"Heç kimin bu məsələlərlə bağlı ağzına gələni danışmağa haqqı yoxdur" - Deputatlığa namizədlər arasında QALMAQAL

"Heç kimin bu məsələlərlə bağlı ağzına gələni danışmağa haqqı yoxdur" - Deputatlığa namizədlər arasında QALMAQAL97 saylı Tərtər-Ağdərə-Goranboy seçki̇ dai̇rəsi̇ üzrə qeydə alınan bitərəf namizəd Qələndər Muxtarlı digər bitərəf rəqibi Şəhriyar Məcidzadənin onun barəsində səsləndirdiyi iddialara aydınlıq gətirib.

Q.Muxtarlı Pravda.az-a açıqlamasında plakatının ölçülərinin Şəhriyar Məcidzadənin plakatından iki dəfə böyük olmasına belə cavab verib: "Şəhriyar Məcidzadənin mövqeyinə heç bir münasibətim yoxdur, sükutla qarşılayıram. Çünki o qədər cəfəng iddialardır ki, mənim əhatəmdə olan, həqiqəti bilən, Azərbaycanda siyasi fəaliyyətim və siyasi keçmişimlə az-çox tanış olan hər kəs bilir ki, bu qədər mənasız, məntiqsiz münasibət doğru deyil. MSK-nın müəyyən etdiyi 40-ın 60-a ölçü standartı var. Plakatımı Bakıda mətbəədə çapa vermişəm. Gördüm ki, mətbəədə YAP-ın də, digər partiyaların da namizədləri var. Soruşdum ki, vahid ölçülər neçədir, hamısı eynidir? Dedilər ki, bəli. Mən də bu standarta uyğun plakatlarımı sifariş verdim. Yəni Qələndər bu məsələdə fərqli nəsə etməyib. Münasibət şəkildə 2 santimetrlik ölçüyə görə fərqli olacaqsa, bu, dəhşətdir. Adama çox söz deyə bilərlər. Sən razılaşmazdın. Seçkiyə gələn adam oturub beş ildən bir seçki prosesi gələndə dairəyə hoppanıb düşmür. Davamlı olaraq siyasətlə məşğul olan adamlar bilirlər ki, belə deyil, qayda-qanun necədir. Hər bir halda Tərtər də, Tərtərə bağlı insanlar da mənim keçmişi, bu yolda çəkdiyim əzab-əziyyəti gözəl bilirlər. Milli Azadlıq Hərəkatından gələn adamam. Azərbaycanda ilk könüllü tələbə batalyonunu yaradan, Tərtərdə döyüşən batalyon komandirlərindən biriyəm. Prezident Administrasiyasında işləmişəm, dövlətdə müəyyən mərhələ keçmişəm. Fəlsəfə və politologiya, tarix dərsi deyirəm. Bilirəm ki, seçki prosesi nədir. Bunun dərsini deyən adamam. Dairəyə təsadüfən düşdüyümü hesab etmirəm. Təsadüflər beş ildən bir yadına namizədlik düşənlər, "mən də varam" deyənlərdir. Mənim öz yolum var. Təbliğat-təşviqat kampaniyamı uğurla davam etdirirəm".

Q.Muxtarlının sözlərinə görə, əvvəlcə Şəhriyar Məcidzadənin namizədliyindən xəbərsiz olub: "Mən də tərtərliyəm, məni özünə yaxın hesab edirdisə, qərəzli münasibəti yox idisə, deyərdi ki, namizədliyimi verirəm. Tərtər sıradan bir yer deyil. Tərtərə, majoritar seçki sisteminin prinsiplərinə bağlı bir adamın deputat seçilməsi çox həyati əhəmiyyətli məsələdir. Bunu düşünmədən, seçkiyə gələndə bunları dəqiqləşdirmədən belə addım atıb. Uyğun variant budur ki, hər ikimiz tərtərliyik. Əslində bizim bir elektoratımız var. Gücümüzü birləşdirib, Tərtərlə, deputatlıqla qətiyyən əlaqəsi olmayan bir adama qarşı daha yaxşı duruş nümayiş etdirərdik. Sonra öz məsələmizi həll edə bilərdik. "İsgəndər Həmidovla bağlı heç kim danışa bilməz" kimi iddiaları doğru deyil. Çünki İsgəndər Həmidovun yolunda, o ideyanın, mübarizənin aparılmasında, milliyyətçiliyin ayaqda durub bu gün də Azərbaycan cəmiyyətində ayaqda qalmasında onun silahdaşları, o cümlədən mən mühüm rol oynamışam. Bu gün də həmin təşkilata rəhbərlik edirəm. Heç kimin bu məsələlərlə bağlı ağzına gələni danışmağa haqqı yoxdur".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 779   Tarix: 20 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Əhalinin gəlirləri 4 ildə bu qədər - Artacaq

Əhalinin növbəti ildə gəlirlərinin artım tempi 3.5 faiz artacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanu

4 noyabr
.

Xırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - Video - Yenilənib

Xırdalanda 12 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Uşağın atası bildirib ki, qızı Mələk İmanova noyabrın 2-də saat 19:35 radələrində evdən çıxıb və geri qayıtmayıb. O, polisə müraciət etdiyini də qeyd edib:. "Həyətdə kameralar var

4 noyabr
.

Saxta sənədlərlə mənzil satışı: Alıcı özünü dələduzluqdan necə qoruya bilər? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Daşınmaz əmlak bazarında alqı-satqı zamanı alıcıların qarşılaşdığı ən ciddi risklərdən biri saxta sənədlərlə satış və dələduzluq hallarının baş verməsidir. Bəzən vətəndaşlar illərlə topladıqları vəsaiti mənzil və ya torpaq sahəsi almağa sərf etsələr də, sonradan əmlakın başqa şəxsə məxsus olduğunu, sənədləri

3 noyabr
.

"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü

Ucarda 37 yaşlı kişi onunla birlikdə gecələmək istəməyən qadına xəsarət yetirib. -a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Ceyhun rayonda avtomobil yolunun kənarında Mingəçevir şəhərindən yanına qonaq gəlmiş, lakin onunla birlikdə qalaraq gecələmək təklifini rədd etmiş Elmira (adlar şərtidi

3 noyabr
.

Sabah hava necə olacaq?

Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər

3 noyabr
.

Dəfn pulu da artırılır

Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin

4 noyabr
.

Azərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika

Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c

3 noyabr
.

Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır

Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlə

4 noyabr
.

Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)

Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is

3 noyabr