Azərbaycanda ilk elektromobillər yarışı keçirildi - FOTO+VİDEO
Ölkəmizdə elektromobillərə marağın artması danılmaz faktdır, buna əmin olmaq üçün satış göstəricilərinə nəzər salmaq yetərlidir. Buna baxmayaraq, əhalinin böyük bir hissəsində hələ də elektrik avtomobillərə etibar formalaşmayıb: çoxları enerji ehtiyyatının yolun ortasında tükənəcəyindən çəkinir. Etiraf edək ki, yollarda elektrik "şarj" məntəqələri hələ də azdır və belə fikirlər əsassız deyil, lakin mövcud şəraitdə də marşrutu əvvəlcədən hesablayıb, bölgələrə rahat səyahət etmək mümkündür. Azərbaycan Prezidentinin "Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi" haqqında sərəncamına əsasən
Azərbaycan avtomobil dilerləri assosiasiyası (AADA) sılsilə tədbirlər həyata keçirməkdədir. Bunlardan Bakı-Mingəçevir və Bakı-Qobustan marşrutları ilə "Yaşıl ölkə" ekoloji avtomobillər yürüşlərini, "Avto Eko" elektrik avtomobillər sərgilərini misal gətirmək olar. Bu layihənin davamı olaraq, ötən həftə Azərbaycanda ilk elektromobillər yarışı da keçirildi. Yarışın şərtləri və nəticələri barədə AADA İdarə Heyətinin sədri Natiq Zərbəliyev məlumat verdi:
Yarışın ideyası məşhur səyahətçi Rafael de Mestre ilə görüşümdən sonra yarandı. Xatırladım ki, bu ispaniyalı volonter elektromobil ilə 80 gün ərzində dünya səyahətinə çıxmışdı və marşrutu Azərbaycandan keçirdi. Özünü Jül Vernin "80 gün dünya ətrafında" əsərinin qəhrəmanı hiss edən Rafael qarşısına iki hədəf qoymuşdu: elektromobillərin praktikliyini nümayiş etdirmək və onların gündəlik istifadəsi ilə bağlı şübhələrə son qoymaq. Biz qat-qat kiçik marşrutda bunu həyata keçirməyi qərara aldıq. Yarışın şərtləri çox sadədir: batareyaları bir dəfə doldurmaqla Nabrana çatıb, geri qayıtmaq. Əslində qayıtmağa da ehtiyac yoxdur, yetər ki, elektromobildə əlli faiz enerji ehtiyyatı qalsın. Yarışda 12 elektromobil iştirak edirdi və şərtlərin əməlinə nəzarət etmək üçün hər birində bizim bir ekspert yerləşirdi. Ekspertlər qismində ən populyar avtoboqerləri dəvət etmişdik. Onlar öz platformalarında yarışın nəticələri barədə ətraflı məlumat artıq veriblər. Mən sadəcə qeyd edim ki, bütün ekipajlar 50 faiz enerji ehtiyyatı ilə finala keçə bildi və müvafiq diplomlarla təltif olundu. AADA bu sayaq yarışları davam etdirməyi planlaşdırır, növbəti marşrut qədim Şəkiyə olacaq.
Son olaraq, layihənin gerçəkləçməsində bizə dəstək olmuş daimi parntyorlara minnətdarlığımızı bildirmək istərdim: Amsoil, Maşin.az, "CarsCharge", Baku Auto Mall, "Palma" istirahət mərkəzi, "Bizon".




Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Temperatur 10° enəcək - Xəbərdarlıq
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Bu günə olan qızıl və gümüş qiymətləri
Keçmiş nazirin oğluna vəzifə verildi
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Sabah hava necə olacaq?