Həbsxanadakı dostunun 15 yaşlı qızına təcavüz etdi
İzmirdə 49 yaşlı kişi həbsxanadakı dostunun 15 yaşlı qızını zorla maşınına mindirərək, kimsəsiz yerə apararaq cinsi istismar edib. Şübhəli şəxs tutularaq həbsxanaya göndərilib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə ötən cümə günü saat 04.30 radələrində Konak rayonunun Ege məhəlləsində baş verib. İddialara görə, S.K adlı qız nənəsinin evində olarkən siqnal səsi eşidib və evin qapısına çıxıb. Qapıya gəlib siqnal verən şəxsin atasının dostu Y.A.B. (49) olduğunu görüb. Bu zaman Y.A.B kiçik qızdan maşına minməsini istəyib. Kiçik qız maşına minməkdən imtina etdikdə, S.K-nı zorla maşına mindirərək tənha yerə qaçırıb. Orada balaca qıza ölüm hədələri gəlib, onu döyüb və cinsi istismara məruz qoyub. Daha sonra Y.A.B kiçik qızı orada qoyub uzaqlaşıb. Yarıçılpaq vəziyyətdə olan kiçik qız əvvəlcə yaxınlıqdakı özəl xəstəxanaya gedərək kömək istəyib. Xəstəxananın mühafizəsi ona kömək etməyəndə nənəsinin evinə gedərək vəziyyəti gördüyü mülki geyimli polisə danışıb. Gənc qızın şikayəti nəticəsində polis əməkdaşları Y.A.B -nı tutub.
Kiçik qız polis bölməsindəki ifadəsində "1 il Manisa Salihlidə bibimin yanında qalırdım. İzmirə nənəmi ziyarət etməyə gəlmişəm. Gəldiyimizdən 12 saat belə keçməyib. Dostlarımla məhəlləyə çıxdım, sonra nənəmin evinə getdim. Gecə saat 04.30 radələri idi. Nənəmin qapısından siqnal səsləndi. Baxdım ki, kimdi, gördüm qapıya gələn köhnə qonşumuzdur. "Nə olub ?" deyə soruşanda, "Gəl, sənə bir şey deyim" dedi. Atam həbsdə olduğu üçün atamdan xəbər eşitdiyini düşünərək ona yaxınlaşdım. Bu dəfə "maşına gəl, min" dedi. Mən də minmək istəmirdim. Məni zorla maşına mindirəndə qışqırdım. 14 yaşlı bacım və nənəm səsimi eşidib bayıra çıxdılar. Qapıya gələn şəxs spirtli içki və narkotik qəbul edib. Sürətlə sürdü və qapıları bağladı. Yolda mənə dedi: "Sakit ol, səni incitməyəcəyəm". "Qorxma, indi səni evə qoyub gedirəm" dedi. Daha sonra maşını çox sürətlə sürüb heç kimin olmadığı dağlıq, təpəlik yerə getdi. Orada məni cinsi istismara məruz qoydu. Mən özümü qorumaq istəyəndə məni döydü. Məni öldürməklə hədələdi. Məni təhqir etdi. Mənə "Pulum olmadığına görə mənimlə yatmırsan?" dedi və məni döydü. "Eləmə, sən bizim qonşumuzsan, sən mənim atamın dostusan, sənin himayəndə böyümüşəm, qızınla yaşıdam" desəm də, məni cinsi istismar etdi".
Balaca qız ifadəsinə belə davam edib: "Məni orada yarıçılpaq qoyub maşınla qaçdı. Mən öz gücümlə yarıçılpaq, ayaqyalın nənəmin evinə gəldim. Yaxınlıqdakı özəl xəstəxananın mühafizəsindən kömək istədim. Mənə kömək etmədi. Nənəmin evinin yaxınlığında mülki geyimli polislər var idi. Onlar nənəmlə mənə kömək etdilər və təcili yardım çağırdılar. Sonra da şikayət etdim".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda məktəblərlə bağlı YENİ QAYDA - MƏCBURİ OLA BİLƏR
Azərbaycanda 4 gün ardıcıl iş olmayacaq
Azərbaycanlı aparacı İran və Türkiyəyə səsləndi
Bakıda 30-a yaxın bina söküləcək: Sakinlərə nə qədər pul veriləcək?
Azərbaycanda yeni qanun qəbul ediləcək
Zəhərli hörümçək udan körpə qız komaya düşdü
AQTA qənd məhsullarında uyğunsuzluq aşkarladı: İstehlakçılar necə seçim etməlidir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Əli Həsənova yeni vəzifə verilir
Tələbələr dərs saatlarını özləri seçə biləcəklərmi? Azərbaycanda yeni sistem tətbiq oluna bilər - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Sevinc Hüseynova böhtan və təhqirə görə məhkum edildi - Səidə Bəkirqızı məhkəməni uddu
Bərdə xəstəxanasında DƏHŞƏTLİ OLAY: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, polis hərəkətə keçdi - YENİLƏNİB
Türkiyə-Azərbaycan münasibətlərinə xələl gətirmək istəyirlər - AÇIQLAMA
Pensiya əlavəsinin məbləği vəzifəyə görə dəyişəcək
Məktəbli forması vacibdir: Məktəbdə hər kəs vahid qaydaya əməl etməlidir!
AQEM-də Azərbaycanın sədrliyinə etimad yüksəkdir