"Gələn günlərimi qurban verərdim" – Azərbaycan tanqosunun qadağan edilən TARİXİ

"Gələn günlərimi qurban verərdim" – Azərbaycan tanqosunun qadağan edilən TARİXİÖtən əsrin 70-ci illəri. Sovet quruluşunun hər sahəyə öz qanunlarını dikdə etdiyi dönəm.

Əlbəttə ki, istənilən yenilik maneələrlə qarşılanırdı. Və ilklərə imza atmaq üçün də bir çox bariyerləri dəf etməli olurdun. Bu yorucu və çətin idi.

Yaddaşımızda mahnıların hər biri fərqli xatirə ilə kodlanıb. Mahnını eşitmək isə həmin xatirələri oyadır. Bəlkə də çoxunuz bu mahnını əzbər bilirsiniz. Hətta sözlərinin kimə aid olduğunu da...

Ötən əsrin 70-ci illərində yaranmasına baxmayaraq sonrakı bütün nəsil Azərbaycan estrada ifaçıları bu nəğməni oxumaq istədilər, bəziləri oxudu da.

Həmin mahnının bir qədər ironik, təəssüflü və təəccüblü taleyi olub. Hətta bəzən Sovet ideologiyasına zidd hesab edilib efirlərdən də yığışdırmağa cəhd etdilər. Göründüyü kimi mahnının rəvan, hamar taleyi olmayıb.

Beləliklə, vətəni Argentina hesab olunan ən ehtiraslı tanqo ritmlərinin Azərbaycandakı parlaq təzahürü, mahnı irsimizdə isə bu janrın ən məşhur nümunəsi bəstəsi Elza İbrahimova və Rəfiq Zəka qələminə məxsus "Qurban verərdim" mahnısı Lent.az-ın bugünki tarixçəsinin ünvanıdır.

Mənə bircə kəlmə "can" söyləsəydin,

O bircə kəlmənə min can verərdim.

Ömrünü, gününü dərd eyləsəydin,

Ömrümü, günümü dərman verərdim.

Bəs, bu mahnının tarixindən xəbəriniz var?

Tanqo rəqsi bəşər övladının yaratdığı ən çılğın, ən ehtiraslı rəqslərdən biridir. Deyilənlərə görə, sovetlər dönəmində bu ekzotik musiqi janrı burjuaziya əyləncəsi sayılır və qəbul edilmirdi. Məhz bu səbəbdən adətən sovet bəstəkarları qərbin bu cazibəli ritmlərindən yan qaçırdı.

Lakin özünəməxsus xarakteri və iradəsi ilə seçilən Elza İbrahimova hələ o vaxt tanqonun maraqlı formalarını yaradıb.

Maraqlıdır ki, birinci mahnının mətni yaranır. Belə ki, Elza xanım televiziyada çalışdığı dövrdə istedadlı şair Rafiq Zəka ilə tanış idi. Günlərin bir günündə Elza xanım ona zəng edərək tanqo ritmlərində bir mahnı yazdığını və ona uyğun mətn axtardığını söyləyir.

Növbəti gün onlar şairin evində görüşürlər. Rafiq Zəka Elza xanımın çalğısına qulaq asıb, ona 1972-ci ildə çapdan çıxmış bir şeirini göstərir. Elza xanım şeirə baxan kimi bəyənir və beləcə onların mahnı üzərində işləri başlayır.

"Qurban verərdim" nəğməsinin ilk lent yazısı 1975-ci ildə reallaşır. Nəğmənin ilk ifaçısı da sevilən sənətkar Gülağa Məmmədov olur. Yeri gəlmişkən, müğənni mahnını ifa edərkən orijinal mətnə müəyyən dəyişiklik edir və "Ötən günlərimi qaytaraydılar" əvəzinə, "Ötən günlərimdən qaytaraydılar" deyib.

Elza İbrahimovanın qardaşı Çingiz İbrahimov müsahibələrindən birində deyir ki, Elza heç zaman pulla bəstələrini satmazdı:

"Hamı mənə deyirdi ki, Argentinanın, Meksikanın tanqosu var. Mən də deyirdim ki, Azərbaycan tanqosunu da Elza yazıb. O, ilk gündən sonuncu günə qədər bəstələrini təmənnasız verib. Deyirdi ki, mən onları necə sata bilərəm, ürəyimin bir parçasıdı, uşağımdı. Bu cür sərt reaksiya verirdi".

Təsadüfi deyil ki, bu mahnı Elza xanımın ilk tanqosu deyildi. Maraqlısı isə məhz bu nəğmənin kəskin münasibət görməsi idi. Əvvəla, müəllif Qərb həyatının əyləncəli tərəflərinin təbliğində ittiham edildi. Amma mahnının efirlərdən yığışdırılıb, qadağan edilməsinin əsl səbəbi bu deyildi. O səbəbi mahnının mətnində axtarıb tapdılar. Mahnının misralarından sovet ideologiyasına zidd olan fikirlərin varlığından danışılır və şairi kommunizmə aparan parlaq gələcəyi qurban vermək istəyindən yazdığını deyib, mahnını qadağan etdilər.

