"TikTok"da videosunu paylaşdığı "komando bıçağı" başına bəla oldu

"TikTok"da videosunu paylaşdığı "komando bıçağı" başına bəla olduNaxçıvanda keçmiş hərbi qulluqçu təlimdən gətirdiyi bıçağa görə cəzalandırılıb.

"Unikal"ın əldə etdiyi məlumata görə, 1998-ci il təvəllüdlü, Culfa rayonunun Kırna kənd sakini Elməddin 2020-23-cü illərdə Azərbaycan Ordusunda müddətdən artıq xidmət edən hərbi qulluqçu (MAHHXHQ) olub. O, xidmət müddətində Türkiyənin İsparta şəhərinə ikiaylıq təlimə göndərilib.

Elməddin məhkəmədə deyib ki, təlimə rəhbərlik edən şəxs hərbi qulluqçulara üzərilərində gəzdirmək və təlimdə istifadə etmək üçün "komando bıçağı" almalı olduqlarını bildirib. O da İsparta şəhərində yerləşən hərbi ləvazimat satılan mağazadan bir ədəd "komando bıçağı" alıb.

Təlim bitdikdən sonra həmin bıçağı təyyarə ilə Bakı şəhərinə, oradan isə Naxçıvan Muxtar Respublikasına aparıb. O, MAHHXHQ kimi müqaviləsini yeniləməyib və işdən ayrılıb. Həmin bıçaq da özündə qalıb.

Bıçağı Culfa rayonunun Kırna kəndindəki atasına məxsus evdə saxlayıb. Bıçaqdan bir neçə dəfə dağlara göbələk və dağ bitkiləri toplamağa gedən zaman istifadə edib.

Elməddinin ifadəsinə əsasən, bıçaqdan başqa məqsədlər üçün istifadə etməyib. 2024-cü ilin aprel ayında isə dağlıq ərazidə bıçağı göbələyin yanında torpağa batırıb və onun fotosunu "TikTok"da paylaşıb.

Ertəsi gün isə polis bölməsinə çağırılıb. Polis əməkdaşı həmin bıçağın oğurluq olduğuna dair şikayət edildiyini bildirib.

Elməddin həmin bıçağı aldığı zaman onun soyuq silah hesab edildiyinə dair məlumatı olmadığını deyib.

Faktla bağlı Cinayət Məcəlləsinin 228.4-cü (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) maddəsi ilə cinayət işi başlanıb.

Culfa Rayon Məhkəməsində hakim Mehrab Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə prosesində hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən şəxsə 8 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1061   Tarix: 14 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Astarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı

Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru

4 noyabr
.

Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH

Azərbaycanda inzibati xətalara görə cərimələrin tətbiqi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Bununla belə, bəzi hallarda şəxsin yaşı, hüquqi statusu, təqsirinin olub-olmaması və digər hallar inzibati məsuliyyətə cəlb edilməsinə təsir göstərə bilər. Eyni zamanda, qanuni əsaslarl

3 noyabr
.

Polad Həşimovun anasının səhhətində problem yarandı: Təcili xəstəxanaya yerləşdirildi

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın səhhətində ciddi problemlər yaranıb. -a istinadən xəbər verir ki, bu barədə Milli Qəhrəmanın bacısı Kəmalə Həşimova məlumat verib. O bildirib ki, anası hazırda xəstəxanada müalicə alır:. "Anamın səhhətində yarana

4 noyabr
.

Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA

Bir neçə şəxsin mülkiyyətində olan daşınmaz əmlakın satılması zamanı mülkiyyətçilərin hüquq və razılıq məsələsi tez-tez mübahisələrə səbəb olur. Xüsusilə, paylı və birgə mülkiyyətdə olan ev və ya mənzilin digər sahiblərin razılığı olmadan satışa çıxarılması, yaxud mülkiyyətçilərdən birinin öz payın

4 noyabr
.

"Falçı dedi ki, ağ yox, sarı qızıl verməlisən" - 360 min manatını itirən qadın danışdı

Himayəsində olan 15 yaşlı bacısı oğlu Ü.M-ə işgəncələr verərək xəsarətlər yetirməkdə təqsirləndirilən Günay Novruzova barəsində cinayət işi üzrə məhkəmə iclası keçirilib. -a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namiq Kərimovun sədrliyi ilə keçirilən proses zərərçəkənin ifadəs

4 noyabr
.

Xırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - Video - Yenilənib

Xırdalanda 12 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Uşağın atası bildirib ki, qızı Mələk İmanova noyabrın 2-də saat 19:35 radələrində evdən çıxıb və geri qayıtmayıb. O, polisə müraciət etdiyini də qeyd edib:. "Həyətdə kameralar var

4 noyabr
.

Qonşuya kömək edərkən faciəvi şəkildə öldü

Ucarda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 14 radələrində rayonun Qulabənd kəndində qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü Xankişiyev Elvin Muxtar oğlu qonşusunun evinin həyətyanı sahəsində salınmış xurma bağında sonuncuya kömə

4 noyabr
.

Teatr və konsert müəssisələrinə 51,6 milyon manat ayrılacaq

2027-ci ildə teatr və kino sahələrinin inkişafı, Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliği və mədəniyyət tədbirlərinin təşkili üçün dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılması nəzərdə tutulub. Axşam.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsind

4 noyabr
.

Paytaxtda Zəfər Gününə həsr edilən minifutbol yarışları başa çatdı - Fotolar

Bakı Şəhər İcra Hakimiyyəti, "Regional İnkişaf" İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış şanlı qələbənin 6-cı ildönümünə həsr olunan, Bakı şəhər rayonlarını əhatə edən abad məhəllələrarası "Zəfərlə irəli" minifutbo

4 noyabr