Eldar Quliyev ali məktəbdə ailə podratı qurub – Deputatlığa namizədin universitet gizlinləri

Eldar Quliyev ali məktəbdə ailə podratı qurub – Deputatlığa namizədin universitet gizlinləriMilli Məclisə seçkilər yaxınlaşdıqca, parlamentdə deputatlıq mandatı əldə etmək uğrunda mübarizə daha gərgin mərhəyələ qədər qoyur. Təbliğat-təşviqat kampaniyası başlayan kimi namizədlər seçicilərə üz tutur, onların səslərini qazanmaq üçün açıq rəqabətə girirlər.

İllərdir ki, Milli Məclisdə kreslo sevdasından əl çəkmək niyyətində olmayan bəzi deputatlar, budəfəki seçkilərdə də sözügedən kresloya olan sevdalarını daha israrlı şəkildə sübut edirlər.

Yenicag.az xəbər verir ki, belə namizədlərdən biri, 2000-ci ildən bəri II, III, IV, V və VI çağırış Azərbaycan Milli Məclisinin deputatı olmuş Eldar Allahyar oğlu Quliyevdir. Yaşı 70-i haqlamış bu qocaman deputat bu dəfə də parlament kreslosunda oturmaqda qərarlıdır.

Deputatın adı vaxtilə bir sıra qalmaqallarda da hallanıb. Belə ki, jurnalist Aygün Muradxanlı aidiyyatı dövlət qurumlarını Eldar Quliyevin yol verdiyi qanunsuzluqlarla bağlı başlayan qalmaqal məhkəmə çəkişmələri ilə uzun müddət davam etmişdi.

"Bizim Daxili İşlər Nazirliyinə müraciətimizə qısa zamanda baxıldı və nazir müavini hörmətli Oruc Zalov məsələni yoluna qoydu. Bu haqda Prezident İlham Əliyevə videomüraciətimizdə də ətraflı danışmışdıq.

Qanunları ayaq altına alan və özbaşınalıqları sərhəd tanımayan Eldar Quliyev dövlət orqanlarını öz ambisiyaları üçün istifadə etmək istəyir. Mən Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin, Dövlət Dəmir Yolları QSC-nin rəhbərliyinə səslənirəm – hələ mandatı tanınmamış, haqqından MSK-da və prokurorluqda böyük sayda şikayət olan Eldar Quliyevin Azərbaycan dövlətinin təməlinə vurmaq istədiyi zərbələrdə onun yanında olmayın"- deyə jurnalist bildirib.

Digər tərəfdən, Eldar Quliyevin rəhbərilik etdiyi Azərbaycan Kooperasiya Universitetinin adı vaxtilə rüşvət qalmaqalları ilə bağlı məlumatlar uzun müddət medianın mövzuları sırasında olub.

Mediada gedən yazılardan məlum olurdu ki, universitetin bir tələbəsinin dediklərinə görə, idən-ilə qiymətlər də qalxır. "Müəllimlər isə oxuyan tələbə ilə oxumayan tələbə arasında heç bir fərq qoymur. Məsələn, imtahanın biri üçün 100 manat veririksə, onun 20 manatı sinif nümayəndəsinə qalır. Çox vaxt qaibləri də onun vasitəsilə sildiririk. Tapşırırıq, o da bizə qaib yazdırmır. Qaibin biri 6 manatdır. O isə 4 manata silir", – deyə həmin tələbə qeyd etmişdi.

Digər bir tələbənin dediklərinə görə isə, "3″ almaq istəyən 30, "4″ almaq istəyən 60, "5″ almaq istəyən tələbə isə 100 manat ödəməlidir. İmtahana girməzdən öncə pulumuzu alırlar. Ancaq imtahan başlayandan sonra müəllim deyir ki, mən sizi tanımıram. İmkan olsa, imtahanın sonunda sizə kömək edərəm. Təhsil Nazirliyinin nümayəndələri də imtahan prosesində iştirak etdiyi üçün suallara cavab yazmaq üçün heç bir vasitədən istifadə etməyə qoymurlar. Ona görə də verdiyimiz pulların bir nəticəsi olmur. Ancaq imtahan öncəsi müəllimlər bizi kəsəcəkləri ilə hədələyirlər. Pul verəndə heç olmasa imtahandan keçəcəyimizə 20 faiz inanırıq. Bəzən çoxları pul versələr də kəsilirlər. Müəllimlər imtahandan sonra tələbələrin pulların geri qaytarmır", – deyə tələbə bildirib.

Bir zamanlar aktualinfo.org-da dərc edilən məlumatlarda bildirilir ki, Kooperasiya Universitetində və Kooperasiya Kollecində deputat Eldar Quliyevin və onun qardaşı qızı Fatimə Quliyeva rüşvətxorluqla məşğuldurlar. Onlar hər semestr əlaltıları vasitəsi ilə tələbələrdən külli miqdarda pul yığırlar. Universitetdə əyani şöbədə oxuyan hər tələbədən bir imtahana 100-150 manat, qiyabi şöbədə adı gedən tələbələrdən isə 300 və daha çox rüşvət alnır. Kollecin əyanı şöbəsində təhsil alan hər tələbədən isə bir imtahan 50 manat olmaqla, 400-500 manat, qiyabi şöbədə isə hər tələbədən bir imtahan 70 man olmaqla, 700 man qədər pul yığılır. Sayta verilən məlumatlara görə, burada özləri şərait yaradırlar ki, tələbələr dərslərə gəlməsinlər.

