İcra başçısı deputatlığa necə namizəd oldu? – Asif Əsgərovun haqqında bitməyən QALMAQALLAR

İcra başçısı deputatlığa necə namizəd oldu? – Asif Əsgərovun haqqında bitməyən QALMAQALLARMilli Məclisə seçkilərin keçirilməsi yaxınlışdıqca, deputat mandatlığının şirinliyin dadmaq istəyən şəxslərin sayı da getdikcə çoxalır.

Sözsüz ki, belə şəxslər, adətən, qazanacaqları təqdirdə, 5 illik parlamentarilik dönəmində seçildiyi dairədə yaşayan insanların yox, əksinə, öz mal-dövlətinin arıtrılmasının qeydinə qalmağı özləri üçün prioritet hesab edirlər.

Yenicag.az-ın parlament seçkiləri ilə bağlı başlatdığı qalmaqallı şəxslərlə bağlı bugünkü rubrikasının "qonağı" da isə 112 saylı Zaqatala seçki dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) sıralarından namizədliyi irəli sürülən, Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərovdur.

15 fevral 2006-25 iyun 2009-ci illərdə Zaqatala rayonuna, 25 iyun 2009–2 sentyabr 2015-ci illərdə isə paytaxtın Səbail rayonuna rəhbərlik etmiş A. Əsgərovun fəaliyyətinə nəzər saldıqda onunla bağlı heç də yaxşı nüanslarla rastlaşmadıq.

18 ildir icra başçısı kreslosunu buraxmaq istəyən Asif Əsgərov, yəqin ki, ona hakim partiyada etimadın azalmasını görərək, bu dəfə də bəxtini Milli Məclisə 1 sentyabrda keçiriləcək növbədənkənar seçkilərdə namizəd olmaqda sınamaq niyyətinə düşüb.

Qeyd olunur ki, əgər A. Əsgərov parlamentə yol tapa bilsə, Nəsimi rayonuna 6-cı çağırış Milli Məclisin deputatı olan məşhur isimlərdən birinin başçı təyin ediləcəyi gözlənilir.

Maraqlısı budur ki, Bakının ən iri rayonlarından olan Nəsimi rayonunun icra başçısı Asif Əsgərov adı da digər icra başçısı həmkarları kimi vaxtaşırı olaraq müxtəlif qalmaqallarla gündəmə gəlib.

Qısa araşdırmadan məlum olur ki, cənab Əsgərov 2021-ci ildə o, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) sabiq Aparat rəhbərinin işi üzrə məhkəmədə şahid kimi dindirilmiş və Nəsimi rayonunda aparılan qanunsuz tikinti haqda "məlumatsız olduğunu" bildirmişdi.

Bundan öncə isə stajlı icra başçısı oğlunun avtoqəza törətməsi və ölümə səbəb olması ilə gündəmə gəlmişdi. Onun oğlu ilə bağlı saytların birində gedən yazını oxucularımıza təqdim edirik:

"2014-cü il sentyabrın 27-də Asif Əsgərovun oğlu İlham Əsgərlinin idarə etdiyi "Mercedes" markalı avtomobil Ə. Qəhrəmanovun idarə etdiyi "Howo" markalı yük maşını ilə toqquşmuşdu. Qəza nəticəsində "Mercedes" markalı avtomobildə olan Sənan Mirzəyev isə dünyasını dəyişmişdi. S. Mirzəyev "McDonald’s"ın Bakı nümayəndəliyinin rəhbəri Maqsud Mirzəyevin oğlu idi.

İstintaq müddətində azadlıqda qalan İlham Əsgərli 2015-ci ilin mayında məhkəmə zalında həbs edilmiş, ona 5 il 6 ay həbs cəzası verilmişdi. Ancaq qısa müddətdən sonra İlham Əsgərli "səhhəti ilə bağlı" azadlığa çıxmışdı.

İ. Əsgərlinin qısa müddətdə həbsdən çıxması həmin vaxt qarşı tərəfin etirazı və narazılığı ilə qarşılanmışdı", – deyə məlumatda qeyd olunub.

Hətta iddialardan biri də budur ki, cənab Əsgərov oğlunu həbsdən qurtarmaq üçün altına yığdığı 1 milyon AZN-i onun yolunda qurban edib.

Lakin buna baxmayaraq, Asif Əsgərov təkcə oğlunun törətdiyi avtoqəza ilə gündəmə gəlməyib. İcra başçısının adı rəhbər olduğu rayonlarda yaşıllıqların məhv edilməsi, ağacların qırılması ilə də bağlı hallandırılıb, hətta başçını "yaşıl soyqrım"da ittiham ediblər.

Onun bu "məharəti" ilə bağlı isə yazılanları olduğu kimi təqdim edirik:

"İcra başçısı yaşıllıqları məhv edərək yerini bina tikənlərə, qaraj sahiblərinə satırdı. Dəfələrlə sakinlər bu ağac qırğınına etiraz etsələr də icra başçısı etirazlara məhəl qoymurdu.

