"Yango" qanunun tələblərindən yayınma hallarının qarşısını necə alır?

"Yango" qanunun tələblərindən yayınma hallarının qarşısını necə alır?27 mart 2024-cü il tarixindən qüvvəyə minən "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər"in təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarına əsasən Bakıda yalnız istehsal tarixi 8 ili ötməmiş avtomobillərin taksi xidməti göstərməsinə icazə verilir. İstifadəçilər artıq sifariş zamanı daha yeni və rahat avtomobil modellərinin gəlməyə başladığını təsdiq edirlər. "Yango", "Bolt" və "Uber" kimi servislər isə daşıyıcılara yeni avtomobillər almaq üçün sərfəli şərtlər təqdim etməklə yerli biznesi və sürücüləri dəstəkləyir. Bununla belə, bəzi daşıyıcı şirkətlər köhnə avtomobillərlə xidmət göstərilməsini davam etdirmək üçün qanunvericiliyin tələblərindən yayınmağın yollarını tapır.

Oxu.Az bu istiqamətdə hansı tədbirlərin görüldüyünü öyrənmək üçün "Yango" şirkətinin yerli komandası ilə əlaqə saxlayıb.

"Yango"dan bildirilib ki, servis qanun pozucuları ilə mübarizə aparmaq üçün bir neçə həll tətbiq edib:
● Yeni sürücülərin cəlb edilməsi zamanı avtomobilin sənədlərinə fotonəzarət. Avtomobillərin tələblərə cavab verdiyinə əmin olmaq üçün servisdə avtomobillərin sənədləri diqqətlə yoxlanılır. Bu, başqalarının avtomobillərindən və ya taksi xidmətini göstərilməsi üçün tələblərə cavab verməyən avtomobillərdən istifadənin qarşısını almağa kömək edir.

● Avtomobillərin AYNA-nın buraxılış kartı bazasında yoxlanılması. Servis Azərbaycanda bütün avtomobillər üçün buraxılış kartları haqqında məlumat təqdim edən dövlət xidməti - AYNA ilə əməkdaşlıq edir. Bu, avtomobildən sərnişindaşımada istifadə edilməsinə icazə verilib-verilmədiyini tez bir zamanda yoxlamağa imkan verir.

● Səfərlərdən sonra istifadəçilərin rəyinin öyrənilməsi. Artıq sərnişinlər nəinki səfəri qiymətləndirə, həm də sifariş zamanı düzgün avtomobilin gəlib-gəlmədiyini qeyd edə bilərlər. Əgər avtomobilin nömrəsi tətbiqdəki nömrə ilə uyğun gəlmirsə, səbəblər arasında "yanlış avtomobil" bəndini seçərək səfəri ləğv etməyi, sonra isə yeni sifariş etməyi tövsiyə edirik. Bu halda yalnız ikinci səfər üçün ödəniş tutulacaq. Eyni zamanda, servisin komandası müvafiq siqnal alacaq və insidentlə bağlı tərəfdaşla ətraflı araşdırma aparacaq. Pozuntu halı təsdiqlənərsə, sürücünün servisin sifarişlərinə çıxışı bloklanacaq. "Görülmüş tədbirlər sayəsində son bir ay ərzində yalnız 5% hallarda istifadəçilər avtomobilin məlumatlarının sifarişdəki məlumatlarla üst-üstə düşməməsi barədə şikayət ediblər. Əminik ki, sərnişinlərin rəylərinin öyrənilməsi və AYNA nümayəndələri ilə əməkdaşlıq sayəsində zaman keçdikcə bu cür halların sayını minimuma və ya sıfıra endirə biləcəyik. Bütün istifadəçiləri diqqətli olmağa, avtomobillərin nömrələrini və modellərini tətbiqdəki məlumatlarla yoxlamağa çağırırıq. Hər hansı şübhəniz yaranarsa, dəstək xidmətinə müraciət etməyi tövsiyə edirik", - "Yango"dan bildirilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 828   Tarix: 05 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Falçı dedi ki, ağ yox, sarı qızıl verməlisən" - 360 min manatını itirən qadın danışdı

Himayəsində olan 15 yaşlı bacısı oğlu Ü.M-ə işgəncələr verərək xəsarətlər yetirməkdə təqsirləndirilən Günay Novruzova barəsində cinayət işi üzrə məhkəmə iclası keçirilib. -a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namiq Kərimovun sədrliyi ilə keçirilən proses zərərçəkənin ifadəs

4 noyabr
.

Leylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor

3 noyabr
.

Əhalinin gəlirləri 4 ildə bu qədər - Artacaq

Əhalinin növbəti ildə gəlirlərinin artım tempi 3.5 faiz artacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanu

4 noyabr
.

Yeniyetmə Səməd Vurğunun əmisi nəvəsini bıçaqladı

Qazaxda bıçaqlanma hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, rayon sakini 1993-cü il təvəllüdlü Xanlar Vəkilov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, o, həmyerlisi olan yeniyetmə tərəfindən mübahisə zəminində bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs poli

4 noyabr
.

Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…

Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm

3 noyabr
.

Mehriban Əliyeva və ailə üzvləri Devid Qarrettin simfonik şousunu izləyiblər - Fotolar

Noyabrın 4-də Heydər Əliyev Mərkəzində dünyaşöhrətli skripkaçı Devid Qarrett "Millennium Symphony - Crossover Programme" simfonik şousu ilə çıxış edib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və ailə üzvləri simfonik şounu izləyiblər. Devi

4 noyabr
.

İrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq

İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand

3 noyabr
.

Sabah leysan olacaq, qar yağacaq

Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr

4 noyabr
.

Paytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər

3 noyabr