqları alovlanır və gərginlik artan xətt ilə gedir:

"Cənubi Qafqazda gərginliyin olduğunu açıq şəkildə deyə bilərik. Tərəflər arasında soyuq münasibətlər mövcuddur. Haniyənin öldürülməsi İranın açıq şəkildə müharibəyə cəlb edilməsi cəhdi idi. İranı proksi qüvvələri ilə döyüşə yox, birbaşa müharibəyə qatmaq istəyirlər. Hesab edirəm ki, bu müharibə real görünür. Təbii ki, İranın İsrail ilə müharibəyə qoşulması, Amerikanın bu münaqişəyə cəlb olunması bizim regionumuzdan təsirsiz ötüşməyəcək. Mütləq şəkildə bizim regionumuza təsir edəcək. İranın Ermənistan ilə bağlı həmişə planları olub. İran Zəngəzur dəhlizinin daim öz ərazisindən keçməsini istəyib. Ona görə də, İran dəfələrlə bildirib ki, sərhədlərin dəyişdirilməsi olmaz:

Hərbi ekspertin sözlərinə görə, indiki məqamda Ermənistan və İranda Amerikanın təlimatçıları var. Dolayısıyla Amerikanın düşmənləri ən çox Ermənistanda yerləşib:

"Amerikanın real düşmənləri Ermənistandadır. Hesab edirəm ki, böyük müharibə olacaqsa, bu Ermənistan-Azərbaycan münasibətlərinə, o cümlədən regiona təsir edəcək. Bu regionda "sönmüş" kimi görünən proseslər yenidən canlana bilər. Bunu Ermənistan-Azərbaycan arasında müharibənin olacağı kimi təqdim edirlər. Bunun baş verməsini istəyirlər. Belə olacağı təqdirdə prosesə başqa dövlət qarışacaq. Bu isə regionu iflic edə bilər. Son dərəcə gərginlik var və ümid edək ki, gözlənilən bu müharibələr baş verməsin".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1170   Tarix: 05 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İlham Əliyev: "Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq"

"Bu gün isə mahiyyət etibarilə problemlərin böyük hissəsini, - problemlər deyərkən qarşımızda duran qlobal problemləri nəzərdə tuturam, - arxada qoymuşuq". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkə

17 sentyabr
.

Lokal antiterror əməliyyatı Azərbaycanın və İlham Əliyevin qüdrətini bütün dünyaya göstərdi - ŞƏRH

"2023-cü il sentyabrın 19-20-də bir sutkadan da az davam edən lokal antiterror əməliyyatı nəticəsində Qarabağdakı bölücülüyə və Ermənistanın təcavüzünə birdəfəlik son qoyuldu. Eyni zamanda, Ermənistanın arxasındakı qüvvələrə açıq mesaj verildi ki, Azərbaycanla bu oyunlar dayandırılmalıdır və birdəfəli

19 sentyabr
.

Azərbaycan və digər türk dövlətləri təhlükəsizlik məsələlərində ortaq hərəkət etməlidirlər - ŞƏRH

"Türk Dövlətləri Təşkilatının təhlükəsizlik məsələləri ən ciddi məsələlər sırasındadır. Türk dövlətləri olaraq ortaq təşkilatda birləşiriksə və daha irəli getmək istəyiriksə, təhlükəsizlik məsələlərinə də ciddi diqqət yetirməliyik. Ən əsası isə bu sahədə ortaq hərəkət etməliyik. Çünki ayrı-ayr

17 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

"Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyad

17 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

TDT lazımi səviyyəyə çatdıqdan sonra bu proseslər daha faydalı nəticələrə gətirib çıxara bilər

"Türk Dövlətləri Təşkilatı hələ yeni yaranıb. Əlbəttə ki, Azərbaycanın mərkəzdə yerləşməsi səbəbindən ölkənin potensialı digər dövlətlərlə müqayisədə daha qabarıq görünə bilər. Lakin bütün bu proseslərin həyata keçirilməsi üçün beynəlxalq şəraitin də buna imkan verməsi lazımdır". Bunu -a açıqlamasınd

18 sentyabr
.

Azərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir

Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə

18 sentyabr
.

Prezident: "Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir"

"Ölkələrimiz böyük təbii ehtiyatlara malikdir və bu da böyük üstünlükdür. Bu təbii ehtiyatlar dövlətlərimizin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir, həmçinin bütün dünya üçün mühüm rol oynayır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliye

17 sentyabr