Rekord işsizlik səviyyəsi, COVID-19, Qəzza - ABŞ prezidentini kim seçəcək?

Rekord işsizlik səviyyəsi, COVID-19, Qəzza - ABŞ prezidentini kim seçəcək?Amerika Birləşmiş Ştatlarının sabiq prezidenti Donald Tramp 2017-ci ildə yüksək vədlərlə hakimiyyətə gələndən cəmi iki il sonra COVID-19 pandemiyasının ölkə iqtisadiyyatına vurduğu təsirlər Demokratlar Partiyasının hakimiyyətə gəlməsində əsas rol oynayan amillərdən biri oldu. Düzdür, pandemiya Trampla əlaqəli deyildi, lakin Demokratlar Respublikaçıların bəşəri problemin öhdəsindən gəlməkdə aciz olduğunu əsas gətirərək mühüm avantaj əldə etdilər və 2021-ci ildə onların nümayəndəsi Cozef Bayden hakimiyyətə gəldi.

Lakin Baydenin hakimiyyəti dövründə Demokratlar da özlərini doğrultmadılar və xüsusən də onların Respublikaçılara yönələn iqtisadi geriləmə ilə bağlı ittihamları əks-effekt verdi. Çünki son statistikaya görə, Baydenin dörd illik prezidentliyi dövründə ABŞ-də işsizliyin səviyyəsi dörd faizdən yüksək göstərilir. Bu, 2021-ci ilin oktyabrından bəri ən yüksək göstəricidir. Birləşmiş Ştatların Əmək Statistikası Bürosunun hesabatına görə, bu dövrdə ABŞ 114 000 yeni iş yeri əlavə edib. Bu, 2020-ci ilin dekabrından bəri ən aşağı səviyyədir. Bir sözlə, Demokratlar dövründə ABŞ-də işsizlik yüksələn xətlə özünü nümayiş etdirib. Amerikalı analitiklər də bildirirlər ki, işsizlik nisbətinin artması nəinki işləmək istəyən insanların iş tapa bilməməsinə gətirib çıxarıb, hətta əmək fəaliyyəti ilə məşğul olan insanların da işini itirməsinə səbəb olub.

Mövzunu Oxu.Az-a dəyərləndirən siyasi şərhçi Elmir Səftərovun sözlərinə görə, COVID-19 pandemiyası dünya iqtisadiyyatına ciddi zərərlər vurdu və bu da qlobal iqtisadi böhranla nəticələndi:

"Əvvəlki bir çox böhranlardan fərqli olaraq, pandemiya böyük dövlətlərdə də ciddi iqtisadi-siyasi narazılıqlarla qarşılandı. Hətta ölkədaxili seçkilərdə hakimiyyətdə olan liderin əleyhinə təbliğat üçün ciddi rıçaqlar da yaratdı. Bu baxımdan, bu ilin noyabrında ABŞ-də keçiriləcək prezident seçkisi diqqətləri daha çox cəlb edir və orada cərəyan edən iqtisadi böhranın, inflyasiyanın, nəticədə isə yaranan işsizliyin prezidentin kimliyinin müəyyən edilməsinə nə dərəcədə təsir edib-etməyəcəyi mühüm rol oynaya bilər.

Böyük dəstəkçiləri olan Demokratlar və Respublikaçılar partiyalarının namizədləri Donald Tramp və Kamala Harris sosial rifahı daha da yaxşılaşdıracaqları ilə bağlı bacarıqlarının olmasına insanları inandırmağa çalışırlar. Bu baxımdan da həm Respublikaçılar, həm də Demokratlar hakimiyyətdə olduqları müddətdə iqtisadiyyatın müəyyən sahələrində güclü performanslara işarə edirlər".

İcmalçının sözlərinə görə, maraqlı bir məqam isə pandemiyanın tüğyan etdiyi 2020-ci ili nəzərə almasaq, Cozef Baydenin dövründə ABŞ-də illik artım tempinin Donald Trampın hakimiyyəti illərindən daha yaxşı qiymətləndirilməsidir.

"Baydenin səlahiyyət müddəti Trampla müqayisədə daha yüksək inflyasiya ilə keçsə də, buna səbəb olan bir çox amillər, məsələn, COVID-19 ilə əlaqədar iqtisadi vəziyyətin nəzarətdən çıxması idi. Fikir versək, görərik ki, Co Bayden prezidentliyə namizədliyini geri götürənə qədər Donald Tramp ciddi üstünlüyə sahib idi və bu getdikcə dərinləşirdi. Lakin Kamala Harris seçki marafonuna qoşulandan sonra hər şey dəyişdi və bu gün o, sabiq prezidenti, aparılan sorğulara əsasən, təqribən 5 faizə yaxın qabaqlayır. Gəlinən nəticə budur ki, amerikalılar seçkidə namizədlərin nüfuzlarına daha çox diqqət yetirirlər. Çünki hakimiyyətə gələcək şəxs dövlətin mövcud siyasi xəttində ciddi dəyişikliklər etməyəcək. Ona görə də onun imici seçicilər arasında daha çox əhəmiyyətə malik olur. Ən azından, namizədlərin çıxışları da bunu deməyə əsas verir", - deyə E.Səftərov vurğulayıb.

