Azərbaycanda ehsan QADAĞASI - Bundan sonra...

Azərbaycanda ehsan QADAĞASI - Bundan sonra...Göygöl rayonunda və Gəncədə eyni gündə keçirilən yas mərasimlərində kütləvi zəhərlənmə ehsan qadağası mövzusunu yenidən gündəmə gətirib. Gəncədə kütləvi zəhərlənmənin olduğu yas mərasiminin sahibi deyib ki, dəfndən sonra ehsan verilib. Süfrədə bozartma, çörək, yuxa, pomidor, xiyar, göyərti, halva və digər qidalar olub.

Məlum olduğu kimi, hələ 2014-cü ildə Azərbaycanda israfçılığın qarşısını almaq məqsədilə dövlət hüzr mərasimlərində ehsan verilməsini xüsusi nəzarətə götürdü. Yeni təşəbbüs cəmiyyətin müxtəlif təbəqələri tərəfindən də dəstəklənirdi və rayon icra hakimiyyətlərində hüzrdə ancaq çay, halva və xurma verilməsinə nəzarət etmək üçün xüsusi komissiyalar belə yaradılmışdı.

Bu addım müəyyən nəticələr versə də, tezliklə hüzr yerləri ilə bağlı bir sıra narazılıqlara yol açdı. İddia olunurdu ki, ölkədə yas məclislərinin keçirilməsi qaydalarına dəyişiklik etməsi Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin ciddi narazılığına səbəb olub və bu baxımdan qərarın bugünədək də icrasız qalmasında Şeyxi də günahlandıranlar var. Doğrudur, QMİ bir neçə dəfə yaslarda israfçılığa yol verilməməsi barədə çağırış etsə də, hazırda Bakıda QMİ-nin nəzarətində olan əksər məscidlərdəki mərasim evlərində bir çox hallarda hətta dəbdəbəli ehsan süfrələri açılmaqda davam edir.

İlahiyyat üzrə fəlsəfə doktoru, Milli Məclisin VI çağırış deputatı Ceyhun Məmmədov mövzu ilə bağlı "Yeni Müsavat"a fikirlərini deyib: "Təəssüflə qeyd etmək lazımdır ki, bu məsələ ilə bağlı dəfələrlə çağırış edilsə də, heç bir dönüş yoxdur. Mən də parlamentdə, mediada bununla bağlı çağırışlar etmişəm. Təəssüf ki, yas məclislərinin təşkili böyük bir biznesə çevrilib.

Bu gün Azərbaycanda yasda olan israfçılığın dinlə əlaqəsi yoxdur. Dinimizə görə vəfat edən şəxsin ailəsində başsağlığına gələnlər üçün yemək bişirmək və ehsan vermək kimi öhdəliklər yoxdur. Əksinə, Məhəmməd Peyğəmbərin (s.a.v) hədisi var ki, vəfat edən şəxsin qonşuları və qohumları yas evinə yemək gətirməlidir. Daha da aydınlaşdırsaq, ailə dərin acı içindədir, lakın ehsan hazırlığı səbəbindən acısını yaşaya bilmir. Ehsan vermək üçün məkan, azuqə və digər ehtiyaclar arxasınca qaçır, təlaş yaşayır. Bu cür qayğılara görə biz öz əzizlərimizi son mənzilə necə yola salırıq, onu da bilmirik. Əslində hamı bu ehsan prosesindən narazıdır. İnsanlar banklardan kredit, borc, hətta sələmə pul götürürlər ki, yas məclisini yola versinlər. Etməzlərsə, insanlar tənəyə başlayırlar ki, "filankəs ölüsünə hörmətsiz yanaşdı, ölüsünə qiymət vermədi". Fikrimcə, bu məsələ ilə bağlı normativ aktlar da qəbul etməliyik. Hətta qanun səviyyəsində məsələ qaldıra bilərik. Bəzən deyirlər ki, bu, ictimai məsələdir, ona görə qanunlarla qadağa qəbuledilməzdir. Amma düşünürəm ki, hər birimiz yas-toylardakı israfçılıqdan bezmişik. Bəzən bir yas 30 min, 50 minə başa gəlir. Bir toy isə 500 minə başa gəlir. Nə də toylarda insanlar otura bilir, musiqi qulağı batırır. Bəzən eyni yeməklər toylarda təqdim olunur. Yaslarda da biz eyni problemi görürük, insanlar əziyyət çəkirlər. Süfrədə 3-4 cür yeməyə, şirniyyata nə ehtiyac var? Orta Asiya respublikaları, məsələn, Tacikistanda bununla bağlı müəyyən normalar müəyyənləşib. Bizdə də bu qaydalar olmalıdır. İnsanlar könüllü şəkildə bunu etmədiyi üçün inzibati resurslardan istifadəyə ehtiyac var. Fikrimcə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də bu işdə fəal olmalıdır. QMİ də bu təbliğatın önündə getməlidir. Yas məclislərinə uzaqdan gələnlərə çay süfrəsi verilə bilər, nəzərə alına bilər. Amma iki min nəfərə süfrə açmaq yolverilməzdir".

