Bakıda qadınları qorxu içində saxlayan manyak həbs edildi
Bu günlərdə Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsinin ərazisində seksual manyakın olması ilə bağlı sakinlər arasında məlumat yayılıb.
"Qafqazinfo" xəbər verir ki, ərazi üzrə Sabunçu RPİ-nin 14-cü Polis Şöbəsinə müraciət edən qadınlar tanımadıqları şəxsin onları izlədiyini, ictimai yerdə qeyri-adekvat hərəkətlər etdiyini bildirib.
Həyata keçirilən tədbirlərlə əməli törədən Maştağa qəsəbəsinin Ləhic bağları yaşayış massivinin sakini 1996-cı il təvəllüdlü Orxan Babayev (ad-soyad şərtidir) saxlanılıb. O saxlanılarkən polisə müqavimət göstərib.
Barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci (Xırda xuliqanlıq və polisin qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokol tərtib edilən gənc oğlan avqustun 8-i Sabunçu Rayon Məhkəməsinə çıxarılıb. Protokola hakim Samirə Məmmədli tərəfindən baxılıb.
Şahid kimi ifadə verən qızlar Orxandan şikayətçi olduqlarını bildiriblər.
N.Hüseynova adlı şikayətçinin sözlərinə görə, Orxan onu israrla təqib edib: "Kollecə gedərkən bu oğlanın gözünü məndən çəkmədiyini, telefonla danışaraq keçdiyini gördüm. Daha sonra axşam evə qayıdanda da onu "İnsaf" marketin qarşısında telefon qulağında gördüm. Həmin şəxs avtobusla elektrik yerinin arasında üzü yola tərəf yarıçılpaq vəziyyətdə dayanmışdı. Mən çox qorxmuşdum, bu barədə evə gedərkən əmimgilə dedim. Onlar marketin kameralarından görüntüləri əldə edərək dərhal bu barədə polisə məlumat verdilər".
Digər şikayətçi Ə.Vəliyeva yaşadığı qəsəbədə seksual manyakın peyda olması barədə əvvəlcədən eşitdiyini deyib: "Hadisə günü maşından düşüb evə gedərkən bir nəfər oğlanın döngənin üzərində olan boş yarımtikiliyə keçdiyini gördüm. Təxminən 2-3 həftə əvvəl məhlədə manyakın peyda olduğunu eşitmişdim. Ona görə ehtiyatlı davranaraq əlimə yerdən daş götürdüm. Həmin obyektin qarşısından keçəndə bu oğlanın çılpaq vəziyyətdə dayandığını gördüm. Evə necə getdiyimi heç özüm də bilmədim. Anama telefonla zəng edərək olduğum yeri dedim ki, başıma nəsə gəlsə, harada olduğumu bilsinlər".
Orxan Babayev isə ifadəsində özünü müdafiə edib. O bu hərəkətləri böyrəyində problem olduğu üçün etdiyini söyləyib.
Sabunçu Rayon Məhkəməsinin 8 avqust tarixli qərarı ilə Orxana 1 ay inzibati həbs cəzası verilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 758 Tarix: 13 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Leylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat
Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor
3 noyabrAğır qəzada həlak olan hərbçimiz yeni ata olubmuş - Detallar
Şəki rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan hərbçimizin yaxın vaxtlarda ata olduğu məlum olub. Ölkə.az-a istinadən xəbər verir ki, 24 yaşlı Səbuhi Ağazadə bir il əvvəl ailə qurubmuş. Onun ilk övladı isə bu yaxınlarda dünyaya gəlib. Məlumata görə, ailə əslən Laçın rayonunu
3 noyabrSabah leysan olacaq, qar yağacaq
Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr
4 noyabrADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb
Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib
3 noyabrİrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq
İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand
3 noyabrƏhalinin gəlirləri 4 ildə bu qədər - Artacaq
Əhalinin növbəti ildə gəlirlərinin artım tempi 3.5 faiz artacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanu
4 noyabrAzərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu
Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar
3 noyabr