Haylar yenə də DİNC DAYANMIR: Erməni təxribatında pərdəarxası MƏQAMLAR - ŞƏRH

Haylar yenə də DİNC DAYANMIR: Erməni təxribatında pərdəarxası MƏQAMLAR - ŞƏRHXəbər verdiyimiz kimi, Kəlbəcərdə mövqelərimiz atəşə tutulub. Avqustun 18-i saat 23:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

COP29 tədbiri ərəfəsində Ermənistan tərəfi sakit dayanmır. Görünən odur ki, qarşı tərəf son 4 ildə baş verən hadisələrdən dərs çıxartmaq niyyətində deyil. Burada məqsəd Azərbaycanı yeni müharibəyə cəlb etməkdir. Bu baxımdan vəziyyət hərbi komandanlığın nəzarəti altındadır. Bəs Ermənistanın atəşkəsi pozmasında başqa hansı məqamlar var?

Mövzunu Sonxeber.az-a şərh edən Tərlan Eyvazov deyib ki, atəşkəsin pozulma hallarını bir sıra məqamlar ilə əlaqələndirmək mümkündür:

"Bunu bilavasitə COP29 tədbiri, Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfəri və yaxud Ermənistan-Amerika arasında olan hərbi əməkdaşlığa bağlamaq olar. Ən əsası odur ki, məhz bu məsələlər Naxçıvan istiqamətində baş verir. Digər bir səbəb kimi, Naxçıvan hərbi birləşməsinə yeni bir komandanın təyin olmasını göstərərdim. Ola bilər ki, bu həm də bir nəbz yoxlamasıdır. Yeni komandan yerində bərkiməmiş çaşqınlıq yaratmaq istəyirlər. Hər bir halda bu Ermənistan tərəfinin özünün bildiyi bir təxribatdır".

Eskpertin sözlərinə görə, artıq bunu hansısa bir hakimiyyətə tabe olmayan qurumun provokasiyası kimi qiymətləndirmək düzgün deyil:

"Ona görə ki, Ermənistan tərəfi nəinki belə qurumların olduğunu deyir, hətta atəşkəsin pozulması halını etiraf belə etmir. Bütün bu səbəblərin hamısı ola bilər. Bütün səbəbləri toplayaraq bir nəticəyə gəlməliyik. Təbii ki, belə bir hadisənin səviyyəli beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi ərəfəsində baş verməsi ölkəmizi cavab verməyə sövq etməkdir. Bununla da müəyyən mənada Azərbaycanın qeyri-sabit ölkə olması görüntüsünü yaratmağa çalışmaqdır və bu mümkün deyil. Azərbaycan hakimiyyəti və hərbi komandanlığı məsələyə soyuqqanlı yanaşır. Cavab tədbirləri adekvat görülməklə susdurulur".

Xatırladaq ki, avqustun 18-i saat 19:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Ləkətağ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 872   Tarix: 19 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Əhalinin gəlirləri 4 ildə bu qədər - Artacaq

Əhalinin növbəti ildə gəlirlərinin artım tempi 3.5 faiz artacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanu

4 noyabr
.

Xırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - Video - Yenilənib

Xırdalanda 12 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Uşağın atası bildirib ki, qızı Mələk İmanova noyabrın 2-də saat 19:35 radələrində evdən çıxıb və geri qayıtmayıb. O, polisə müraciət etdiyini də qeyd edib:. "Həyətdə kameralar var

4 noyabr
.

Saxta sənədlərlə mənzil satışı: Alıcı özünü dələduzluqdan necə qoruya bilər? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Daşınmaz əmlak bazarında alqı-satqı zamanı alıcıların qarşılaşdığı ən ciddi risklərdən biri saxta sənədlərlə satış və dələduzluq hallarının baş verməsidir. Bəzən vətəndaşlar illərlə topladıqları vəsaiti mənzil və ya torpaq sahəsi almağa sərf etsələr də, sonradan əmlakın başqa şəxsə məxsus olduğunu, sənədləri

3 noyabr
.

"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü

Ucarda 37 yaşlı kişi onunla birlikdə gecələmək istəməyən qadına xəsarət yetirib. -a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Ceyhun rayonda avtomobil yolunun kənarında Mingəçevir şəhərindən yanına qonaq gəlmiş, lakin onunla birlikdə qalaraq gecələmək təklifini rədd etmiş Elmira (adlar şərtidi

3 noyabr
.

Sabah hava necə olacaq?

Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər

3 noyabr
.

Dəfn pulu da artırılır

Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin

4 noyabr
.

Azərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika

Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c

3 noyabr
.

Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır

Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlə

4 noyabr
.

Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)

Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is

3 noyabr