Keçmiş nişanlısına işgəncə edən gənc özünü öldürdü
Bursada keçmiş nişanlısı Arda Tırkaz tərəfindən bıçaqlanan və daha sonra ov tüfəngi ilə vurulan Elif B-nin sol ayağı dizdən aşağı kəsiləcək. Elif B-nin müalicəsi reanimasiyada davam edir. Onun yaslı atası Murat B bildirib ki, qadağa qoyulmasına baxmayaraq, Arda Tırkaz onları narahat edirdi: "Elif polisə elektron qandal taxılması üçün müraciət edib. Lakin hadisədən 6 saat əvvəl onun tələbi rədd edilib. Sonra o qızıma cəhənnəmi yaşatdı", - deyib
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə avqustun 2-də Yıldırım rayonunda baş verib.
Arda Tırkaz 16 AVH 310 nömrə nişanlı yüngül ticarət maşını ilə keçmiş nişanlısı Elif B-nin evinə gedib. Tırkaz, yeni sevgilisi olduğu iddiası ilə Elif B ilə mübahisə etdikdən sonra onu silah gücüylə qaçırıb.
Tırkaz qaçarkən ov tüfəngi ilə evə atəş açıb. İdarə etdiyi maşınla Elif B-nin sevgilisinin gedə biləcəyini düşündüyü kafenin qarşısına gedib.
O kafeyə atəş açıb, içəridəki iki nəfəri və yuxarı mərtəbədə - eyvanda anasının qucağında oturan 14 aylıq Yusuf Sırmanı yaralayıb.
Hücum zamanı ayağından yaralanan Sırma və 2 nəfər xəstəxanaya aparılıb.
Ərazidə araşdırma aparan polis əməkdaşları keçmiş sevgilisi tərəfindən 300 metr sürüklənərək ayaqlarından bıçaq və ov tüfəngi ilə vurulan Elif B-nin meşədən gələn kömək fəryadını eşidib.
Bu arada polisin gəldiyini anlayan Tırkaz eyni ov tüfəngi ilə öz həyatına son qoyub.
Elif B təcili yardımla Bursa Yüksək Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.
Daha öncə 4 ayrı cinayət törədən Tırkazın cəsədi tibbi ekspertizaya göndərilib.
Həkimlər reanimasiya şöbəsində müalicə olunan Elif B-nin sol ayağının diz qapağındakı arteriya yırtıldığı üçün onun sol ayağının amputasiya edilməsinə qərar verib.
Elif B-nin sol ayağının travma aldığını söyləyən Murat B Ardanın özünü öldürdükdən sonra qızının üzərinə yıxıldığını da qeyd edib:
"Qızım onu itələyərək özünü sürükləməyə çalışıb, lakin gücü çatmayıb. Çox qan itirib. Səsini eşitdirmək üçün bacardığı qədər qışqırıb. Ölümü gözləyəndə polis gəlib, onu xəstəxanaya aparıb. Qızımın sol ayağı indi amputasiya olunacaq. Onun sağ ayağının vəziyyəti də ağırdır. Bunun üçün kim cavab verəcək? Qızım xəstəxanadan çıxanda psixoloji dəstək alacaq".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda məktəblərlə bağlı YENİ QAYDA - MƏCBURİ OLA BİLƏR
Azərbaycanda 4 gün ardıcıl iş olmayacaq
Azərbaycanlı aparacı İran və Türkiyəyə səsləndi
Bakıda 30-a yaxın bina söküləcək: Sakinlərə nə qədər pul veriləcək?
Azərbaycanda yeni qanun qəbul ediləcək
Zəhərli hörümçək udan körpə qız komaya düşdü
AQTA qənd məhsullarında uyğunsuzluq aşkarladı: İstehlakçılar necə seçim etməlidir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Əli Həsənova yeni vəzifə verilir
Tələbələr dərs saatlarını özləri seçə biləcəklərmi? Azərbaycanda yeni sistem tətbiq oluna bilər - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Sevinc Hüseynova böhtan və təhqirə görə məhkum edildi - Səidə Bəkirqızı məhkəməni uddu
Bərdə xəstəxanasında DƏHŞƏTLİ OLAY: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, polis hərəkətə keçdi - YENİLƏNİB
Türkiyə-Azərbaycan münasibətlərinə xələl gətirmək istəyirlər - AÇIQLAMA
Pensiya əlavəsinin məbləği vəzifəyə görə dəyişəcək
Məktəbli forması vacibdir: Məktəbdə hər kəs vahid qaydaya əməl etməlidir!
AQEM-də Azərbaycanın sədrliyinə etimad yüksəkdir