Dini sahə üzrə mütəxəssis, araşdırmaçı jurnalist Rəsul Mirhəşimli mövzu ilə bağlı "Yeni Müsavat"a dedi ki, Azərbaycanda yas mərasimlərinin keçirilməsi ilə bağlı müasir mənzərə nə bu xalqın tarixi ənənələri, nə İslam dininin qaydaları ilə uyğun gəlir: "Dünyasını dəyişmiş insanların yaxınları yas mərasimləri zamanı bilmir ki, öz əzizlərinin itkisinə yansın, yoxsa qonaqların yemək məclisinin dərdini çəksin. Onun üçün bu mərasimə yemək məclisi deyirəm ki, bu mərasimin dini qayda ilə heç bir əlaqəsi yoxdur. Bizim ölkədə qeyd edilən yeddi, qırx, hətta bəzi hallarda əlli iki mərasiminin də İslam dini ilə heç bir bağlılığı yoxdur. Bu ənənə başqa dinlərin nümayəndələrindən öyrənilmiş, yanlış olaraq da bizim ölkənin əhalisi arasında geniş yayılmış yanlış adətdir. İslam dini israfı ən bəyənilməyən əməllərdən biri sayır. Hətta Qurani-Kərimdə israf edənlər "şeytanla qardaş" adlandırılır. Bu qədər açıq və dəqiq bəyandan sonra yas mərasimlərindəki israf hallarını İslam dini ilə bağlamaq mümkündürmü?

İslam peyğəmbəri Hz.Məhəmməd (s) bir hədisində buyurur: "Dünyasını dəyişmiş insanın yaxınlarını üç gün ziyarət edin". Bu da mərhumun yaxınlarına təsəlli vermək, dərdinə şərik olmaq anlamını ifadə edir. Təəssüf ki, bizdə dinimizin bütün buyruqlarının əksinə yas mərasimləri banket tədbirlərinə dönüb.

Dinimiz bir yandan da hansısa əmələ görə kollektiv məsuliyyəti deyil, fərdi məsuliyyəti əsas götürür. Çünki Allah qatında hər kəs öz əməlinə görə mükafatlandırılır, yaxud ona cəza verilir. Bu baxımdan da yas mərasimlərində normal qaydalara əməl etməyi hər kəs özündən başlamalıdır. Təbii ki, mərasim evləri, ərzağın bu yerlərə topdansatışı bu işin biznesini quranlar üçün sərfəli vasitədir. Lakin kimsə ehtiyacı olan insanlara həqiqi, dinimizin tövsiyə etdiyi kimi ehsan etsə, yardımlaşsa, bunu qarşısını kim ala bilər?

