Pabların sayı ARTMAQDADIR: Yeniyetmələrə necə nəzarət edək?
Pablar daha çox alkoqollu içkilərin satıldığı və içildiyi restoran tipli məkandır. Ölkəmizdə pubların sayı getdikcə artmaqdadır. Artıq üzümüzü hara çevirsək, belə məkanlara rast gəlirik. Uşaqlar arasında şiddətə meyilliyin artması, 11-15 yaşlı yeniyetmələr arasında alkoqol və elektron siqaret istifadə halları əsas problemlərdəndir. Bunun üxərinə paytaxt ərazisində fəaliyyət göstərən pablara və bir sıra məkanlara axın etməsi ciddi narahatlıq doğurur.
Belə məkanlar məktəb çağında olan yeniyetmələri və yetkinlik yaşına çatmayan uşaqları təhsildən yayındırır. Bəs onlar üzərində nəzarət mexanizmi necə qurulmalıdır? Mövzunu Sonxeber.az-a şərh edən sosioloq Lalə Mehralı deyib ki, bu o qədər də yaxşı vəziyyət deyil. Çünki əyləncə mərkəzlərinin sayı artdıqca əyləncəyə meyilli və təhsildən uzaqlaşan gənclərin sayı da çoxalır:
"Üstəlik alkoqollu içkilərə meyillilik bu nisbətlə artır. Ona görə də yeniyetmələrin və yetkinlik yaşına çatmayan azyaşlıların bu cür məkanlara girişində ciddi formada nəzarət mexanizmi həyata keçirmək lazım gəlir. Bəzən biz bununla bağlı şübhəyə düşürük. Yəni bu cür məkanlarda yoxlamalar yaxud reydlər keçirilirmi? Həmin məkanlar müvafiq orqan tərəfindən nəzarətdə saxlanılırmı? Bu suallar yarandığı üçün şübhələr edirik.
Sosioloqun sözlərinə görə, sözügedən istiqamətdə mətbuata demək olar kı, məlumat ötürülmür:
"Çünki reyd həyata keçirilsəydi, orada azyaşlıların alkoqollu içkilərdən istifadəsi aşkarlansaydı bununla bağlı hər hansı məlumat ötürülərdi. Belə məkanlarda reyd keçirilmirsə, bunun özü ciddi bir problemdir. Hər valideyn öz uşağına maksimum nəzarət edir. Amma valideyni kənardan yaşayan, oxumaq və işləmək üçün paytaxtda olan yeniyetmələr, fərqli səbəblərdən ayrı qalan və yetkinlik yaşına çatmayan uşaqların bu cür məkanlara giriş çıxışı ilə bağlı vəziyyəti bilmirik. Bu qəbildən olan yeniyetmələrə bəlkə də həmin məkanlara girişinə icazə verilir. Ciddi formada araşdırmalar aparılmalıdır".
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Temperatur 10° enəcək - Xəbərdarlıq
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Bu günə olan qızıl və gümüş qiymətləri
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Sabah hava necə olacaq?
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Keçmiş nazirin oğluna vəzifə verildi