Bir müddət sonra Akif İslamzadə "Qurban verərdim" nəğməsinə yeni can verir. Nəğmə yenidən televiziyalara ayaq açır. Bundan sonra, bir çox müğənnilər mahnını ifa etməyə başlayırlar.

Bu da belə... Elza xanımın mahnıda dediyi kimi:

Keçən günlərimi qaytaraydılar,

Gələn günlərimi qurban verərdim.


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 1894   Tarix: 27 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Mirzəyevin vəziyyəti ağırdır

Teleaparıcı İlham Mirzəyevin vəziyyəti açıqlanıb. Mərkəzi Klinikadan "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, hazirda xəstənin vəziyyəti ağırdır. "Xəstə sol mədəciyin ön divarının miokard infarktı, kardiogen şok vəziyyətində qəbul olunub. Angioplastika icra olunub və sten

7 sentyabr
.

Pikassonun tablosu 1,7 milyon dollara satıldı

İspan rəssam Pablo Pikassonun fotoqraf Dora Maarın portreti Londonda keçirilən hərracda 1,7 milyon dollara satılıb. -a istinadən xəbər verir ki, hərracı "Sotheby's" təşkil edib. 1936-cı ildə çəkilən əsərin ilkin qiyməti 600-800 min funt sterlinq qiymətləndirilsə də, yekunda 1,3 milyo

26 iyun
.

Şarovski II Fəxri xiyabanda dəfn olunacaq

Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi bu gün saat 14:30-da Rus Dram Teatrında keçiriləcək. xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Dəfn mərasimi isə İkinci Fəxri xiyabanda baş tutacaq. Qeyd edək ki, 78 yaşlı A.Şarovski bu gün vəfat edib

9 sentyabr
.

Nazir müavini: Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatının parlaq simalarından biri olub

Xalq şairi Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatının parlaq simalarından biri olub. "Report" xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimində çıxışı zamanı deyib. O bildirib ki, N. Həsənzadə böyük söz ustası kimi bütün yaradıcılığ

2 avqust
.

Mehriban Zəkidən Fəxrəddin Manafovla bağlı paylaşım

Xalq artisti Mehriban Zəki həmkarı, Xalq artisti Fəxrəddin Manafovun ad gününü təbrik edib. Axşam.az xəbər verir ki, aktrisa sosial şəbəkədə birlikdə çəkildikləri fotonu paylaşaraq aktyora xoş arzularını ünvanlayıb. "Tərəf müqabilim, müəllimim, dostum. 100 yaşa. Sağlam yaşa. Doğum günün mübarək"

3 avqust
.

Anar Nəriman Həsənzadə ilə bağlı xatirələrini bölüşdü: "O səsi bir daha eşidə bilməyəcəyəm"

"Nəriman Həsənzadənin vəfatı Azərbaycan elmi və ədəbiyyatı üçün ağır itkidir". xəbər verir ki, bu fikirləri Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Xalq şairi Nəriman Həsənzadənin vida mərasimində çıxışı zamanı səsləndirib. Anar bildirib ki, Nəriman Həsənzadə təkcə görkəml

2 avqust
.

Xan Şuşinskinin qızı: Atamın səsindən yadigar kimi cəmi 240 dəqiqəlik lent yazısı qalıb (FOTO)

Ömrünü xalq musiqisinin təbliğinə həsr edənləri xalq heç vaxt yaddan çıxarmır, unutmur. İllər ötdükcə bu qəbildən olan insanların xatirəsi daha böyük hörmət və ehtiramla yad olunur. Azərbaycan muğam sənətinin, klassik musiqi nümunələrinin gözəl bilicisi, orijinal, özünəməxsus ifa tərzi ilə seçilən, mill

20 avqust
.

Riskli əməliyyat olunan Afaq Bəşirqızı nə vaxt evə buraxılacaq? - AÇIQLAMA

Xalq artisti Afaq Bəşirqızı bu gün xəstəxanadan evə buraxılacaq. Bu barədə -a açıqlamasında A.Bəşirqızı özü məlumat verib. O qeyd edib ki, artıq xəstəxanadan çıxışı üçün hazırlıq işləri görülür. Səhhətinin normallaşdığını deyən Xalq artisti keçirdiyi əməliyyatın çox riskli olduğunu vurğulayıb:. "Yaxşıyam

8 iyun
.

Polad Bülbüloğludan evlilik xəbərinə - Reaksiya

Millət vəkili, Xalq artisti Polad Bülbüloğlu üçüncü dəfə evləndiyi barədə yayılmış məlumatlara münasibət bildirib. "Qafqazinfo" xəbər verir ki, deputat "Novoye Vremya" qəzetinə açıqlamasında sözügedən informasiyanı təkzib edib. Sənətçi hazırda Türkiyədə tətildə olduğunu qeyd edib

26 avqust