Balqabağın bilinməyən faydaları açıqlandı
"Balqabaq, ilk növbədə zəngin antioksidant, vitamin və mineral tərkibinə görə beyin sağlamlığına güclü təsir göstərən qida maddələrinin unikal birləşməsidir".
Oxu.Az mk.ru-ya istinadən xəbər verir ki, bunu amerikalı nevroloq və qidalanma mütəxəssisi Timoti Fri bildirib.
Onun sözlərinə görə, balqabağın tərkibində olan A və C vitaminləri kimi antioksidantlar hüceyrələrimizi zədələrdən qoruya bilər.
Dietoloq Culia Zumpano qeyd edib ki, balqabaq qanda şəkəri tənzimləməyə kömək edən, toxluq yaradan, bağırsaq sağlamlığını təmin edən və həzmi təşviq edən liflə zəngindir.
"Balqabaq, həmçinin pis xolesterolu azaltmağa kömək edə bilər və çox aşağı kalorilidir. Tərkibində A vitamininə çevrilən beta-karotin var ki, bu da orqanizm tərəfindən dəri və immunitet sağlamlığını yaxşılaşdırmaq üçün istifadə edilə bilər. Biz, həmçinin bilirik ki, kalium qan təzyiqini aşağı salmağa yardımçı olur", - deyə o vurğulayıb.
"Balqabaq tumları tərkibindəki yüksək maqnezium, sink, dəmir və triptofan sayəsində xüsusilə sağlamlıq mənbəyidir. Tumlardakı amin turşusu olan triptofan əhvali-ruhiyyəni, yuxunu və iştahanı tənzimləyən serotoninin analoqu hesab olunur. Balqabaq toxumu əhvali-ruhiyyəni yaxşılaşdırmağa, depressiya əlamətlərini azaltmağa və yuxu keyfiyyətini yaxşılaşdırmağa kömək edə bilər", - T.Fri əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 1002 Tarix: 25 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rusiyada vəba yayılır: Azərbaycana keçmə riski varmı? - Ekspertdən AÇIQLAMA
Rusiyada vəba ilə bağlı yayılan məlumatlar fonunda xəstəliyin yayılma yolları və insan sağlamlığı üçün yarada biləcəyi risklər yenidən gündəmə gəlib. Vəba əsasən çirkli su və qida vasitəsilə yayılan, ağır ishal və qusma nəticəsində sürətli susuzlaşmaya səbəb ola bilən infeksiyadır. Ümumdünya Səhiyy
7 oktyabrSevdiyiniz musiqi ağrını azalda bilər
İnsanın sevdiyi musiqiyə qulaq asması ağrı hissini müəyyən qədər azalda bilər. Mütəxəssislərin fikrincə, musiqi ağrı siqnalını aradan qaldırmasa da, beynin bu hissi necə qəbul etməsinə təsir göstərir. Qaynarinfo xəbər verir ki, " nəşrinə danışan həkim-psixoterapevt İrina Kraşkina musiqinin ağr
30 oktyabrGündə minimum addım sayı təyin edildi
Gündə minimum 100 addım mifi təkzib edilib. xəbər verir ki, bu barədə kardioloq Denis Prokofyev bildirib. "Addım sayı burada əsas deyil. 100 addımlıq məqsəd sırf marketinqdir. Bu Yaponiyada addımölçənləri satmaq üçün ortaya çıxan marketinqdir. Bu, ciddi tibbi tövsiyə deyil", - deyə o vurğulayıb
8 oktyabrQışda dəriyə qulluq zamanı edilən əsas səhvlər
İstilik mövsümündə mənzillərdə havanın quruması dərinin daha sürətlə nəm itirməsinə səbəb olur. Bu dövrdə isti su ilə yuyunmaq, skrablardan həddindən artıq istifadə etmək və dərini tez-tez təmizləmək isə qoruyucu baryeri zəiflədərək quruluğu daha da artıra bilər. Qaynarinfo xəbər verir ki, bu barəd
28 oktyabrİstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
Həftəsonu adi günlərlə müqayisədə bir neçə saat gec oyanmaq artıq çəki, depressiya və əhval dəyişiklikləri riskini artıra bilər. xəbər verir ki, bu barədə terapevt Cina Zarella "Yahoo" nəşrinə açıqlamasında bildirib. Həkimin sözlərinə görə, yuxu rejiminin pozulmasının qarşısını almaq üçün şənb
13 oktyabr3 kiçik vərdiş ömrü 9 il uzada bilər
Sidney Universitetinin alimləri yuxu, fiziki aktivlik və qidalanmada kiçik dəyişikliklərin insan ömrünü 9 ilə qədər uzada biləcəyini müəyyən ediblər. Axşam.az xəbər verir ki, 2026-cı ildə "eClinicalMedicine" jurnalında dərc olunan araşdırma təxminən 60 min insanın 8 il ərzində müşahidəsin
14 oktyabrƏn faydalı və ən zərərli balıq növləri
Balıq sağlam qidalanma rasionuna daxil edilməsi ən çox tövsiyə olunan məhsullardan biridir. Çünki onun tərkibində yüksək keyfiyyətli zülal, vitaminlər, minerallar və omeqa-3 yağ turşuları var. Bununla belə, bütün balıq növlərinin qida dəyəri eyni deyil. Bəzi növlər əhəmiyyətli miqdarda çirkləndiric
29 oktyabrTəbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə
Günortadan sonra yaranan halsızlıq çoxlarına tanışdır. Belə məqamlarda insanın əli adətən peçenyeyə və ya növbəti fincan qəhvəyə uzanır. Lakin dietoloqlar adi meyvələrə diqqət yetirməyi məsləhət görür. Onlardan bəziləri dərhal enerji verir və bu təsiri daha bir neçə saat qoruyur. Qaynarinfo xəbər veri
7 oktyabr70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın
Yaşlılıq dövründə D vitamini sümük və əzələ sisteminin, eləcə də immunitetin sağlamlığı üçün mühüm əhəmiyyət daşıyır. Buna görə də çatışmazlıq aşkarlandıqda bu vitaminin qida əlavələri şəklində qəbulu tövsiyə oluna bilər. Lakin yüksək dozalı preparatların müntəzəm və həkim məsləhəti olmadan qəbulu sağlamlığ
23 oktyabr