Nərminin ölümü yenidən araşdırılacaq - Baş prokuror göstəriş verdi

Nərminin ölümü yenidən araşdırılacaq - Baş prokuror göstəriş verdiAilədaxili zorakılığın və həkim səhlənkarlığının qurbanı olduğu iddia olunan Nərmin Mustafayevanın ölümü ilə bağlı xitam verilmiş cinayət işinin istintaqı yenilənib.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bununla bağlı baş prokuror Kamran Əliyev göstəriş verib.

Nərminin atası Rafiq Mustafayev nümayəndəsi, hüquq müdafiəçisi Samir Zeynalovla birgə baş prokurorla Şəkidə keçirilən qəbulda görüşüb. Valideyn məlumat verib ki, əri tərəfindən şiddətə məruz qalan 20 yaşlı qızı 2023-cü ilin mayın 27-də bədənin müxtəlif nahiyələrindəki ağrılar, dəqiqləşdirilməmiş qızdırma səbəbi ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Valideynin iddiasına əsasən, həkimlər gərəkli diqqət göstərmədiyi üçün qızı 3 gün sonra orada vəfat edib.

Nərminin ölümü yenidən araşdırılacaq - Baş prokuror göstəriş verdiR.Mustafayevin sözlərinə görə, qızı müayinə üçün zəruri tibbi avadanlıqların olmaması və gecikən müalicə nəticəsində vəfat edib. İş üzrə 3 dəfə ekspertiza təşkil olunub. Hər 3 ekspert rəyində həkimlərin səhlənkarlığı qeyd olunsa da, istintaq orqanı rəylər arasında ziddiyyəti əsas gətirərək təkrar ekspertiza keçirilməsini zəruri sayıb. Həmin ekspertizada ölümə hər hansı xəsarətin səbəb olmadığı qeyd olunub. Eyni zamanda Nərminin bədənində olan xəsarətlərin həyat yoldaşı tərəfindən yetirilməsi araşdırılmayıb. Həmçinin ata qızının ərinin ailəsi tərəfindən həkimlərə təsir göstərildiyindən də şübhələnir.

Hadisədən sonra Balakən Rayon Prokurorluğunda həkimlərlə bağlı Cinayət Məcəlləsinin 314.2-ci ( səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Lakin həmin cinayət işinə mayın 30-da xitam verilib. Xitam qərarı işdə cinayət tərkibinin olmaması ilə əsaslandırılıb.

Ailə isə bununla razılaşmır, qızlarının ölümünə düzgün hüquqi qiymət verilmədiyini düşünürlər. Onlar bu fikirlərini respublika prokuroruna da deyiblər.
Nərminin ölümü yenidən araşdırılacaq - Baş prokuror göstəriş verdiBaş prokuror valideyni dinləyib, şikayətin təkrar dərindən araşdırılması ilə bağlı prokurorlara göstəriş verib.

Qeyd edək ki, Nərmin ölümündən 2 il əvvəl ailə qurmuşdu. Onun 1 övladı yadigar qalıb. Bu hadisə ilə bağlı dəfələrlə televiziya verilişlərində müzakirə gedib. Həm Nərminin əri, həm atası açıqlamalar verib.
Nərminin ölümü yenidən araşdırılacaq - Baş prokuror göstəriş verdiNərminin ölümü yenidən araşdırılacaq - Baş prokuror göstəriş verdiNərminin ölümü yenidən araşdırılacaq - Baş prokuror göstəriş verdi


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 3530   Tarix: 29 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu - FOTO

Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlı futbolçunu qətlə yetirdiyinə görə həbs cəzası çəkmiş keçmiş qaydasız döyüş ustası Tiqran Çiçakyan yenidən cinayət işinə cəlb olunub. Bu dəfə o, adam oğurluğunda ittiham edilir. Məhkəmənin qərarı ilə idmançı barəsində həbs qətimkan tədbiri seçilib. xəbə

16 sentyabr
.

Bakıda kişi sevgilisini aldadıb 235 min manat aldı - Dubaya qaçdı

Bakıda sevgi münasibətində olduğu qadına qarşı dələduzluq etmiş şəxs cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo" xəbər verir ki, paytaxtın mərkəzində "makler"lik və evlərin təmiri fəaliyyəti ilə məşğul olan 1986-cı il təvəllüdlü R.Həsənova (şərti) Cinayət Məcəlləsinin 178.3.2-c

26 avqust
.

Azərbaycanda vəzifəli şəxslər rüşvətə görə HƏBS EDİLDİLƏR

Vergi yoxlamasının keçirilməməsi müqabilində rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər həbs olunublar. xəbər verir ki, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) birgə məlumat yayıb. Bildirilib ki, Azərbayca

3 avqust
.

Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına - 13 il həbs

"Progress-2016" MTK-nın rəhbəri Emil Səməndərovun məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm elan edilib. Şirkət rəhbərinə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəs

3 sentyabr
.

Gömrük generalının adından DƏLƏDUZLUQ - DETALLAR

Dövlət Gömrük Komitəsinin (DGK) Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Elmir Ramazanovun tanışı olduğunu deyərək bir ailənin 74 900 manatını dələduzluq yolu ilə ələ keçirən şəxs həbs edilib. "Qaynarinfo"ya istinadən xəbər verir ki, 1988-ci ildə Şəki rayonunda doğulmu

26 avqust
.

Toydan gələrkən qəzaya düşdü - Fotolar

Tərtər rayonunda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Kəbirli kəndi ərazisində qeydə alınıb. Kənd sakini Məmmədov Müşfiq Raqub oğlu idarə etdiyi "Ford" markalı 50-EZ-587 dövlət qeydiyyat nişanl

4 sentyabr
.

İş adamının qətlinin sifarişçisi tutuldu - Azərbaycana gətirildi

Azərbaycan vətəndaşı Əsgərov Ruslan Əli oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Moldova Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib. xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Belə ki, Samux Rayon Prokurorluğunda ibtidai istintaqı aparıla

13 avqust
.

Qisas üçün öldürüb meyitini quyuya atmışdı - 7 il sonra üstü açıldı

Azərbaycan Respublikasının prokurorluq və daxili işlər orqanlarının birgə fəaliyyəti nəticəsində daha bir xüsusilə ağır cinayətin üstü açılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilib. Qeyd olunub ki, 2019-cu ilin apre

21 sentyabr
.

Əvvəl bacısını, sonra özünü bıçaqladı

Bakıda bacı və qardaşı bıçaq xəsarətləri alıb. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 16 radələrində Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsində qeydə alınıb. 1990-cı il təvəllüdlü Rəfael Səfərəli oğlu Qurbanov və 1992-ci il təvəllüdlü bacısı Sura Qurbanova bıçaq xəsarətləri ilə Sabunç

2 sentyabr