İsraillə HƏMAS arasında gözlənilən məhbus mübadiləsi barədə TƏFƏRRÜAT
Qəzzada daimi atəşkəs və Türkiyədə məhkumların mübadiləsi üçün aparılan müzakirələrin təfərrüatı məlum olub. Belə ki, danışıqlara dair hazırlanan mətnin son mərhələsinə gəlinib.
Oxu.Az-ın "Haber Global"a istinadla verdiyi məlumata görə, bu barədə təhlükəsizlik mənbələrindən xəbər verilib.
Bildirilir ki, hələ dəqiq olmayan mətnə görə, tərəflər arasındakı danışıqlar HƏMAS-ın əlindəki hər bir girov üçün 12 fələstinli məhbusun azad edilməsi üzərindən aparılır. Əsas müzakirə mövzusu isə İsrailin öz həbsxanalarında olan fələstinli məhbusları necə və nəyə görə azad edəcəyidir.
30 ildən az həbs cəzası alanları buraxmağı qəbul edən İsrail bu müddətdən çox cəza alanların azad edilməsinin öz ixtiyarında olmasını istəyir.
İsrail həbsxanalarında Fələstinin "Fəth" hərəkatının liderlərindən Mərvan Barquti daxil təxminən 50 nəfərin 30 ildən çox cəzası var. İsrail bu adlar üzərində veto hüququ tələb edir.
HƏMAS-da təxminən 120 israilli girovun olduğu təxmin edilir. Qəzzada İsrailə qarşı döyüşən başqa qrupların da əllərində girovların olduğu bildirilir.
HƏMAS-ın son 2,5 ayda intensivləşən danışıqlar prosesində konstruktiv mövqe nümayiş etdirdiyi, prosesin müsbət irəlilədiyi qeyd olunur.
O da vurğulanır ki, danışıqların bu mərhələyə gəlinməsində Türkiyənin əhəmiyyətli töhfəsi var.
Qəzzada daimi atəşkəsin təmin edilməsi məqsədilə Türkiyənin dəstəyi, həmçinin ABŞ, Qətər və Misirin cəhdləri nəticəsində danışıqların yaxın günlərdə müsbət nəticələnməsi gözlənilir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 457 Tarix: 14 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Astarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı
Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru
4 noyabrPensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Azərbaycanda inzibati xətalara görə cərimələrin tətbiqi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Bununla belə, bəzi hallarda şəxsin yaşı, hüquqi statusu, təqsirinin olub-olmaması və digər hallar inzibati məsuliyyətə cəlb edilməsinə təsir göstərə bilər. Eyni zamanda, qanuni əsaslarl
3 noyabrXırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - Video - Yenilənib
Xırdalanda 12 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Uşağın atası bildirib ki, qızı Mələk İmanova noyabrın 2-də saat 19:35 radələrində evdən çıxıb və geri qayıtmayıb. O, polisə müraciət etdiyini də qeyd edib:. "Həyətdə kameralar var
4 noyabrQonşuya kömək edərkən faciəvi şəkildə öldü
Ucarda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 14 radələrində rayonun Qulabənd kəndində qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü Xankişiyev Elvin Muxtar oğlu qonşusunun evinin həyətyanı sahəsində salınmış xurma bağında sonuncuya kömə
4 noyabrTeatr və konsert müəssisələrinə 51,6 milyon manat ayrılacaq
2027-ci ildə teatr və kino sahələrinin inkişafı, Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliği və mədəniyyət tədbirlərinin təşkili üçün dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılması nəzərdə tutulub. Axşam.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsind
4 noyabr