16 yaşlı qız sosial şəbəkədə tanış olduğu şəxs tərəfindən zorlandı
16 yaşlı qız sosial şəbəkədə tanış olduğu şəxs tərəfindən təcavüzə uğrayıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, E.T sosial şəbəkədə tanış olduğu Firuz Naobinin (20) Bursadakı evinə gedib.
Gecə yatmaq üçün girdiyi otaqda Firuz Naobi və üç dostu onun əl-ayağını bağlayaraq səhərə qədər təcavüz edib. Səhər dostlar E.T -ni məhəllədə tanıyan olmasın deyə ona kişi paltarı geyindirib və 200 lirə verərək evinə göndəriblər.
E.T polisə ifadəsində: "Firuzla sosial şəbəkədə tanış olduq və görüşmək qərarına gəldik. Görüşüb gəzdik, birlikdə yemək yedik. Sonra məni evinə dəvət etdi. Ona görə də getdim. Evdə 3 dostu vardı, mənə deməmişdi. Özümü pis hiss etdiyim üçün getmək istədim amma məni sakitləşdirib heç bir problem olmadığını dedi. Gecə onlarda qalmağı təklif elədi. Gec olduğu üçün razılaşdım. Otağa girəndə əl-qolumu bağlayıb mənə təcavüz etdilər. Səhər əynimə zorla kişi paltarı geyindirib, pul verdilər. Sonra isə məni göndərdilər",- deyə bildirib.
E.T-nin şikayəti əsasında tutulan 4 müttəhimin mühakimə olunduğu məhkəmədə rəy verən prokuror "uşağa qarşı cinsi zorakılıq" cinayətlərinə görə onların hər birinə 20 ilə qədər həbs cəzası istəyib.
Hadisə ilə bağlı istintaq davam edir.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1526 Tarix: 06 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Oğuzda avtomobil aşdı: 7 nəfər xəsarət aldı (VİDEO)
Oğuz rayonunda avtomobil aşıb, xəsarət alanlar var. "Report"a istinadən xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistralının Kərimli kəndi ərazisindən keçən hissəsində baş verib. Hadisə nəticəsində "Mercedes" markalı avtomobilin sürücüsü 37 yaşlı Aybəniz Sadıqova, sərnişinlə
25 avqustNiderlandda yaşayan türk qadının başına gələnlər şok etdi! - VİDEO
Niderlandda yaşayan türk qadın iş yerində ukraynalı həmkarı tərəfindən irqçi ifadələrə məruz qaldığını və şirkət rəhbərliyinin hadisəyə laqeyd yanaşdığını sosial media hesabında paylaşıb. Zərərçəkən əməkdaş İnsan Resursları (HR) departamentinin səhlənkarlığı səbəbindən sübutların yoxa çıxdığını və hadisəni
28 avqustMüdirin tapşırığını yerinə yetirməyən qadına verdiyi cəza görənləri şok etdi
Çinin Hançjou şəhərində iş hədəflərini yerinə yetirməyən gənc qadına rəhbəri tərəfindən 200 dəfə squat etmək cəzası verildiyi, bundan sonra isə onun ciddi sağlamlıq problemi yaşadığı bildirilib. Bədənində güclü ağrı və şişkinlik yaranan qadın bir neçə gün sonra xəstəxanaya müraciət edib və ona rabdomiyoli
27 avqustTövlədə heyvanları yemləyərkən öldü
Bərdə sakini bədbəxt hadisənin qurbanı olub. "Qafqazinfo" xəbər verir ki, dünən saat 10 radələrində 1972-ci il təvəllüdlü Həsənov Mahir Həsən oğlu Mollalı kəndində yerləşən özünə məxsus fermada elektrik cərəyanının vurması nəticəsində ölüb. Belə ki, o, hadisə vaxtı iribuynuzlu heyvanlar saxlanıla
21 avqust