Ümumiyyətlə, icra başçısı Asif Əsgərovun ən biabırçı, rəzalət dolu fəaliyyəti professorla olan yüz minlik rüşvət qalmaqalıdır. Bəli, söhbət Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, professor Rafiq Əliyevlə icra başçısı Asif Əsgərov arasındakı 300 min rüşvətdən gedir. Məlumat üçün qeyd edək ki, bütün sənədləri qaydada olan Rafiq Əliyevin Nəsimi rayonu ərazisində apardığı tikintinin hasarlarını icra başçısı sökdürmüşdü. Daha doğrusu, Asif Əsgərov 20 nəfər cüdoçu-qoçunu əraziyə göndərmişdi. Sabiq komitə sədri isə mətbuata müsahibə verərək açıq şəkildə bəyan etdi ki, icra başçısı ondan 300 min manat rüşvət istəyir. Bu hadisə başqa bir ölkədə olsaydı, icra başçısını dərhal həbs edərdilər.

Onu da qeyd edək ki, söhbət 1 sot torpaqdan gedir. İndi hesablayın görün Asif Əsgərov Nəsimi rayonu ərazisində minlərlə sot torpaq satıb nə qədər qazanıb…

Bunlar Asif Əsgərovun əməllərindən bircə "damcı"dır. Asif Əsgərovun əməlləri barədə deputat Adil Əliyev də bir müddət əvvəl açıqlama vermişdi. Açıq şəkildə demişdi ki, rayon ərazisində obyektə qapı açmaq üçün icra başçısı 10 minlərlə rüşvət istəyir.

Gələk, məsələnin əsas tərəfinə. 18 illik icra başçılığı fəaliyyəti dövründə yaşadığı əraziyə bir qara qəpik də verməyən cənab Əsgərovun deputat olmaq ehtirası nədən qaynaqlanır? YAP-ın sıralarından Zaqataladan deputat seçilmək istəyən A.Əsgərov 3 il rəhbərlik etdiyi Zaqatalanın niyə yenidən günün qaraltmaq istəyir? Axı bu xalq Asif müəllim kimi icra başçılarının fəaliyyətindən nə görüb ki, indi də gedib ona səs versinlər? Suallarımız çoxdur.

Yəqin ki, Asif müəllim bu suallara normal cavab tapa bilər…


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 757   Tarix: 14 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Astarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı

Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru

4 noyabr
.

Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH

Azərbaycanda inzibati xətalara görə cərimələrin tətbiqi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Bununla belə, bəzi hallarda şəxsin yaşı, hüquqi statusu, təqsirinin olub-olmaması və digər hallar inzibati məsuliyyətə cəlb edilməsinə təsir göstərə bilər. Eyni zamanda, qanuni əsaslarl

3 noyabr
.

Polad Həşimovun anasının səhhətində problem yarandı: Təcili xəstəxanaya yerləşdirildi

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın səhhətində ciddi problemlər yaranıb. -a istinadən xəbər verir ki, bu barədə Milli Qəhrəmanın bacısı Kəmalə Həşimova məlumat verib. O bildirib ki, anası hazırda xəstəxanada müalicə alır:. "Anamın səhhətində yarana

4 noyabr
.

Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA

Bir neçə şəxsin mülkiyyətində olan daşınmaz əmlakın satılması zamanı mülkiyyətçilərin hüquq və razılıq məsələsi tez-tez mübahisələrə səbəb olur. Xüsusilə, paylı və birgə mülkiyyətdə olan ev və ya mənzilin digər sahiblərin razılığı olmadan satışa çıxarılması, yaxud mülkiyyətçilərdən birinin öz payın

4 noyabr
.

"Falçı dedi ki, ağ yox, sarı qızıl verməlisən" - 360 min manatını itirən qadın danışdı

Himayəsində olan 15 yaşlı bacısı oğlu Ü.M-ə işgəncələr verərək xəsarətlər yetirməkdə təqsirləndirilən Günay Novruzova barəsində cinayət işi üzrə məhkəmə iclası keçirilib. -a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namiq Kərimovun sədrliyi ilə keçirilən proses zərərçəkənin ifadəs

4 noyabr
.

Xırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - Video - Yenilənib

Xırdalanda 12 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Uşağın atası bildirib ki, qızı Mələk İmanova noyabrın 2-də saat 19:35 radələrində evdən çıxıb və geri qayıtmayıb. O, polisə müraciət etdiyini də qeyd edib:. "Həyətdə kameralar var

4 noyabr
.

Qonşuya kömək edərkən faciəvi şəkildə öldü

Ucarda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 14 radələrində rayonun Qulabənd kəndində qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü Xankişiyev Elvin Muxtar oğlu qonşusunun evinin həyətyanı sahəsində salınmış xurma bağında sonuncuya kömə

4 noyabr
.

Teatr və konsert müəssisələrinə 51,6 milyon manat ayrılacaq

2027-ci ildə teatr və kino sahələrinin inkişafı, Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliği və mədəniyyət tədbirlərinin təşkili üçün dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılması nəzərdə tutulub. Axşam.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsind

4 noyabr
.

Paytaxtda Zəfər Gününə həsr edilən minifutbol yarışları başa çatdı - Fotolar

Bakı Şəhər İcra Hakimiyyəti, "Regional İnkişaf" İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış şanlı qələbənin 6-cı ildönümünə həsr olunan, Bakı şəhər rayonlarını əhatə edən abad məhəllələrarası "Zəfərlə irəli" minifutbo

4 noyabr