İran geri çəkilmədi: Tehranın intiqamı necə alacaq?
"Tehran çalışır ki, İsrailə cavab zərbəsi təsirli olsun, həm də bu İrana qarşı beynəlxalq hərbi koalisiyanın yaradılmasına gətirib çıxarmasın".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Kənan Rövşənoğlu İranın İsrailə cavab hücumu təhdidini geri götürməklə bağlı Qərbin çağırışlarını rədd etməsini şərh edərkən deyib".
Onun sözlərinə görə, İran ən yuxarı səviyyədə elan edib ki, İsrailə cavab veriləcək:
"Söhbət intiqamdan gedir, İsmayıl Haniyə İranda qonaq olarkən öldürülüb. Tehran hesab edir ki, onun intiqam haqqı İrandadır. İran da rəsmən elan edib ki, intiqam alacaq. Amma Tehran hələlik tələsmir. Bu bir tərəfdən İsrailə psixoloji təsirdir. Bir ölkəni artıq iki həftədir gərginlik altında saxlayırlar. Digər tərəfdən, bununla Tehran göstərir ki, regionun qüdrətli dövləti odur, hər kəs onunla hesablaşmağa çalışır, nəhayət, ABŞ və Avropa İttifaqı ilə danışıqlar qapısını açıq saxlayır".
Ətraflı
Şərhçi bildirib ki, son 10 gündə amerikalılar, ardınca Almanıya və Britaniya baş nazirləri, Fransa prezidenti İran prezidenti ilə danışaraq İsraillə qarşıdurmadan çəkindirməyə çalışıb:
"İsrail ətrafında geniş bir havadan müdafiə çənbəri yaradılıb. Buna görə də İsrailə təsirli zərbə endirmək elə də asan deyil. Yəni iranlılar prosesi daha çox uzada, ya da məsələn günü sabah vura bilərlər. Ancaq dediyim kimi, Tehran çalışacaq ki, cavab zərbəsi təsirli olsun, həm də Tehrana qarşı beynəlxalq hərbi koalisiya yaradılmasına səbəb olmasın".
Qeyd edək ki, İranda HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsindən sonra Tehran İsrailə qarşı cavab zərbəsi hazırlayır. Bu fonda ABŞ, Böyük Britaniya, Fransa, Almaniya və İtaliya Tehranı İsrailə qarşı cavab zərbələri vurmaqdan çəkinməyə çağıran birgə bəyanatla çıxış ediblər. Lakin görünən odur ki, İran cavab zərbəsində israrlıdır. Belə ki, İran avqustun 13-də İsrailə cavab hücumu təhdidini geri götürməklə bağlı Qərbin çağırışlarını rədd edib. İran XİN-in sözçüsü Nasir Kənani deyib ki, belə bir xahişin "siyasi məntiqi yoxdur, beynəlxalq hüququn prinsip və qaydalarına ziddir", İsrailə "açıq və praktik" dəstək deməkdir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Temperatur 10° enəcək - Xəbərdarlıq
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Bu günə olan qızıl və gümüş qiymətləri
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Sabah hava necə olacaq?
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Keçmiş nazirin oğluna vəzifə verildi