Qəbiristanlıqlara nəzər salanda bütpərəstlik elementi ilə zəngin olan məzar daşlarını hansı müsəlmanlığa aid etmək olar? İnsanlar fərqində deyil ki, kimlərinsə mərmər biznesinin daha da çiçəklənməsinə yardımçı olurlar. Təəssüf ki, dini təbliğat, israfdan qaçmağı təşviq etməklə bu qədər biabırçılıqları aradan qaldırmaq mümkün olmur. Nə qədər bu vasitənin tətbiqini istəməsəm də, görünür, yas mərasimlərində və toylarda normal qaydalar yaratmağın yolu inzibati metodlarla tənzimləmədən keçir. Əks halda, nəyəsə nail ola bilməyəcəyik".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3026   Tarix: 14 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Astarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı

Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru

4 noyabr
.

Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH

Azərbaycanda inzibati xətalara görə cərimələrin tətbiqi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Bununla belə, bəzi hallarda şəxsin yaşı, hüquqi statusu, təqsirinin olub-olmaması və digər hallar inzibati məsuliyyətə cəlb edilməsinə təsir göstərə bilər. Eyni zamanda, qanuni əsaslarl

3 noyabr
.

Polad Həşimovun anasının səhhətində problem yarandı: Təcili xəstəxanaya yerləşdirildi

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın səhhətində ciddi problemlər yaranıb. -a istinadən xəbər verir ki, bu barədə Milli Qəhrəmanın bacısı Kəmalə Həşimova məlumat verib. O bildirib ki, anası hazırda xəstəxanada müalicə alır:. "Anamın səhhətində yarana

4 noyabr
.

Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA

Bir neçə şəxsin mülkiyyətində olan daşınmaz əmlakın satılması zamanı mülkiyyətçilərin hüquq və razılıq məsələsi tez-tez mübahisələrə səbəb olur. Xüsusilə, paylı və birgə mülkiyyətdə olan ev və ya mənzilin digər sahiblərin razılığı olmadan satışa çıxarılması, yaxud mülkiyyətçilərdən birinin öz payın

4 noyabr
.

"Falçı dedi ki, ağ yox, sarı qızıl verməlisən" - 360 min manatını itirən qadın danışdı

Himayəsində olan 15 yaşlı bacısı oğlu Ü.M-ə işgəncələr verərək xəsarətlər yetirməkdə təqsirləndirilən Günay Novruzova barəsində cinayət işi üzrə məhkəmə iclası keçirilib. -a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namiq Kərimovun sədrliyi ilə keçirilən proses zərərçəkənin ifadəs

4 noyabr
.

Xırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - Video - Yenilənib

Xırdalanda 12 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Uşağın atası bildirib ki, qızı Mələk İmanova noyabrın 2-də saat 19:35 radələrində evdən çıxıb və geri qayıtmayıb. O, polisə müraciət etdiyini də qeyd edib:. "Həyətdə kameralar var

4 noyabr
.

Qonşuya kömək edərkən faciəvi şəkildə öldü

Ucarda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 14 radələrində rayonun Qulabənd kəndində qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü Xankişiyev Elvin Muxtar oğlu qonşusunun evinin həyətyanı sahəsində salınmış xurma bağında sonuncuya kömə

4 noyabr
.

Teatr və konsert müəssisələrinə 51,6 milyon manat ayrılacaq

2027-ci ildə teatr və kino sahələrinin inkişafı, Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliği və mədəniyyət tədbirlərinin təşkili üçün dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılması nəzərdə tutulub. Axşam.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsind

4 noyabr
.

Paytaxtda Zəfər Gününə həsr edilən minifutbol yarışları başa çatdı - Fotolar

Bakı Şəhər İcra Hakimiyyəti, "Regional İnkişaf" İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış şanlı qələbənin 6-cı ildönümünə həsr olunan, Bakı şəhər rayonlarını əhatə edən abad məhəllələrarası "Zəfərlə irəli" minifutbo

4 noyabr