Müsahibimizin sözlərinə görə, Birləşmiş Ştatların dövlət siyasətinin müəyyən struktur elementləri var ki, onlar zaman keçdikcə sıradan çıxır:

"Məsələn, amerikalılar yeni tələblərlə çıxış edirlər ki, bu da prezidentliyə namizədlər qarşısında müəyyən öhdəliklər yaradır. Belə ki, ABŞ cəmiyyətində əvvəlkindən daha çox qütbləşmə mövcuddur. Nümunə kimi prezidentlik iddiasında olan namizədlərin Yaxın Şərqdə və Ukraynada müharibələrin dayandırılması ilə bağlı beynəlxalq ictimaiyyətə və daxili auditoriyaya ünvanlanan çıxışlarını və bundan fərqli maraqlar güddüklərini götərmək olar. Çünki Qəzzada 40 minə yaxın mülki şəxsin öldürülməsi fonunda ABŞ-nin İsrailə verdiyi güclü dəstəyə görə artan qəzəb bir çox ərəbəsilli vətəndaşları və müsəlman seçiciləri seçkidən uzaq durmağa sövq edir. Onlar anlayırlar ki, İsrailə verilən dəstək barəsində Respublikaçılar və Demokratlar arasında ciddi fərq yoxdur və bu iki partiyanın namizədlərindən biri prezident seçiləcək. Buna görə də artıq ərəbəsilli və müsəlman amerikalıların Co Bayden administrasiyasına müharibənin dayandırılması ilə bağlı ümidi qalmayıb".

"Donald Trampın isə 2018-ci ildə Qüdsü İsrailin paytaxtı kimi tanıdığı məlumdur. Son iclaslarında Kamala Harrisin etirazlardan sonra "Qəzzada savaşın dayandırılması üçün gecə-gündüz çalışırıq" sözləri, rəqibi Donald Trampın isə "Yaxın Şərqə sülh gətirəcəyik və İsraili ciddi şəkildə dəstəkləyəcəyik" ifadələri bir-birinə zidd anlayışlardır. Bu da ABŞ-də müəyyən qrup vətəndaşı bu iki şəxsdən birini seçməkdə çıxılmaz vəziyyətə salır", - deyə Səftərov fikrini yekunlaşdırıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 917   Tarix: 13 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Leylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor

3 noyabr
.

Ağır qəzada həlak olan hərbçimiz yeni ata olubmuş - Detallar

Şəki rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan hərbçimizin yaxın vaxtlarda ata olduğu məlum olub. Ölkə.az-a istinadən xəbər verir ki, 24 yaşlı Səbuhi Ağazadə bir il əvvəl ailə qurubmuş. Onun ilk övladı isə bu yaxınlarda dünyaya gəlib. Məlumata görə, ailə əslən Laçın rayonunu

3 noyabr
.

Saxta sənədlərlə mənzil satışı: Alıcı özünü dələduzluqdan necə qoruya bilər? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Daşınmaz əmlak bazarında alqı-satqı zamanı alıcıların qarşılaşdığı ən ciddi risklərdən biri saxta sənədlərlə satış və dələduzluq hallarının baş verməsidir. Bəzən vətəndaşlar illərlə topladıqları vəsaiti mənzil və ya torpaq sahəsi almağa sərf etsələr də, sonradan əmlakın başqa şəxsə məxsus olduğunu, sənədləri

3 noyabr
.

Paytaxtda Zəfər Gününə həsr edilən minifutbol yarışları başa çatdı - Fotolar

Bakı Şəhər İcra Hakimiyyəti, "Regional İnkişaf" İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış şanlı qələbənin 6-cı ildönümünə həsr olunan, Bakı şəhər rayonlarını əhatə edən abad məhəllələrarası "Zəfərlə irəli" minifutbo

4 noyabr
.

Sabah leysan olacaq, qar yağacaq

Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr

4 noyabr
.

ADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb

Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib

3 noyabr
.

İrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq

İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand

3 noyabr
.

Əhalinin gəlirləri 4 ildə bu qədər - Artacaq

Əhalinin növbəti ildə gəlirlərinin artım tempi 3.5 faiz artacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanu

4 noyabr
.

Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar

3 noyabr