Məlumatlarda Eldar Quliyevin və qardaşı qızının hansı müəllimdən xoşları gəlmirsə, min cür şər atıb o müəllimi işdən çıxarıldığı da bildirilir. Bütün fənnlər üzrə hər müəllimə ildə iki dəfə imtahan keçirilir.(pul və hədiyyə almaq üçün) Kim əvvəlcədən onları görürsə, deməli bir il kef edəcəksən. İstəyirsən gir sinifdə telefonla oyun oyna, heç kəs heç nə deməyəcək. Vay onda ki, müəllim dərs keçə, uşaqlara nəsə öyrədə, deməli o müəllim pisdir. İlin ən pis müəllimi adını alır.

Qeyd olunur ki,Eldar Quiyev bir rektor kimi nə müəllimi nə də tələbəni qəbul etmir. Kollecdə isə vəziyyət lap acınacağlıdır. Katibə xanım müəllimənin əlinə baxır. Əgər əlində hədiyyə varsa, deməli sən çaldın. Sənin üçün yaşıl işiqdir. Qəbul edəcəklər, başlarında gəzdirəcəklər. Vay o gündən ki, əliboş gələsən. Sənə elə sözlər deyəcəklər ki, anadan əmdiyin süd burnundan gələcək.

Məlumatlarda rəhbərlik ilə müəllimlər arasında görüş ancaq şəxsi münasibətlər zəminində baş tutduğu bildirilir. Qeyd edilir ki, barrikada Universitetdə və Kollecdə çox gözəl qurulub. Tankla, zirehli maşınlarla ora keçmək mümkün deyil. Eldar Quliyev rektor, qızı Aygün Quliyeva – prorektor, qardaşı qızı Fatimə Quliyeva – kollecin direktoru, Fatimə Quliyevanın xalası qızı Gunay və katibəsi Həmidə öz yaxın qohumlarıdır.

Məlumatlarda çox müəllimlərin ixtisası üzrə işləmədikləri və diplomlarının olmadığı barədə də siqnallar verilir və qeyd edilir ki, Ukraynada həkimliyi bitirib gəlmiş müəllimə ingilis dilindən dərs deyir. Maştağadan öz qohumlarını müəllim adı ilə gətiriblər, kurs açıblar və hər müəllimdən hər ay 30 azn pul yığılır. Ştatda olmayan müəllimlərə (saat hesabı) 1000-1200 saat dərs verilib, lakin 250 saat dərs verilməlidir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1396   Tarix: 14 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Astarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı

Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru

4 noyabr
.

Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH

Azərbaycanda inzibati xətalara görə cərimələrin tətbiqi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Bununla belə, bəzi hallarda şəxsin yaşı, hüquqi statusu, təqsirinin olub-olmaması və digər hallar inzibati məsuliyyətə cəlb edilməsinə təsir göstərə bilər. Eyni zamanda, qanuni əsaslarl

3 noyabr
.

Polad Həşimovun anasının səhhətində problem yarandı: Təcili xəstəxanaya yerləşdirildi

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın səhhətində ciddi problemlər yaranıb. -a istinadən xəbər verir ki, bu barədə Milli Qəhrəmanın bacısı Kəmalə Həşimova məlumat verib. O bildirib ki, anası hazırda xəstəxanada müalicə alır:. "Anamın səhhətində yarana

4 noyabr
.

Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA

Bir neçə şəxsin mülkiyyətində olan daşınmaz əmlakın satılması zamanı mülkiyyətçilərin hüquq və razılıq məsələsi tez-tez mübahisələrə səbəb olur. Xüsusilə, paylı və birgə mülkiyyətdə olan ev və ya mənzilin digər sahiblərin razılığı olmadan satışa çıxarılması, yaxud mülkiyyətçilərdən birinin öz payın

4 noyabr
.

"Falçı dedi ki, ağ yox, sarı qızıl verməlisən" - 360 min manatını itirən qadın danışdı

Himayəsində olan 15 yaşlı bacısı oğlu Ü.M-ə işgəncələr verərək xəsarətlər yetirməkdə təqsirləndirilən Günay Novruzova barəsində cinayət işi üzrə məhkəmə iclası keçirilib. -a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namiq Kərimovun sədrliyi ilə keçirilən proses zərərçəkənin ifadəs

4 noyabr
.

Xırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - Video - Yenilənib

Xırdalanda 12 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Uşağın atası bildirib ki, qızı Mələk İmanova noyabrın 2-də saat 19:35 radələrində evdən çıxıb və geri qayıtmayıb. O, polisə müraciət etdiyini də qeyd edib:. "Həyətdə kameralar var

4 noyabr
.

Qonşuya kömək edərkən faciəvi şəkildə öldü

Ucarda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 14 radələrində rayonun Qulabənd kəndində qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü Xankişiyev Elvin Muxtar oğlu qonşusunun evinin həyətyanı sahəsində salınmış xurma bağında sonuncuya kömə

4 noyabr
.

Teatr və konsert müəssisələrinə 51,6 milyon manat ayrılacaq

2027-ci ildə teatr və kino sahələrinin inkişafı, Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliği və mədəniyyət tədbirlərinin təşkili üçün dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılması nəzərdə tutulub. Axşam.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsind

4 noyabr
.

Paytaxtda Zəfər Gününə həsr edilən minifutbol yarışları başa çatdı - Fotolar

Bakı Şəhər İcra Hakimiyyəti, "Regional İnkişaf" İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış şanlı qələbənin 6-cı ildönümünə həsr olunan, Bakı şəhər rayonlarını əhatə edən abad məhəllələrarası "Zəfərlə irəli" minifutbo

4 noyabr