"Putinin səfəri ölkələrimiz arasında dostluq və müttəfiqlik münasibətlərinin inkişafına mühüm töhfə verəcək" - DEPUTAT
"Rusiya Prezidenti Vladimir Putinin ölkəmizə dövlət səfəri iki ölkə arasındakı münasibətlərin yeni mərhələsi hesab oluna bilər".
Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.
Deputat qeyd edib ki, iki dövlət başçısının Bakıdakı görüşü dövlətlərarası münasibətlərin möhkəmlənməsinə xidmət edəcək:
"Azərbaycan-Rusiya arasındakı əməkdaşlıq çoxşaxəlidir və bütün sahələrini əhatə edir. Vladimir Putinin bu səfəri tarixi xarakter daşıyır və ölkələrimiz arasında dostluq, müttəfiqlik münasibətlərinin inkişafına töhfə verəcək. Prezidentlərin mətbuata verdiyi birgə Bəyanat, qəbul edilən sənədlər münasibətlərin dostluq və müttəfiqlik xarakterini bir daha təsdiqlədi. Bu gün Azərbaycan-Rusiya əlaqələri dövlətlərin müstəqilliyi, ərazi bütövlüyü, və bir-birinin daxili işlərinə müdaxilə etməmək prinsipləri əsasında inkişaf etməkdədir. Bakıda keçirilən görüş zamanı dövlət başçıları bir daha iki ölkə arasında iqtisadi-ticari münasibətlərlə bağlı bütün məsələləri detallı şəkildə analiz və təhlil etdilər. Hər iki ölkə iqtisadi əlaəqələri daha da inkişaf etdirməyi hədəfləyib".
Deputat vurğulayıb ki, bu gün Azərbaycan cənab prezidentin yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan qonşu ölkələrlə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsinə nail olub:
"Rusiya Prezidenti Vladimir Putinin ölkəmizə səfəri bunu bir daha sübut etdi. İki dövlət başçısının qarşılıqlı səfərləri ölkələr arasındakı münasibətlərin inkişafına töhfələr verir. Xüsusilə də dövlət başçılarının görüşləri əməkdaşlığın dərinləşdirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Düşünürəm ki, bundan sonra da Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlər bütün sahələr üzrə uğurla inkişaf edəcək".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyalarla bağlı ŞAD XƏBƏR: Nə qədər artım olacaq? - Nazirlikdən AÇIQLAMA
Azərbaycanda məktəbə başlama vaxtı dəyişir? - BƏLLİ OLDU
"Artıq başqa Sevdayam, anayam"
Nazir yeni Baş İdarə yaratdı - Mərhum prokurorun general oğlunu rəis təyin etdi
Sifariş etdiyi yeməyin içindən canlı siçan balası çıxdı - restoran bağlandı - VİDEO
Azərbaycanda işıq pulu LƏĞV EDİLƏ BİLƏR- Mühüm YENİLİK
Avtobusda təcavüzə məruz qaldığını ərinə danışan qadın aldığı cavabdan yıxıldı - VİDEO
Səhər, yoxsa axşam: Maksimum fayda üçün yumurtanı nə vaxt yemək lazımdır?
Ali təhsil 3 ilə endirilməsi TƏKLİF OLUNUR: Diplomun müddəti qısalır, bəs keyfiyyət necə olacaq?
"80-lər" trendinə qoşulanlara ciddi xəbərdarlıq: Məlumatlarınız oğurlana bilər!
Haradan haraya! Bu uşağı indi dünya tanıyır
Diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatıb - FOTO
Nazir şöbə müdiri təyin etdi
Leysan olacaq, şimşək çaxacaq - Xəbərdarlıq