Ronaldu futbolçu karyerasını bitirdikdən sonra məşqçi olacaq?
"Qızıl top"un beşqat sahibi, portuqaliyalı hücumçu Kriştianu Ronaldu peşəkar futbolçu karyerasını bitirdikdən sonra məşqçi olmaq fikrində deyil.
Oxu.Az xəbər verir ki, idmançının şərhini "A Bola" qəzeti yayıb.
"Hazırda hər hansı bir komandanın məşqçisi olmaq fikri mənim üçün uyğun deyil. Mən gələcəyimi bu istiqamətdə görmürəm. Futbola aid olmayan başqa işlərlə məşğul olduğumu təsəvvür edirəm, amma bundan sonra nə olacağını bir Allah bilir", - futbolçu bildirib.
Xatırladaq ki, Ronaldunun 39 yaşı var, o, eyni zamanda, Çempionlar Liqasının beşqat qalibi, Avropa çempionu və Millətlər Liqasının qalibidir. Portuqaliyalı milli yığmalar, Avropa çempionatları, Çempionlar Liqası və Klublararası Dünya Çempionatları tarixində ən çox qol vuran futbolçudur. Futbolçu karyerası ərzində İspaniyanın "Real Madrid" klubunda çıxış edərək, klub tarixinin ən yaxşı bombardiri olub, eləcə də İngiltərənin "Mançester Yunayted", İtaliyanın "Yuventus" və Portuqaliyanın "Sportinq" klublarında oynayıb. O, hazırda Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubunun oyunçusudur.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 962 Tarix: 27 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan Premyer Liqasında IV turun təyinatları açıqlanıb
Misli Premyer Liqasında IV turun oyunlarına təyinatlar açıqlanıb. xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb. Misli Premyer Liqası. I dövrə, IV tur. 4 sentyabr. 18:00. "Qəbələ" - "İmişli". Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Rəvan Həmzəzadə
3 sentyabrMark Qiu "Çelsi"dən "Leyptsiq"ə transfer olunub
İngiltərənin "Çelsi" klubunun hücumçusu Mark Qiu Almaniyanın "Leyptsiq" komandasına transfer olunub. xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb. M.Qiu 2025-ci ildən İspaniyanın U-21 millisində çıxış edir. Qeyd edək ki, 2024-cü ilin yayında "Barselona"da
1 sentyabrNeymar ciddi zədə aldı, klubu açıqlama yaydı
Braziliya milli komandası tarixində ən yaxşı bombardir, "Santos"un hücumçusu Neymar "Palmeyras"la oyunda sağ budundan zədə alıb. -ın xəbərinə görə, bu barədə Braziliya klubunun mətbuat xidməti "X" hesabında məlumat verib. Braziliya Kubokunun dörddəbir finalının cavab oyun
5 sentyabr"Fənərbaxça" 18 ildən sonra ÇL-ə vəsiqə qazandı
Türkiyənin "Fənərbaxça" klubu 18 illik həsrətə son qoyaraq UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb. "Qafqazinfo" xəbər verir ki, İstanbul təmsilçisi pley-off mərhələsinin cavab oyununda Fransanın "Olimpik Lion" klubunu məğlub edərək bu uğura imza atıb
27 avqustAzərbaycanlı tennisçi Cahangir Aslanov beynəlxalq turnirin qalibi oldu
Azərbaycanı beynəlxalq arenada təmsil edən gənc tennisçi Cahangir Aslanov növbəti uğuruna imza atıb. BİG.AZ xəbər verir ki, 11 aprel 2016-cı il təvəllüdlü Cahangir Aslanov ilk dəfə 5 yaşında müəllimi Fərid Şirinovun rəhbərliyi ilə tennis məşqlərinə başlayıb. Müəlliminin sözlərinə görə, Cahangir ilk məşqlərdə
1 sentyabr